Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Prezidentin SUQOVUŞAN İSMARICLARI… – Kimlər dərs çıxarmalıdır…
  • Siyasət

Prezidentin SUQOVUŞAN İSMARICLARI… – Kimlər dərs çıxarmalıdır…

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda mövcud olan, dünya üçün
Cavidan 7 Oktyabr, 2021
1633580382_0001

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda mövcud olan, dünya üçün isə potensial təhlükə hesab edilən revanşizmin, faşizmin qarşısını aldı. Bu, əslində beynəlxalq təsisatların 30 ilə yaxın davam edən işğal müddətində göz yumduğu və ya həll etməkdə maraqlı olmadığı təhlükənin Azərbaycan tərəfindən aradan qaldırılması idi. Bunu beynəlxalq aləmdə də artıq etiraf etməyə başlayıblar.

Hələ də bölgədə revanşizm müəyyən qədər qalır və zaman-zaman baş qaldırır. Prezident İlham Əliyev işğaldan azad olunan Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfəri zamanı da bu məsələyə toxunub və bir daha revanşist fikirdə olanlara sərt xəbərdarlıq edib:

“Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır. Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın “dəmir yumruğu” ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir”.

Göründüyü kimi, Azərbaycan revanşizmlə bağlı mövqeyini ən yüksək səviyyədə ortaya qoyub və bu məsələdə heç bir güzəştə getməyəcəyini açıq şəkildə bəyan edib.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Prezidentin bu mesajı ilk növbədə Azərbaycanın əvvəlki vəziyyətdə olmadığını göstərir:

“Azərbaycan artıq şərt qoyan tərəfdir. Azərbaycanın kifayət qədər gücü, potensialı var ki, köhnə ritorikada çıxış edən Ermənistana cavab verə, yerində otuzdura bilsin. Prezidentin bu mesajı inamlı bəyanatdır və bu, eyni zamanda Ermənistanın havadarlarına da bir xəbərdarlıqdır. Düşünürəm ki, zamanında verilən bəyanatdır. Azərbaycan əvvəlki kimi yumşaq mövqedə çıxış etməməlidir. Əksinə, qalib, şərt diqtə edən tərəf bizik, ona görə də kimsə Azərbaycana qarşı təhdiddə bulunsa, silaha əl atmaq istəsə, təbii ki, onun cavabı ən sərt formada veriləcək. Prezidentin bəyanatı da bunun əvvəlcədən xəbərdarlıq formasında onlara çatdırılması idi”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 37 oyundan sonra gələn mıəğlubiyyət – Video
Next: İran 40 milyonluq azərbaycanlını özünə daxili təhlükə hesab edir – HƏQİQƏTƏN DƏ…

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-15 092509
  • Gündəm

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Cavidan 15 İyun, 2026
Screenshot 2026-06-10 152615
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-03 125225
  • Gündəm

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Cavidan 3 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.