Skip to content
19 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • İran 40 milyonluq azərbaycanlını özünə daxili təhlükə hesab edir – HƏQİQƏTƏN DƏ…
  • Dünya

İran 40 milyonluq azərbaycanlını özünə daxili təhlükə hesab edir – HƏQİQƏTƏN DƏ…

Son günlər Azərbaycanla İran arasında münasibətlər gərginləşib. İranın Azərbaycanın qanunlarını tanımayaraq Gorus-Qafan yolu ilə Qarabağdakı separatçılar və Ermənistanla
Cavidan 7 Oktyabr, 2021
1633580137_888

Son günlər Azərbaycanla İran arasında münasibətlər gərginləşib. İranın Azərbaycanın qanunlarını tanımayaraq Gorus-Qafan yolu ilə Qarabağdakı separatçılar və Ermənistanla qanunsuz iqtisadi əlaqələr saxlaması iki ölkə arasında vəziyyəti ciddiləşdirib. Rəsmi Bakının diplomatik notasına və İran səfirinə xəbərdarlığına baxmayaraq, Tehran yanlış addımlarını düzəltməyib, əksinə, Azərbaycan sərhədində hərbi təlimlər keçirərək, güc nümayiş etdirməyə cəhd göstərib.

Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bu qanunsuzluğa kəskin etirazını bildirib və İran rəhbərliyini Azərbaycanın müstəqilliyinə, suverenliyinə hörmət etməyə çağırıb. Ötən gün Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Tehrandan səsləndirilən ittihamları, xüsusən Azərbaycanın İranla sərhədə guya üçüncü ölkənin – İsrailin cəlb olunmasını cəfəngiyyat adlandırıb. Prezident İlham Əliyev isə Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə gedib və İsrailin “Harop” zərbə dronları ilə tanış olub, ardınca isə İrana xəbərdarlıq edib: “Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”. Beləliklə, gərginlik artan xətt üzrə davam edir.

Bəs münasibətlərin gərginləşməsi iki ölkə arasında iqtisadi əlaqələrə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev “Şərq”ə açıqlamasında bildirib ki, münasibətlərin kəskinləşməsi ölkə iqtisadiyyatından yan keçməyəcək. Ekspert vurğulayıb ki, Azərbaycana İrandan tranzit olaraq Bəndər-Abbas portundan Çin malları gəlir:

“Təbii ki, bu, fonunda ölkədə olan Çin mallarının qiyməti qalxa bilər. Bundan əlavə İrandan təkcə kartof deyil, digər məhsullar da gəlir. Həmçinin, İranla Azərbaycanın birgə avtomobil istehsalı ilə bağlı əməkdaşlığı da var. Neftçalada yerləşən avtomobil zavodu İranla birgə layihədir. İranla bundan başqa digər əlaqələr də mövcuddur. Bunlardan biri də Naxçıvana quru yolun məhz İrandan keçməsidir. Bu ölkələrin qarşılıqlı da olsa bir-biri ilə əlaqələri mövcuddur və bu mövcudluq bu gün də var. İranda da bunu bilirlər. Məsələnin digər tərəfi indiki soyuq münasibətdə Azərbaycanın alternativ yolu nədir? Hazırda AZAL şirkəti Ermənistan hava məkanından Naxçıvana ilk uçuşunu həyata keçirdi. Bu o deməkdir ki, Ermənistanla nəqliyyat-kommunikasiya quruluşuna ilk təkandır. Bundan da İran kənarda qalacaq. Yəni İran tranzit gəlirlərini itirmək üzrədir. Tranzit gəlirlər sanksiyalar altında olan İrana çox vacibdir”.

R.Qarayev qeyd edib ki, Ermənistandan quru sərhəd olaraq Naxçıvana keçid İranı logistika baxımdan Qafqazdan kənarda qoyur:

“Rusiya ilə əlaqə Azərbaycandan keçir. Ermənistana da dəhliz olduqdan sonra bir qism keçid Azərbaycandan olacaq. Demək olar ki, şimal hissədən İranın qapıları nəzarətə götürülür. Buna əsasən də, İran indiki mövcud vəziyyətdə sərhədləri dəyişmək olmaz deyirdi. Cənab İlham Əliyev Cəbrayılda görüş keçirərkən sual ünvanladı. Ermənistanın baş naziri Gorus Qafan yolunun Azərbaycan hissəsinə düşməyini qəbul etdiyi zaman, İran buna niyə etiraz edir? Burada hansı sərhədlər dəyişib? Niyə 30 ildə bununla bağlı qeydlər etmirdi? Azərbaycan Çin mallarını digər ölkələr vasitəsi ilə də əldə edə bilər: Gürcüstan, Rusiya. Amma bu, qiymət baxımdan ola bilər ki, yüksək olsun. Əslində Gürcüstandan ölkəyə bəzi Çin malları daxil olur. Amma bunun çəki əmsalı İrandan aşağıdır. İran Ermənistanı blokadadan çıxış yolu hesab edirdi, indi isə onun çıxış yolu Azərbaycan Zəfər əldə edəndən sonra daralıb. İranın Ermənistanı dəstəkləməsi həm də özünü daxili təhlükədən qorumaq üçündür. Daxili təhlükəni isə 40 milyonluq azərbaycanlılarda görürlər. Amma əslində bu, təhlükə deyil. Çünki o 40 milyonluq azərbaycanlı İranı öz ölkəsi sayırlar. Sadəcə, düzgün siyasət aparılmalı idi. Azərbaycanla əlaqələri yaxşılaşdırmaq lazım idi, çarəsiz və ac Ermənistanla yox. Qarabağ müharibəsində, müharibədən sonra da görünən o oldu ki, İran erməni istəyindən əl çəkən deyil.

Amma nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın nəzarəti altındadır və iqtisadiyyatını dirçəltmək üçün Türkiyə və Azərbaycanı qəbul etməyə məcburdur”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezidentin SUQOVUŞAN İSMARICLARI… – Kimlər dərs çıxarmalıdır…
Next: “Təkcə Təhsil Nazirliyini yox, Səhiyyə Nazirliyini və TƏBİB-i də qınamaq lazımdır” – ETİRAZ

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-17 083649
  • Dünya

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Cavidan 17 İyun, 2026
Screenshot 2026-06-15 111903
  • Dünya

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Cavidan 15 İyun, 2026
Ekran şəkli 2026-06-12 165610
  • Dünya

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

Cavidan 12 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 609)
  • Dünya (3. 408)
  • Gündəm (11. 881)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb Screenshot 2026-06-18 125301 1
  • Cəmiyyət

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

18 İyun, 2026
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub Screenshot 2026-06-18 122039 2
  • Cəmiyyət

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

18 İyun, 2026
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı Screenshot 2026-06-18 105947 3
  • Cəmiyyət

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

18 İyun, 2026
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib Screenshot 2026-06-18 101323 4
  • Cəmiyyət

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

18 İyun, 2026
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir Screenshot 2026-06-18 090738 5
  • Cəmiyyət

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

18 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9609) Dünya (3408) Gündəm (11881) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.