Skip to content
22 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • Gündəm
  • Siyasət

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına
Cavidan 3 İyun, 2026
Screenshot 2026-06-03 125225

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib.

Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb.

Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub.

Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb.

Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb.

Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək.

Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur.

Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
Next: İranda yanvar aksiyalarında polisi öldürməkdə təqsirləndirilən şəxs edam edilib

Bölmənin digər xəbərləri

tPEUthkh9n9zlRv
  • Cəmiyyət

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Cavidan 21 İyul, 2026
Screenshot 2026-07-16 151345
  • Gündəm

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 122310
  • Dünya

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

Cavidan 16 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 759)
  • Dünya (3. 459)
  • Gündəm (11. 957)
  • İdman (675)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar tPEUthkh9n9zlRv 1
  • Cəmiyyət

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

21 İyul, 2026
Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar IJHFEMwAz3Q0Y3G v 2
  • Cəmiyyət

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

21 İyul, 2026
İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH Screenshot 2026-07-16 165012 3
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

16 İyul, 2026
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir Screenshot 2026-07-16 163605 4
  • Dünya

Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir

16 İyul, 2026
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Screenshot 2026-07-16 154029 5
  • Cəmiyyət

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

16 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9759) Dünya (3459) Gündəm (11957) Kateqoriyasızlar (524) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (675) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.