Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Gündəm
  • Naxçıvanın dövlət qurumları ilə bağlı YENİLİK
  • Gündəm

Naxçıvanın dövlət qurumları ilə bağlı YENİLİK

Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatları “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair
Cavidan 10 Dekabr, 2022
1670665559.f6a31417-96f3-4c06-b6f8-4da2bb8c7520_850

Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatları “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarına uyğun audit yoxlamalarından keçirildikdən sonra “GOV.AZ” domenləri ilə təmin ediləcək.

Addim.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, onlar “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 19 iyun tarixli Fərmanına əsasən mühafizə olunacaq.

Xidmətin əməkdaşları dekabrın 6-8-də muxtar respublikada dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması, eləcə də yeni qurulmaqda olan “ASAN xidmət” mərkəzinə dövlət xidmətlərinin təhlükəsiz çatdırılması məsələləri ilə bağlı NAR-da səfərdə olublar. Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi vəziyyətinə baxış keçirilib, kibertəhlükəsizliyi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi, qorunması, məlumat mübadilə sistemlərinin tərkib hissəsi kimi mühafizəsinin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə görüşlər keçirilib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sahə üzrə mütəxəssisləri üçün təlimlər keçirilib və nazirliyin kibergigiyena layihəsinə qoşulması razılaşdırılıb. Səfər zamanı “AzstateNet” internet, voice və data şəbəkəsinin dövlət qurumlarında təmin edilməsi imkanlarının araşdırılması məqsədilə dövlət qurumlarının şəbəkələşmə vəziyyəti Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə yerində qiymətləndirilib.

Nazirliklə keçirilmiş görüşdə muxtar respublikanın dövlət qurumlarına aid informasiya ehtiyatlarında audit yoxlamaları nəticəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aşkarlanmış və 2021-ci ilin noyabrında təqdim olunmuş çoxsaylı kritik təhlükəsizlik boşluqları və onların aradan qaldırılması yolları nazirlik ilə birgə müzakirə olunub. Təhlükəsizlik yenilənmələri dayanmış və çoxsaylı boşluqlar aşkarlanmış köhnə versiyalı 111 dövlət informasiya ehtiyatının 11-nin hazırda Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən yeniləndiyi bildirilib.

Yenilənmiş 11 informasiya resursunun təhlükəsizlik auditləri üçün Dövlət Xidmətinə təqdim edilməsi və “GOV.AZ” domen zonasına köçürülməsinin planlı olaraq cari ilin sonuna qədər həyata keçirilməsi razılaşdırılıb. Digər resursların yenilənərək təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi işlərinin növbəti ilin birinci yarımilində tamamlanması planlaşdırılır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 13 yaşayış binası istiliksiz qalıb – Qurumlar isə bir-birinin üzərinə atır
Next: Azərbaycan sülhməramlıların yerləşdiyi ərazilərdə monitorinqə BAŞLAYIR

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 144509
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.