Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • 13 yaşayış binası istiliksiz qalıb – Qurumlar isə bir-birinin üzərinə atır
  • Cəmiyyət

13 yaşayış binası istiliksiz qalıb – Qurumlar isə bir-birinin üzərinə atır

“Qış rejiminə keçən kimi gəlib istilik borularını bağlayıblar, qalmışıq soyuqda. Halbuki nə qaza, nə də istiliyə borcumuz var”.
Cavidan 10 Dekabr, 2022
isti

“Qış rejiminə keçən kimi gəlib istilik borularını bağlayıblar, qalmışıq soyuqda. Halbuki nə qaza, nə də istiliyə borcumuz var”.

Bu şikayətlə “Qafqazinfo”ya Şirvan rayonu, F. Xoyski küçəsində 685 ailənin yaşadığı məcburi köçkün qəsəbəsinin sakini Mustafa Məmmədov müraciət edib.

Onun sözlərinə görə, ötən il də eyni problemlə üzləşiblər: “Bizə deyirlər ki, ortada 350-400 min manatlıq borc məsələsi var. Halbuki, biz sakinlərin istiliyə borcumuz yoxdur. Hər ay aldığımız istiliyə görə 15-20 manat ödəniş eləmişik. Ötən il də eyni problem yaşanmışdı. Sakinlər hər yerə şikayət yazdılar, yolu kəsdilər, nəhayət yanvar ayında istilik verildi. Bu il də gəlib boruları kəsiblər. 13 ədəd 9 mərtəbəli bina istiliksiz qalıb. Nəinki binalar, həmçinin yaxınlıqdakı Zəngilan və Füzuli rayonundan olan məcburi köçkünlər üçün salınmış orta məktəblər də istiliksizdir. Nəticədə uşaqlarımız da məktəbə gedə bilmirlər. Ən yaxşı halda həftədə bir dəfə dərsə, qalan vaxtı müəllimlərin evlərinə hazırlığa gedirlər”.

Məsələ ilə əlaqədar “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Şirvan şəhərində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə yerləşən binaların istilik təminatı “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına daxil deyil və onların istilik təchizatı ilə bağlı müraciətlər bu binaların sahibləri və ya mülkiyyətçilərinə, o cümlədən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə edilməlidir: “Bu şəhərciklər Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən inşa edilib, “Azəristiliktəchizat” ASC nə binaların və nə də ki, qazanxana və istilik mühəndis infrastrukturunun tikintisində heç bir formada iştirak etməyib, eyni zamanda həmin qazanxanaların istismarı ilə bağlı heç bir öhdəlik daşımır. Müxtəlif təşkilatlar tərəfindən tikilən qazanxanaların “Azəristiliktəchizat” ASC-nin balansına götürülməsi öhdəliyi yoxdur, bu məsələlər kiminsə şəxsi mülahizələrinə əsasən deyil, qanunvericiliklə tənzimlənir və əsassız olaraq “Azəristiliktəchizat” ASC-nin adının hallanmasını və cəmiyyət arasında çaşqınlıq yaradılmasını düzgün hesab etmirik. Digər təşkilatların, o cümlədən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan qazanxanaların “Azəristiliktəchizat” ASC-nin balansına verilməsi gündəmdə deyil, qazanxanalar mülkiyyətçinin öz balansında qalmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada xidmət müqavilələri əsasında istismar edilə bilər”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə sorğumuza cavab olaraq bildirildi ki, Şirvan şəhərində istifadəyə verilmiş yaşayış kompleksində qurulmuş qazanxanaların istismara hazırlıq aktı “Azəristiliktəchizat” və digər qurumların nümayəndələri tərəfindən imzalanıb: “Dövlət Komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib. Məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərə görə sayğac əsasında yaranmış borc aidiyyəti kommunal xidmət qurumlarına abunə müqaviləsi əsasında ödənilir. Dövlət Komitəsi tərəfindən aidiyyəti quruma adıçəkilən qəsəbədə sayğacların quraşdırılması üçün dəfələrlə müraciət edilib. Diqqətinizə çatdırırıq ki, məcburi köçkünlər istifadə etdikləri kommunal xidmətlərin haqqını, müvafiq fərmana əsasən, onlara dövlət tərəfindən verilən vahid aylıq müavinətdən ödəyirlər. Bununla bağlı, Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəlik və Mənzil Kommunal İstismar Sahələri tərəfindən mütəmadi olaraq məcburi köçkünlər arasında təbliğat və maarifləndirmə aparılır”.

Qaçqınkomdan həmçinin bildirilib ki, Dövlət Komitəsi problemin həlli istiqamətində işləri davam etdirəcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Vətəndaş inanılmaz iddia ilə məhkəməyə üz tutdu
Next: Naxçıvanın dövlət qurumları ilə bağlı YENİLİK

Bölmənin digər xəbərləri

JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026
oqMb8BaqfPh v
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

Cavidan 29 İyun, 2026
  • Cəmiyyət

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.