Skip to content
6 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 436)
  • Dünya (3. 042)
  • Gündəm (10. 555)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Mədəniyyət
  • Gündəm
  • Mədəniyyət

TÜRK sözünün anlamı nədir?

Türkologiya, türk dilləri, onların arealı, yayıldığı coğrafiya məni daim maraqlandırıb. Hətta rus dilində nəşr edilmiş “Yüz türk etnosu”
Cavidan 26 Yanvar, 2024

Türkologiya, türk dilləri, onların arealı, yayıldığı coğrafiya məni daim maraqlandırıb. Hətta rus dilində nəşr edilmiş “Yüz türk etnosu” adlı kitabın tərtibçisiyəm.

Bunlar öz yerində.

Məni bu konuda daim bir fikir məşğul edib: əcaba, görəsən TÜRK sözü öz mənşəyini haradan götürüb?

Əlbəttə, bu istiqamətdə fərziyyələr, şərhlər, mülahizələr, mühakimələr çoxdur. Doğrusu, mövzuyla bağlı indiyəcən oxuduqlarımın və eşitdiklərimin heç biri məni qane etməyib.

Həmin doğma sözün izi ilə uzun bir yol yürüyüb “finişə” çatdım. Sən demə, Altaydakı bir sıra türk xalqlarının dilində (məsələn: telenqut və yaxud telengit dillərində -ruslar onlara “teleut” deyirlər) TÜRK sözünün konkret anlamı, mənası varmış. Belə ki, türk, türkindaş, türköndaş sözləri “doğma”, “yaxın”, “canbir”, “əziz olan” mənasında işlədilirmiş. Məsələn, “sən mənim türköndaşımsan” (yəni doğmamsan). Bu leksem dilimizdə möhkəm yer tutmuş “qar(ın)daş”, “sirdaş”, “yoldaş” sözləri kimi bizə yaxın, həm də…uzaq imiş…

…Bu günlərdə söhbətini TV-də dinlədiyim bir alim-ziyalının qənaətləri məndə bu “kəşfə” daha böyük və möhkəm əminlik hissi doğurdu. Belə ki, Altayın xalq şairi, Altay Yzıçılar Birliyinin sədri, türkoloq, şərqşünas, tərcüməçi, Altay xalqının qurultayında (1912) “El başçı” seçilmiş Brontoy Yanqi oğlu Bedürov öz teleçıxışında bu məsələyə bir xeyli işıq tutdu, aydınlıq gətirdi.

Orasını da deyək ki, zamanında Altayda Türkeş xaqanlığı da olub.

P.S. “Türk” sözü bəzi hallarda “truq” (“truk”) kimi də işlənib. Ehtimal etmək olar ki, rusların “druq” sözü də buradan yaranıb. Hərçənd ki, rus izahlı lüğətlərində “druq”un “derjat” sözündən yarandığı iddia olunur.

Bəzən “bizdən uzaqda” yaşayan türk soydaşlarımızın dilinə, mədəniyyətinə yaxından bələd olmamağımız bizi bir çox nəsnələrdən bixəbər edir.

Continue Reading

Previous: Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb
Next: “Nia”nın lift macəraları, bir maşının pulunun qazanıldığı söyüş dolu canlı yayımlar…

Bölmənin digər xəbərləri

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL
  • Cəmiyyət

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb
  • Gündəm

“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb

6 Dekabr, 2025

Top 7 Xəbər

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 1

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025
Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 2

Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək

6 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 3

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb 4

“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb

6 Dekabr, 2025
Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar 5

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

5 Dekabr, 2025
Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır 6

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

5 Dekabr, 2025
Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib 7

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

5 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 436)
  • Dünya (3. 042)
  • Gündəm (10. 555)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8436) Dünya (3042) Gündəm (10555) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 6 Dekabr, 2025
  • Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 6 Dekabr, 2025
  • İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 6 Dekabr, 2025
  • “Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb 6 Dekabr, 2025
  • Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar 5 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.