Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

Rəqəmsal dövrdə məlumat axınının sürəti misilsiz dərəcədə artıb. Süni intellekt (AI) texnologiyalarının geniş tətbiqi nəticəsində sistemlər fasiləsiz olaraq
Cavidan 6 Dekabr, 2025
pbbMfUmZKAVJFxqo6U4WaZGs

Rəqəmsal dövrdə məlumat axınının sürəti misilsiz dərəcədə artıb. Süni intellekt (AI) texnologiyalarının geniş tətbiqi nəticəsində sistemlər fasiləsiz olaraq nəhəng məlumat massivlərini yaradır, emal edir və yenidən formalaşdırır.

Son illərin qiymətləndirmələri göstərir ki, dünyada mövcud olan məlumatların təxminən 90 %-i cəmi iki il ərzində yaradılıb. Bu gün qlobal miqyasda hər gün 402,74 milyon terabayt məlumat generasiya olunur – yəni insanın təsəvvür edə biləcəyindən daha çox rəqəmsal iz buraxılır. Bu miqyası təsəvvür etmək üçün: təkcə 1 terabayt – 500-600 film və ya 100 saatlıq 4K video deməkdir.

Enerji yükü: Rəqəmsal aləmin görünməyən qiyməti

Bu həcmdə məlumatı saxlamaq və işləmək üçün əsas yük data mərkəzlərinin üzərinə düşür. Hazırda dünyada 11 800-dən çox belə obyekt fəaliyyət göstərir və internet trafikinin 95 %-ni emal edir. Süni intellektin gəlişi ilə proseslər daha mürəkkəb olur və bu obyektlərin enerji ehtiyacı durmadan artır.

Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, ötən il yalnız data mərkəzləri 415 TVt/s elektrik enerjisi sərf edib ki, bu, dünya üzrə istehlakın təxminən 1,5 %-i deməkdir. Qlobal data mərkəzlər bazarının lideri (mövcud data mərkəzlərin 46 %-i onun ərazisində yerləşir) olan ABŞ-də bu göstərici ölkənin ümumi enerji istehlakının 4 %-inə bərabər olub, təxminən Pakistanın illik tələbatı qədər.

Proqnozlar göstərir ki, 5 ilə data mərkəzlərinin enerji tələbi ikiqat artaraq 945 TVt/s-a çatacaq. Artımın bu dalğasında yenə də ABŞ və Çin ön sıradadır.

Maraqlıdır ki, data mərkəzlərinin enerji təchizatı da dəyişir. İstehsalın əsas hissəsi kömür və qazla qarşılanırdı, lakin hazırda bərpa olunan enerji ən sürətlə artan mənbədir. Belə ki, data mərkəzlərinin enerji təminatında kömür – 30 %, bərpa olunan enerji – 27 %, təbii qaz- 26 %, nüvə enerjisi – 15 % paya malikdir. IEA-nin proqnozlara görə, 2030-cu ilə qədər data mərkəzlərinin əlavə enerji ehtiyacının yarısını günəş, külək və hidroenerji təmin edəcək. Bu, həm rəqabət qabiliyyətini artıracaq, həm də dayanıqlılığa yeni nəfəs gətirəcək.

40 %-dən çoxunu isə hələ də təbii qaz və kömür təmin edəcək. Lakin bərpa olunan elektrik enerjisi istehsalının davamlı artımı ilə bərabər, nüvə elektrik enerjisi istehsalının da artması 2035-ci ilə qədər data mərkəzlərinin ehtiyacları üçün kömürdən istifadə edən elektrik enerjisi istehsalının mütləq azalmasına səbəb olacaq.

Rəqəmsal infrastrukturun “yaşıl gələcəyi”

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Elvin Aslanov “Report”a bildirib ki, ölkədə fəaliyyət göstərən data mərkəzlərində də ekoloji təhlükəsiz soyutma sistemlərinin tətbiqi arzuolunandır: “Bu gün Azərbaycanda faəliyyət göstərən data mərkəzlər üçün PUE (Power Usage Effectiveness) göstəricilərinin azaldılması ən aktual mövzulardan biridir. Bərpa olunan enerji mənbələrinin də soyutma avadanlıqlarının qidalandırılmasına yönəldilməsi müəssisələrin enerji yükünü azaldır və PUE göstəricilərinin yaxşılaşmasına zəmin yaradır”.

Onun sözlərinə görə, data mərkəzləri üçün soyutma sisteminin seçimində əsas məqam onun hesablama avadanlıqlarının istismar dövrünə mənfi təsir göstərməməsidir: “Bu gün “free cooling” (frikulyasiya – təbii hava soyutması) sistemləri, yaş divar (su ilə isladılmış kartonların arasından daxil olan çöl havası yaş məsamələrdən keçərkən 5-7 dərəcə aşağı düşür) və ya quru soyuduculardan istifadə soyutma xərclərinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərsə də özü ilə digər problemlər gətirir. Əvvəla bu tip soyutma sistemləri yalnız havanın temperaturunun 25 dərəcə və daha az olan dövrlərində effektiv olur. Yəni daha yuxarı temperaturlarda hesablama avadanlıqlarının soyudulması mümkün olmur.

Digər tərəfdən çöldəki hava ilə təmasda olan hesablama avadanlıqları daha tez tozlanmaya və nəmlənməyə məruz qalır ki, bu da onların ömrünü qısaldır. Bu zaman təbii aralıq filtrlərin istifadəsi də tozlanmanın qarşısını tam ala bilmir. Filtr sıxlığının artırılması isə öz növbəsində avadanlıqlara daxil olan hava axınını zəiflədir.

Bəzən data mərkəzlərdə birbaşa çöl havası ilə soyuyan avadanlıqlara havanın düzgün çatdırılması və paylanması üçün pərlərdən istifadə olunur. Çöl havasının temperaturunun artması isə hava pərlərini daha sürətlə işləməyə və avadanlıqlara daha çox hava axını ötürməyə ehtiyac yaradır. Bu da enerji effektivliyi baxımından ənənəvi HVAC (isitmə, havalandırma və kondisioner sistemlərini birləşdirir) sistemlərindən çox da fərqlənmir”.

Özəl investisiyalar yeniliklərin tətbiqini sürətləndirə bilər

E.Aslanov hesab edir ki, xərclərə qənaət və əlavə enerji resurslarına çıxış imkanını genişləndirmək üçün data mərkəzlərində kiçik İstilik Elektrik Mərkəzlərinin (İEM) yaradılması artıq zərurətdir. Onun sözlərinə görə, ən dayanıqlı və stabil enerji mənbəyi, şübhəsiz ki, ölkənin enerji sistemidir:

“Lakin yeni nəsil data mərkəzləri üçün yalnız bu mənbəyə güvənmək kifayət etmir: avtonom enerji təminatı və istilik istehsalı sahələrinin yaradılması həm təbii resursların özəl investorlar tərəfindən səmərəli emalına, həm də enerji sektoruna əlavə kapital axınına şərait yarada bilər:.

Mütəxəssis qeyd edir ki, bəzi hallarda enerji resurslarının saxlanması onları emal etməkdən daha baha başa gəlir. Buna görə də data mərkəzlərinə özlərinə məxsus kiçik İEM-lər qurmaq imkanı yaratmaq həm resurslardan daha səmərəli istifadə etməyə, həm də ümumi enerji sistemini dəstəkləməyə imkan verəcək. Bu yanaşma yeni nəsil data mərkəzi ekosisteminin formalaşmasına xidmət edən mühüm addımlardan biridir.

E.Aslanovun fikrincə, Azərbaycanda data mərkəzlərinə özəl investisiyaların cəlbi bu sektorun inkişafına dinamizm qazandıra bilər. Bu, həm bürokratik maneələrin azalmasına, daha çevik qərarların qəbuluna, həm də beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradacaq. Xüsusilə xarici investorların iştirakı qeyri-neft sektorunun inkişafına, ölkəyə əlavə valyuta gətirilməsinə və innovasiya ekosisteminin güclənməsinə mühüm töhfə verə bilər.

“Data mərkəzlərinə özəl investisiya – Azərbaycanın rəqəmsal iqtisadiyyatının sürətini, təhlükəsizliyini və dayanıqlılığını birbaşa müəyyən edən açar mexanizmdir”, – deyə ekspert bildirir.

Onun fikrincə, paylanmış data mərkəzi modeli informasiya təhlükəsizliyini artırır, rəqabətli bazar iştirakçılarının formalaşmasına imkan yaradır və ümumilikdə daha dinamik inkişaf tendensiyası formalaşdırır. Dövlət-özəl tərəfdaşlığı modelinin genişləndirilməsi isə bu prosesləri daha da sürətləndirə bilər.

Data mərkəzlərində ekoloji tarazlıq kritik mərhələdədir

Süni intellektin genişlənməsi, məlumat axınlarının artması və “yaşıl enerji”yə keçid data mərkəzlərinin rolunu tamamilə dəyişdirib. Onlar sadə məlumat saxlama məntəqələrindən yüksək sıxlıqlı, mürəkkəb, çoxqatlı ekosistemlərə çevrilir. Müasir AI çipləri ilə təchiz olunan serverlər əvvəlkilərlə müqayisədə on dəfələrlə çox enerji sərf edir və kondisionerlərin soyuda bilməyəcəyi qədər böyük istilik emissiyası yaradır.

Bu səbəbdən operatorlar bəzən hava soyutmasının kifayət etmədiyi hallarda 3 000 dəfə effektiv hesab edilən su soyutmasına keçməli olurlar. Statistikalar isə heyrətamizdir: orta ölçülü bir data mərkəzi ildə 110 milyon qallon su istifadə edir – bu, təxminən 1 000 ailənin illik su sərfiyyatına bərabərdir. Böyük data mərkəzlər isə gündə 5 milyon qallon, ildə isə təxminən 1,8 milyard qallon su sərf edə bilər. Bu, 10-50 min nəfərlik bir şəhərin su istehlakı ilə müqayisə ediləcək səviyyədir.

Bu reallıq fonunda dünyadakı şirin suyun cəmi 0,5 %-inin insan istehlakı üçün yararlı olması vəziyyəti daha da çətinləşdirir. Qlobal iqlim dəyişiklikləri, artan quraqlıq və su çatışmazlığı fonunda data mərkəzlərinin sürətlə genişlənməsi su ehtiyatlarına ciddi təzyiq yaradır.

Azərbaycanın məhdud şirin su ehtiyatları və bir çox bölgələrdə yüksək yay temperaturu bu məsələnin ölkə üçün də aktual olduğunu göstərir. E.Aslanov çıxış yolu kimi içməli su əvəzinə texniki suyun istifadəsini, Əks osmos (Reverse osmosis) sistemləri vasitəsilə texniki suyun təmizlənərək soyutma sistemlərinə ötürülməsini və suyun yığılaraq yenidən istifadə olunması praktikasını təklif edir.

O bildirir ki, 10 MVt gücündə data mərkəzi üçün 2 000 kubmetrlik su rezervuarının yaradılması fasiləsiz su təchizatı mümkün olmadıqda belə soyutma sistemlərinin bir neçə gün ərzində problemsiz işləməsini təmin edə bilər.

Ekspert həmçinin bir çox ölkədə serverlərin əmələ gətirdiyi izafi istiliyin yenidən istifadə olunmasını – istixanaların və yaşayış binalarının qızdırılmasını – səmərəli model kimi göstərir. Lakin burada məsafə, texniki uyğunluq və təhlükəsizlik amillərinin nəzərə alınması zəruridir.

Data mərkəzləri intellektual infrastruktura çevrilir

Süni intellekt artıq infrastrukturun istehlakçısı olduğu kimi, həm də, o sektorun bütün inkişaf xəritəsini dəyişən strateji qüvvəyə çevrilib. Yeni model sinifləri, o cümlədən AGI (Artificial general intelligence, ümumi süni intellekt), avtonom AI sistemləri və kvant gücləndirilməli maşın öyrənməsi modelləri kimi yeni texnologiyalar meydana çıxdıqca data mərkəzlərinin avadanlıq sıxlığı, enerji tələbatı və soyutma standartları misilsiz dərəcədə yüksələcək.

Bununla yanaşı, data mərkəzlərinin gələcəyi dayanıqlı inkişafla ayrılmaz surətdə bağlıdır. Emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və su istehlakının məsuliyyətli idarə olunması artıq operatorlardan tələb edilən əsas şərtlərdir. Etibarlı, çevik və davamlı infrastruktur iqtisadiyyatın bütün sahələrində rəqəmsal artımın fundamentidir.

E.Aslanov bildirir ki, Azərbaycanın regionun ən böyük data mərkəzinə çevrilməsi üçün bu gündən həm infrastruktur, həm də insan kapitalı baxımından hazırlıq aparılmalıdır: “Data mərkəzləri ilə ali təhsil müəssisələri arasında sinerji yaradılması, İT mütəxəssislərinin bu mərkəzlərin resurslarından laboratoriya kimi istifadə edə bilməsi, işçi heyətin tələbələrlə təcrübə bölüşməsi gələcəyin əsas strateji addımlarıdır”.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək
Sonrakı: Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android AnTuTu Apple AzInTelecom Bad Cheese Bankçılıq bazar Birbank Business ChatGPT Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (19)

Xəbər Trendi

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir 1
  • Texnologiya

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir

18 Oktyabr, 2026
Epic Games Store-da iki oyun ödənişsiz oldu Epic Games Store-da iki oyun ödənişsiz oldu 2
  • Texnologiya

Epic Games Store-da iki oyun ödənişsiz oldu

18 Oktyabr, 2026
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 3
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 4
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 5
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 81
  • 77
  • 4. 971

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.