Skip to content
20 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 455)
  • Dünya (3. 374)
  • Gündəm (11. 772)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kriminal
  • Gündəm
  • Kriminal

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür

Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 1 il ötür. 2020-ci il oktyabrın 28-də saat 13
Cavidan 28 Oktyabr, 2021

Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 1 il ötür.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, bundan bir gün əvvəl – oktyabrın 27-si saat 16 radələrində isə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutulub.

Nəticədə 5 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

Vətən müharibəsinin gedişində – 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.

Ermənistan silahlı qüvvələri Vətən müharibəsi zamanı Bərdə ilə yanaşı, Azərbaycanın digər yaşayış məntəqələrini də atəşə tutub. 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhəri raket atəşinə tutulub, 26 mülki şəxs (1 körpə, 5 uşaq, 10 qadın, 10 kişi) həlak olub, 175 nəfər yaralanıb.

Düşmənin təcavüzkar hücumları nəticəsində Goranboy rayonunda 8 mülki şəxs (2 uşaq, 5 qadın, 1 kişi) həlak olub, 12 nəfər yaralanıb, Tərtər rayonunda 17 nəfər (1 uşaq, 1 qadın, 15 kişi) həlak olub, 59 nəfər yaralanıb, Beyləqan rayonunda 2 nəfər (2 qadın) həlak olub, 5 nəfər yaralanıb, Ağcabədi rayonunda 1 nəfər (uşaq) həlak olub, 19 nəfər yaralanıb, Füzuli rayonunda 3 nəfər (3 kişi) həlak olub, 18 nəfər yaralanıb, Ağdam rayonunda 7 nəfər (1 qadın, 6 kişi) həlak olub, 47 nəfər yaralanıb, Mingəçevir şəhərində 4 nəfər, Daşkəsən rayonunda 1 nəfər, Cəbrayıl rayonunda 1 nəfər, Tovuz rayonunda da 1 nəfər yaralanıb.

Vətən müharibəsinin gedişində Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1-i körpə, 11-i uşaq, 27-si qadın, 54-ü kişi olmaqla, ümumilikdə 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Yaralananların 14-ü körpə, 36-sı uşaq, 101-i qadın, 303-ü kişidir.

Ermənistan Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərinə qadağan olunmuş silahlarla hücum edərək beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozub, dinc insanları məqsədli şəkildə öldürüb, bununla da, müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədib.

Bu cinayətlərə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə

Continue Reading

Previous: Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular
Next: Gəncədə dəhşətli yanğın, ölənlər var – İkisi azyaşlıdır

Bölmənin digər xəbərləri

102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
  • Dünya

102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb

19 May, 2026
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək
  • Cəmiyyət

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək

19 May, 2026
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb
  • Gündəm

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

19 May, 2026

Top 7 Xəbər

Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda “Rus Evi” də var 1

Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda “Rus Evi” də var

19 May, 2026
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb 2

102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb

19 May, 2026
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ 3

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

19 May, 2026
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək 4

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək

19 May, 2026
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib 5

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

19 May, 2026
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir 6

Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir

19 May, 2026
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb 7

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

19 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 455)
  • Dünya (3. 374)
  • Gündəm (11. 772)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9455) Dünya (3374) Gündəm (11772) Kateqoriyasızlar (496) Kriminal (1389) Mədəniyyət (349) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda “Rus Evi” də var 19 May, 2026
  • 102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb 19 May, 2026
  • Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ 19 May, 2026
  • İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək 19 May, 2026
  • Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib 19 May, 2026
© Addim.az | MoreNews by AF themes.