Skip to content
28 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 591)
  • Dünya (3. 086)
  • Gündəm (10. 727)
  • İdman (599)
  • İqtisadiyyat (554)
  • Kateqoriyasızlar (446)
  • Kriminal (1. 297)
  • Mədəniyyət (325)
  • Siyasət (2. 917)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Gündəm
  • Gündəm

Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri başa çatdı – VİDEO

Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq
Cavidan 21 Sentyabr, 2021

Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.

İştirakçı ölkələrin Dövlət himnləri ifa olunduqdan sonra general-leytenant H.Mirzəyev qonaqlara və şəxsi heyətə müraciət edərək bildirib:

“Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.

Təlim iştirakçılarını salamlayan Türkiyə Silahlı Qüvvələrinin XTQ komandanı general-leytenant Ömer Ertuğrul Erbakan böyük qürur hissi ilə vurğulayıb ki, “Üç qardaş-2021” təlimi uğurla tamamlanmışdır.

O, bildirib: “Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcəkdir. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcəkdir”.

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə qeyd edib:

“Çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur. Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. “Üç qardaş-2021” təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir”.

Çıxışlardan sonra təlim iştirakçılarına xatirə hədiyyələri təqdim edilib və onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

“Üç qardaş – 2021” beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan “Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.

Continue Reading

Previous: Azərbaycanda səhər saatlarında dəhşət: yaralı var
Next: İlham Əliyev Sultan Əhməd bin Sulaimini qəbul etdi

Bölmənin digər xəbərləri

Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək
  • Dünya

Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək

27 Dekabr, 2025
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb
  • Cəmiyyət

Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb

27 Dekabr, 2025
KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır
  • Dünya

KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır

27 Dekabr, 2025

Top 7 Xəbər

Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək 1

Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək

27 Dekabr, 2025
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb 2

Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb

27 Dekabr, 2025
KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır 3

KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır

27 Dekabr, 2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib 4

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

27 Dekabr, 2025
Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək 5

Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək

27 Dekabr, 2025
Mədəniyyət Nazirliyinin tabeliyindəki şirkətin rəhbərliyi dəyişib 6

Mədəniyyət Nazirliyinin tabeliyindəki şirkətin rəhbərliyi dəyişib

27 Dekabr, 2025
KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb 7

KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb

27 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 591)
  • Dünya (3. 086)
  • Gündəm (10. 727)
  • İdman (599)
  • İqtisadiyyat (554)
  • Kateqoriyasızlar (446)
  • Kriminal (1. 297)
  • Mədəniyyət (325)
  • Siyasət (2. 917)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8591) Dünya (3086) Gündəm (10727) Kateqoriyasızlar (446) Kriminal (1297) Mədəniyyət (325) Siyasət (2917) Texnologiya (14) İdman (599) İqtisadiyyat (554)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək 27 Dekabr, 2025
  • Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 nəfər qazsız qalıb 27 Dekabr, 2025
  • KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır 27 Dekabr, 2025
  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib 27 Dekabr, 2025
  • Sabah Bakıda yağış və sulu qar yağacaq, güclü külək əsəcək 27 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.