Skip to content
12 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb
  • Dünya

KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb

Cavidan 27 Dekabr, 2025

İran İslam Respublikası ilə Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkar edilib.

Bu barədə məlumatı “İran İNternational” yayıb.

Bildirilib ki, bu əməliyyatlar Şimali Koreya agentləri tərəfindən rəqəmsal valyutalardan istifadə edilməklə “çirkli pulların yuyulması” şəbəkəsi vasitəsilə həyata keçirilib. Məlumata görə, maliyyə vəsaitlərinin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) bağlı təşkilatlara köçürülüb.

Cənubi Koreyanın “Chosun” qəzeti bildirib ki, “TRM Labs” şirkəti tərəfindən aparılmış araşdırmanın nəticəsində bu ilin fevral ayında Şimali Koreya pullarının “yuyulması” ilə məşğul olan Sim Hyun Supun kriptovalyuta hesabından Sepaha bağlı hesaba azı 67 min dollar köçürülüb.

Hesabata əsasən, İslam Respublikası sanksiyalardan yan keçmək üçün kriptovalyutadan istifadə edib və bu vəsaiti ABŞ dollarına çevirə, yaxud hətta neft üçün ödəniş edə bilərdi.

Qeyd olunub ki, “pul yuma” və sanksiyalardan yayınmaq ittihamları ilə ABŞ-nin Federal Təhqiqat Bürosu tərəfindən axtarışda olan Sim Hyun Sup bu şəbəkədə əsas rol oynayıb. Hətta bu yay onun ələ keçirilməsi üçün təyin olunan mükafatın məbləği 5 milyondan 7 milyon dollara qədər artırılıb. ABŞ-nin sanksiyalar siyahısına salınan 1983-cü ildə Pxenyanda doğulan Sim Şimali Koreya Xarici Ticarət Bankında işləyib.

“Chosun” nəşrinin məlumatına əsasən, o, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində də (BƏƏ) fəaliyyət göstərib, özünü “Sim Ali” və “Sim Hajim” təxəllüsləri ilə “Kwangsun” bankının nümayəndəsi kimi təqdim edib.

Onun şəbəkəsinə Şimali Koreyadan olan IT mütəxəssisləri daxil edilib. Onlar öz məxfiliklərini qorumaqla hakerlikdən və ya əmək haqqı kimi əldə etdikləri kriptovalyutanı Simin nəzarət etdiyi hesablara köçürürüblər.

“Chosun” yazıb ki, ABŞ Federal Məhkəməsi 2023-cü ilin martında Sim Hyun Supun həbs edilməsi üçün order versə də, onun həbsi çətin və praktiki olaraq mümkünsüz görünür. Müşahidəçilərin fikrincə, beynəlxalq maliyyə nəzarəti mexanizmlərindəki ciddi boşluqlar İran və Şimali Koreya kimi ölkələrin birgə “çirkli pulları yuma” şəbəkələri ilə mübarizəni xeyli çətinləşdirir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb
Next: Mədəniyyət Nazirliyinin tabeliyindəki şirkətin rəhbərliyi dəyişib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 132145
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-10 172427
  • Dünya

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 125003
  • Dünya

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Cavidan 10 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.