Skip to content
24 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 567)
  • Dünya (3. 076)
  • Gündəm (10. 695)
  • İdman (598)
  • İqtisadiyyat (553)
  • Kateqoriyasızlar (442)
  • Kriminal (1. 297)
  • Mədəniyyət (323)
  • Siyasət (2. 917)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

“Status yoxdur və hər kəs bu məsələni unutmalıdır” – Prezident

“Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik”. Bunu Prezident İlham
Cavidan 2 Oktyabr, 2021

“Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik”.

Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində “Lakin Ermənistan üçün hələ Dağlıq Qarabağın statusu məsələsi var və keçmişdə Siz onlara qismən muxtariyyət kimi imkanlar təklif etmişdiniz. Bu, hələ də qüvvədədirmi, yoxsa artıq müzakirə predmeti deyil?” sualına cavabında bildirib.

Dövlət başçısı deyib ki, əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir: “Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz deyirdik ki, – Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, – Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

Continue Reading

Previous: Dövlətə xəyanət edən şəxs ifşa olunaraq həbs edildi
Next: Prezident İspaniya agentliyinə müsahibə verdi – TAM MƏTN

Bölmənin digər xəbərləri

Bu gün Prezident İlham Əliyevin doğum günüdür
  • Cəmiyyət

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

24 Dekabr, 2025
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi təbrik edib
  • Gündəm

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi təbrik edib

23 Dekabr, 2025
İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
  • Gündəm

İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

23 Dekabr, 2025

Top 7 Xəbər

“Fənərbaxça” prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb 1

“Fənərbaxça” prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb

24 Dekabr, 2025
AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib 2

AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib

24 Dekabr, 2025
Xırdalanda 2 aylıq körpə boğularaq ölüb 3

Xırdalanda 2 aylıq körpə boğularaq ölüb

24 Dekabr, 2025
Birinci xanım İlham Əliyevi təbrik etdi 4

Birinci xanım İlham Əliyevi təbrik etdi

24 Dekabr, 2025
Bu gün Prezident İlham Əliyevin doğum günüdür 5

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

24 Dekabr, 2025
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi təbrik edib 6

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi təbrik edib

23 Dekabr, 2025
Taksi buraxılış vəsiqəsi almaq üçün son tarix açıqlanıb 7

Taksi buraxılış vəsiqəsi almaq üçün son tarix açıqlanıb

23 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 567)
  • Dünya (3. 076)
  • Gündəm (10. 695)
  • İdman (598)
  • İqtisadiyyat (553)
  • Kateqoriyasızlar (442)
  • Kriminal (1. 297)
  • Mədəniyyət (323)
  • Siyasət (2. 917)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8567) Dünya (3076) Gündəm (10695) Kateqoriyasızlar (442) Kriminal (1297) Mədəniyyət (323) Siyasət (2917) Texnologiya (14) İdman (598) İqtisadiyyat (553)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Fənərbaxça” prezidenti Sadettin Saranın narkotik testi pozitiv çıxıb 24 Dekabr, 2025
  • AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib 24 Dekabr, 2025
  • Xırdalanda 2 aylıq körpə boğularaq ölüb 24 Dekabr, 2025
  • Birinci xanım İlham Əliyevi təbrik etdi 24 Dekabr, 2025
  • Bu gün Prezident İlham Əliyevin doğum günüdür 24 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.