Skip to content
14 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 420)
  • Dünya (3. 366)
  • Gündəm (11. 747)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 990)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Taksi buraxılış vəsiqəsi almaq üçün son tarix açıqlanıb

Taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün 30 dekabr saat 23:59-dək müraciət olunmalıdır. Bu barədə Azərbaycan Yerüstü
Cavidan 23 Dekabr, 2025

Taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün 30 dekabr saat 23:59-dək müraciət olunmalıdır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilib.

Kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma təmin edilmişdir. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

Qurum müraciət edən şəxslərdən xahiş edir ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.

Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək.

Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Continue Reading

Previous: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb – YENİLƏNİB
Next: Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi təbrik edib

Bölmənin digər xəbərləri

Sabah 30 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq

14 May, 2026
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib
  • Cəmiyyət

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14 May, 2026
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
  • Cəmiyyət

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

14 May, 2026

Top 7 Xəbər

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL 1

Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL

14 May, 2026
Sabah 30 dərəcə isti olacaq 2

Sabah 30 dərəcə isti olacaq

14 May, 2026
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib 3

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

14 May, 2026
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib 4

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

14 May, 2026
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 5

Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub

14 May, 2026
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi 6

Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi

14 May, 2026
Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq 7

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

14 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 420)
  • Dünya (3. 366)
  • Gündəm (11. 747)
  • İdman (651)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 990)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9420) Dünya (3366) Gündəm (11747) Kateqoriyasızlar (495) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2990) Texnologiya (14) İdman (651) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hikmət Hacıyev: Qlobal Cənub yeni dünya nizamının formalaşmasında daha fəal iştirak etməlidir – İCMAL 14 May, 2026
  • Sabah 30 dərəcə isti olacaq 14 May, 2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib 14 May, 2026
  • Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib 14 May, 2026
  • Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub 14 May, 2026
© Addim.az | MoreNews by AF themes.