Skip to content
30 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib
  • Texnologiya

Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib

Səfərli rabitə xidmətləri təqdim edən “Nar” mobil operatoru DOST İnkishaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təlim təşkil edib. Təlimi “Nar”ın baş direktoru Özgür Gənc keçib.
KiberSözçü 30 Oktyabr, 2026
Nar-ın baş direktoru rəqəmsal texnologiyalar üzrə təlim keçib

Sərfəli rabitə xidmətləri təqdim edən “Nar” mobil operatoru DOST İnkishaf və Yaradıcılıq Mərkəzi ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Mərkəzin benefisiarları və “DOST könüllüsü” proqramının iştirakçıları üçün “Rəqəmsal dünya necə qurulub: internet necə işləyir?” mövzusunda təlim təşkil edib. Təlimi “Nar”ın baş direktoru Özgür Gənc keçib. İştirakçılar internetin işləmə prinsipi və rəqəmsal texnologiyaların açdığı imkanlar haqqında daha ətraflı məlumat alıblar. Tədbirdə 100-ə yaxın şəxs iştirak edib.

Təlim zamanı iştirakçılar internetin necə işlədiyini, qurğuların şəbəkəyə necə qoşulduğunu, məlumatların internet üzərindən necə ötürüldüyünü və veb-səhifələrin ekranda necə əks olunduğunu öyrəniblər. Sadə və başa düşülən nümunələr vasitəsilə internetin inkişafında mühüm rol oynamış əsas texnoloji yeniliklər, Ümumdünya Hörümçək Toru (World Wide Web) ilə internet arasındakı fərqlər, həmçinin domen adları sisteminin (DNS) və serverlərin funksiyaları izah edilib. Təlimin interaktiv formatı iştirakçılara mövzunu daha dərindən anlamasına və müzakirələrdə fəal iştirak etməsinə imkan yaradıb.

Təlimdən əvvəl DOST İnkishaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ansari “Nar”ın baş direktoru Özqür Gənci və şirkət nümayəndələrini Mərkəzin fəaliyyəti ilə tanış edib. Səfər zamanı qonaqlar tədris studiyalarında yaradılan şəraitlə tanış olub, orada görülən işlər barədə məlumat alıb və tədris prosesi ilə yaxından tanış olmaq üçün dərslərə baş çəkiblər.

“Nar” inklüzivliyi fəaliyyətinin prioritet istiqametlөрindən biri hesab edir və həssas qruplardan olan gənclərin rəqəmsal imkanlara çıxışının təmin edilməsini vacib sayır. Şirkət tərəfindən həyata keçirilən təşəbbüslər rəqəmsal bilik və bacarıqların inkişafına, həmçinin informasiya və texnologiyalara çıxışın genişləndirilməsinə xidmət edir. DOST İnkishaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq həm də həssas qruplardan olan uşaqlara rəqəmsal dünyanı daha yaxından tanımağa, yeni biliklər əldə etməyə və inkişaf imkanlarını genişləndirməyə kömək etmək məqsədi daşıyır.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: DOST İnkishaf və Yaradıcılıq Mərkəzi internet Nar Özgür Gənc Texnologiya

Post navigation

Əvvəlki: Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib
Sonrakı: Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib

Bölmənin digər xəbərləri

Şəxsi məlumatlar mükəmməl CV müqabilində: "Kaspersky" Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib
  • Texnologiya

Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib

KiberSözçü 30 Oktyabr, 2026
AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib
  • Texnologiya

AzInTelecom-un rəqəmsal imza infrastrukturu “WebTrust for CA” beynəlxalq auditindən uğurla keçib

KiberSözçü 29 Oktyabr, 2026
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib
  • Texnologiya

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

KiberSözçü 29 Oktyabr, 2026

Teqlər

Acer Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu biznes Business Cybersecurity Elektromobil Epic Games Store Fraud Detection Home — A Unique Horror Adventure informasiya təhlükəsizliyi innovasiya Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pulsuz Reytinq rəqəmsal iqtisadiyyat Rəqəmsal İmza sahibkarlar Science Sker Ritual smartfon spacex startap Süni intellekt SİMA İmza Texnologiya texnopark Təhlükəsizlik vergi güzəştləri WebTrust for CA World Ödəniş mühiti İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 374)
  • Dünya (1. 104)
  • Gündəm (3. 491)
  • İdman (258)
  • İqtisadiyyat (173)
  • Kateqoriyasızlar (245)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (41)

Xəbər Trendi

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı 6cfa4b76 ve9591392_1200 1
  • Gündəm

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib – Siyahı

30 Oktyabr, 2026
Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib nggDMT68NLs3 j 2
  • Cəmiyyət

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

30 Oktyabr, 2026
Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır 1793358892_tB-copy-2 3
  • Cəmiyyət

Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır

30 Oktyabr, 2026
Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb 3ce7fe36-7d87-383 v00 (2) 4
  • Cəmiyyət

Bakıda 54 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

30 Oktyabr, 2026
Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib Şəxsi məlumatlar mükəmməl CV müqabilində: "Kaspersky" Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib 5
  • Texnologiya

Şəxsi məlumatlar mükəmməl CV müqabilində: “Kaspersky” Süni İntellekt vasitəsilə iş axtararkən yaranan risklər barədə xəbərdarlıq edib

30 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3374) Dünya (1104) Gündəm (3491) Kateqoriyasızlar (245) Kriminal (307) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (41) İdman (258) İqtisadiyyat (173)

Sayt üzrə statistika

  • 2
  • 592
  • 407
  • 7. 736

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.