AZCON Holding-in tərkibinə daxil olan “AzInTelecom” MMC “WebTrust for Certification Authorities” (“WebTrust for CA”) beynəlxalq auditindən uğurla keçib. Müstəqil audit “AzInTelecom”un rəqəmsal imza infrastrukturunun beynəlxalq təhlükəsizlik və idarəetmə standartlarına uyğunluğunu təsdiq edib.
Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (AICPA) və Kanada Peşəkar Mühasiblər Təşkilatı (CPA Canada) tərəfindən hazırlanmış “WebTrust for CA” sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlar üçün beynəlxalq səviyyədə tanınan audit standartıdır. Audit çərçivəsində müstəqil auditorlar “AzInTelecom”un informasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərinin, kriptoqrafik açarların idarə edilməsi proseslərinin və şirkətin əməliyyat fəaliyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçiriblər.
“Bizim əsas məqsədimiz dövlət və biznes proseslərinin rəqəmsal transformasiyasına töhfə verən, həmçinin etibarlı elektron xidmətlərin əlçatanlığının genişləndirilməsini təmin edən etibarlı infrastrukturun yaradılmasıdır. Müstəqil auditin uğurla keçməsi “AzInTelecom”un daxili və beynəlxalq bazarlarda etibarlı texnoloji tərəfdaş kimi mövqeyini gücləndirir və əməkdaşlığın yeni istiqamətlərinin inkişafı üçün zəmin yaradır”, – deyə “AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentinin rəhbəri Ruslan Dadayev qeyd edib.
“WebTrust for CA” auditinin nəticələri biznes strukturlarına, dövlət qurumlarına və fərdi istifadəçilərə “AzInTelecom”un rəqəmsal imza xidmətlərinin təhlükəsizliyi, məxfiliyi və etibarlılığı üçün əlavə zəmanətlər təqdim edir. Eyni zamanda, auditin uğurla başa çatdırılması “AzInTelecom”un beynəlxalq standartlara və tələblərə cavab verən rəqəmsal imza sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmlەندirir.
Rəqəmsal xidmətləri beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirən “AzInTelecom” təhlükəsiz elektron xidmətlərin əlçatanlığının genişlənməsinə, ölkənin rəqəmsal ekosisteminin inkişafına və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsinə töhfə verir.
