Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib
  • Texnologiya

Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib

Mastercard şirkəti süni intellektin insanların malları necə tapdığını, alış-veriş qərarlarını necə verdiyini və ödənişləri necə həyata keçirdiyini dəyişdirə biləcəyini araşdıran yeni hesabatını dərc edib. Əldə edilən məlumatlara əsasən, gənclərin 79%-i və valideynlərin 70%-i son bir ildə mal məlumatlarını axtarmaq üçün süni intellektdən istifadə ediblər.
KiberSözçü 13 Oktyabr, 2026
Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib

Mastercard şirkəti süni intellektin insanların malları necə tapdığını, alış-veriş qərarlarını necə verdiyini və ödənişləri necə həyata keçirdiyini necə dəyişdirə biləcəyini araşdıran “Alış-veriş və ödənişlərin gələcəyinin qısa tarixi” (A Short History of the Future of Shopping and Payments) adlı yeni hesabatını dərc edib. Hesabatın əsasını təşkil edən tədqiqat zamanı 13 bazarda 13 000 cütlük — 13-18 yaş arası gənclər və onların valideynləri sorğuda iştirak ediblər. Əldə edilən məlumatlara əsasən, gənclərin 79%-i və valideynlərin 70%-i son bir ildə mal məlumatlarını axtarmaq üçün süni intellektdən istifadə ediblər.

Mastercard-ın tədqiqatı, həmçinin göstərir ki, süni intellekt adi alış-veriş prosesinin bir hissəsinə çevrilir. Gənclərin 62%-i və valideynlərin 49%-i mal məlumatlarını axtarmaq üçün süni intellektdən ayda azı bir dəfə istifadə edirlər. Gənclərin 61%-i bu və ya digər dərəcədə alış-veriş prosesini onların adından idarə etməyə qadir olan kompleks süni intellekt köməkçisindən istifadə etməyə hazır olduqlarını bəyan edirlər. Valideynlərin təxminən 67%-i hesab edir ki, uşaqlarının nəslinə süni intellektin köməyi ilə alış-veriş etmək özlərinə nisbətən daha rahat olacaq.

Süni intellekt məlumat axtarışından alış-verişin həyata keçirilməsinə keçdikcə sərhədləri istifadəçilər müəyyən edəcəklər

Hesabatda süni intellektin təkcə insanlara malları tapmağa və variantları müqayisə etməyə kömək etmədiyini, həm də onların adından hərəkətlər etdiyi agent kommersiyasının formalaşması nəzərdən keçirilir. Bu dəyişiklik üç nöqteyi-nəzərdən təhlil edilir: alış-veriş edilərkən istehlakçı təcrübəsi, pərakəndə satıcıların müştərilərlə münasibətləri və ödənişlərin aparılması üçün zəruri olan etibar infrastrukturu.

Məsələn, süni intellekt agenti aviauçuşların variantlarını müqayisə edə bilər və ya müntəzəm ərzaq alışı üçün səbət yığa bilər. Onun növbəti addımı atıb alış-verişi başa çatdıra bilməsi istifadəçi tərəfindən təyin edilmiş icazələrdən asılı olacaq.

Hesabata görə, agent kommersiyasının daha geniş yayılması istehlakçılara dəqiq nəzarətin saxlanılıb-saxlanılmayacağından asılı olacaq. Bu, süni intellekt agentinin kimin adından hərəkət etdiyinin yoxlanılmasını, dəqiq xərc limitlərinin müəyyən edilməsini və istifadəçilərin əlavə təsdiqin nə vaxt tələb olunduğuna özbaşına qərar vermək imkanını nəzərdə tutur. İstehlakçılar, həmçinin səhv və ya gözlənilməz tranzaksiya baş verdiyi təqdirdə nə baş verəcəyini aydın şəkildə başa düşməlidirlər.

Pərakəndə satıcılar üçün yoxlanıla bilən məlumatlar getdikcə daha çox əhəmiyyət kəsb edir

Süni intellekt agentləri istehlakçıların adından variantları qiymətləndirməyə başladıqca, pərakəndə satıcılar da məlumatların təqdim olunmasına yanaşmalarını dəyişməli olacaqlar. Qiymət, malın mövcudluğu, çatdırılma və qaytarılma şərtləri haqqında məlumatlar getdikcə süni intellekt agentləri üçün əlçatan olmalı, malların xüsusiyyətləri və onların ekoloji cəhətdən təmizliyi ilə bağlı bəyanatlar isə yoxlanıla bilən məlumatlarla əsaslandırılmalıdır.

Mastercard-ın hesabatında, həmçinin ödəniş prosesində etibarın rolu vurğulanır. Ödəniş məlumatlarının qorunmasından əlavə, bu, süni intellekt agentinin həqiqiliyini yoxlamaq və onun konkret tranzaksiyanın aparılması üçün səlahiyyətlərə malik olduğunu təsdiq etmək imkanı deməkdir. Bu, istehlakçının adından edilən alış-verişlərin onun tərəfindən müəyyən edilmiş limitlər və icazələr çərçivəsindən kənara çıxmadığına zəmanət verməyə kömək edir.

Tədqiqat haqqında qeyd: Onlayn tədqiqat Opinium şirkəti tərəfindən Mastercard-ın sifarişi ilə 2026-cı ilin iyun-iyul aylarına Bulqarıstan, Çexiya, Fransa, Almaniya, İsrail, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyada həyata keçirilmişdir.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: Alış-veriş Elektron ticarət Mastercard Süni intellekt Tədqiqat

Post navigation

Əvvəlki: Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Sonrakı: Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi

Bölmənin digər xəbərləri

Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi
  • Texnologiya

Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi

KiberSözçü 13 Oktyabr, 2026
SHE RISES Baku 2026 Azərbaycan və Pakistandan olan qadın liderləri bir araya gətirdi
  • Texnologiya

SHE RISES Baku 2026 Azərbaycan və Pakistandan olan qadın liderləri bir araya gətirdi

KiberSözçü 12 Oktyabr, 2026
AnTuTu: Sentyabr ayının ən güclü Android flaqmanları və orta səviyyəli smartfonları
  • Texnologiya

AnTuTu: Sentyabr ayının ən güclü Android flaqmanları və orta səviyyəli smartfonları

KiberSözçü 12 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Alış-veriş Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health Inspiration4 Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Starlink Mobile Stories Süni intellekt Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 265)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (7)

Xəbər Trendi

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir 6ac8f3a1baa866ac8 b 1
  • Cəmiyyət

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr, 2026
Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB 6acdd733b7edbM 2
  • Gündəm

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB

13 Oktyabr, 2026
İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir – Pezeşkian 3
  • Cəmiyyət

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir – Pezeşkian

13 Oktyabr, 2026
Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi 4
  • Texnologiya

Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi

13 Oktyabr, 2026
Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib 5
  • Texnologiya

Mastercard-ın tədqiqatı: Gənclərin 79%-i mal məlumatlarını axtarmaq üçün süni intellekt-dən istifadə edib

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3265) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (235) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (7) İdman (246) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 1
  • 91
  • 87
  • 4. 558

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.