Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 055)
  • Dünya (3. 257)
  • Gündəm (11. 373)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir ki, 2025-ci ildə Azərbaycanın
Cavidan 17 Sentyabr, 2025

Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur.

“Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir”, – Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Continue Reading

Previous: BƏƏ Prezidentinin önəmli səfəri – Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı – ŞƏRH
Next: Azərbaycanda Dövlət Suverenliyi günüdür

Bölmənin digər xəbərləri

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər
  • Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik
  • Siyasət

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026
Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib
  • Gündəm

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib

6 Mart, 2026

Top 7 Xəbər

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO 1

Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO

10 Mart, 2026
Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH 2

Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH

10 Mart, 2026
Sabah ölkə üzrə pensiyalar ödəniləcək 3

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

10 Mart, 2026
Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək 4

Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək

10 Mart, 2026
Sabah hava yağıntılı olacaq 5

Sabah hava yağıntılı olacaq

10 Mart, 2026
FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb 6

FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb

10 Mart, 2026
Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub 7

Baş nazirin Milli Məclisdə hesabat verəcəyi tarix məlum olub

10 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 055)
  • Dünya (3. 257)
  • Gündəm (11. 373)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 346)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9055) Dünya (3257) Gündəm (11373) Kateqoriyasızlar (471) Kriminal (1346) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (634) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Emin Əmrullayev Xankəndi və Xocalı məktəblərində olub – FOTO 10 Mart, 2026
  • Bir sorğunun nəticəsi – Ermənistanda hakimiyyət çevrilişinə çağırış – ŞƏRH 10 Mart, 2026
  • Sabah ölkə üzrə pensiyalar ödəniləcək 10 Mart, 2026
  • Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edəcək 10 Mart, 2026
  • Sabah hava yağıntılı olacaq 10 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.