Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Ötən gün Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünə uğurla ev sahibliyi
Cavidan 16 Oktyabr, 2026
BVSpZcyrH8UTPC4Mpmn

Ötən gün Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünə uğurla ev sahibliyi edib. Sammit işinə Bakı bəyannaməsi ilə yekun vurub.

Azərbaycanın bu təşkilata sədrliyinin birinci dövründə irəli sürdüyü “Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf” konsepsiyası ətrafında müzakirə aparılıb. Onun AQEM-ə sədrliyi daha iki il müddətinə uzadılıb.

Prezident İlham Əliyev Sammitdə çıxışında bu məsələyə toxunaraq bildirib: “İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik”.

Azərbaycan əraziləri işğal altında olanda və ondan sonrakı dövrlərdə bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməklə qlobal miqyasda etibarlı tərəfdaş olduğunu isbatlayıb. Dövlət başçısı çıxışında rəsmi Bakının beynəlxalq səviyyədə sülh, təhlükəsizlik, əməkdaşlıq fəaliyyətinə dair məsələləri vurğulayaraq bildirib ki, Azərbaycan ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı, öz növbəsində regionda təhlükəsizlik sistemini möhkəmləndirir.

Azərbaycanın qlobal miqyasda fəallığına torpaqlarının işğal altında olması daim maneə olub. Bir sıra ölkələr Azərbaycana qarşı haqsızlıq edib. Ermənistanda hakimiyyətdə olanlara davamlı şəkildə xarici qüvvələr havadarlıq ediblər. Himayədarlarına arxalanan Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan, Nikol Paşinyan Azərbaycan torpaqlarını işğal etmiş, həmin ərazilərdə soyqırımı törətmiş, işğalın uzanmasında iştirak etmiş, 44 günlük müharibədə Azərbaycan torpaqlarında döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinə komandanlıq etmişlər.

Prezident Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yada salaraq bu sənədin icrasının 30 il ərzində kağız üzərində qaldığını vurğulayıb, məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinin imitasiya xarakteri daşıdığını bildirib.

Ermənilərin Azərbaycanda törətdikləri cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, cəzalanmaması torpaqların işğal altında qalması müddətinin uzanmasına səbəb olub.

Prezident İlham Əliyev AQEM Sammitində Ter-Petrosyan, Koçaryan, Sarqsyanın hələ də cəzalanmamasına işarə edərək bildirib: “Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir”.

Ter-Petrosyan və Paşinyanı havadarları və erməni lobbisi “demokrat”, “sülhsevər” kimi dünya ictimaiyyətinə təqdim etməklə Ermənistan hakimiyyəti haqqında saxta rəy yaratmağa çalışıblar və bu, davam edir. Halbuki Azərbaycanın işğal altında olmuş Qarabağ və ətraf rayonlarında soyqırımı, qətliamlar, yurd yerləri, inzibati və sosial binaların sökülüb, dağılması Ter-Petrosyanın prezidentliyi dövründə başlayıb. 1991-ci il noyabrın 20-də Xocavənd rayonu, Qarakənd kəndi yaxınlığında göyərtəsində Azərbaycanın dövlət xadimlərinin də olduğu “Mi-8” helikopterinin ermənilər tərəfindən vurulması nəticəsində 22 nəfər ölmüşdü. Xocalı soyqırımı törədiləndə də Ter-Petrosyan prezident idi. O, türk düşməni kimi tərbiyə alıb. Bu baxımdan, onun demokrat kimi cəmiyyətə sırınması yanlışdır.

Odur ki, insanlıq əleyhinə törətdikləri əməllərə, habelə müharibə qanunlarına zidd fəaliyyətlərinə görə onlar Ermənistanın üzv olduğu Beynəlxalq Cinayət Məhkəməsində, Roma statutu üzrə mühakimə olunacaq şəxslərdir.

2020-ci il hadisələrindən sonra Nikol Paşinyana “sülh mükafatı” verilir, onu Cənubi Qafqazda “demokrat” kimi təqdim edirlər. Ancaq o, həmin hökumət başçısıdır ki, onun komandasının üzvləri beynəlxalq hüquq, norma, münasibət tanımadan Azərbaycanın yeni torpaqlarını işğal edəcəklərinə dair açıqlamalar verirdilər. Paşinyan isə işğal altında olan Azərbaycan torpaqlarında halay edib oynayırdı, iddialı şüarlar səsləndirirdi.

İlham Əliyev Nikol Paşinyanın fəaliyyətinin əvvəlki dövrünü də Sammit iştirakçılarının diqqətinə çatdırıb: “Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı”.

İndi beynəlxalq ictimaiyyət onları az qala dünyaya sülhsevər kimi təqdim etməyə çalışır.

Nikol Paşinyan da daxil olmaqla Azərbaycan torpaqlarının işğal altında qalmasına rəhbərlik etmiş şəxslər işğal dövründə törətdikləri əməllərə görə cəzalanmadıqlarından indi Ermənistanda “revanşist” fəaliyyətlə məşğuldurlar.

Dövlət başçısı Zirvə toplantısı iştirakçılarına müharibə vəziyyətinin yaranması səbəblərindən bəhs edərək Azərbaycanın torpaqlarını işğaldan təmizləməsindən, Ermənistanın kapitulyasiyasından, ərazi bütövlüyü və suverenliyin bərpasından, cinayətkarların həbsindən danışıb: “2023-cü ilin sentyabrında məhz bu baş verdi və həmin vaxt Azərbaycan əsgərinin “dəmir yumruğu” yenidən öz sözünü dedi.

Bir sutkadan da az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi”.

Arayik Harutyunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan, Davit İşxanyan, Levon Mnatsakanyan və Davit Manukyan Azərbaycana qarşı cinayətlər törədənlərin və mühakimə olunaraq cəzalandırılanların bir qismidir.

Dövlət başçısı onların mühakiməsini belə dəyərləndirib: “Bu, mahiyyətinə və formasına görə Nürnberq tribunalının (II Dünya müharibəsindən sonra faşist Almaniyasının siyasi və hərbi rəhbərliyi barəsində beynəlxalq tribunal – red) analoqu idi. Lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular”.

Sözügedən şəxslər Azərbaycana, azərbaycanlılara, türklərə qarşı düşmənlik ruhunda tərbiyə olunublar. Azərbaycan torpaqlarını işğal edib, azərbaycanlıları öz evlərindən didərgin salanlar tsexakronizm (“tesx”qəbilə, nəsil, irq və “kron” inam), ermənilik, türk düşmənliyi milli düşüncə sisteminin tərbiyəsini alıblar. Onların irqçilik tarixi Avropa faşizm ideologiyasının formalaşması dövrünə təsadüf edir.

Bu baxımdan, 20-ci əsrin sonunda 21-ci əsrin əvvəllərində erməni faşizmi Qərbi Azərbaycanda, Azərbaycanda özünü faşizmin bütün cəhətləri üzrə göstərib. Elə onların aqibəti də faşistlər kimi oldu. Darmadağın edilən ordunun hərbi texnikası və başqa avadanlıqları qalib tərəfdən müsadirə edilmişdi. Halbuki faşistlər Moskva meydanında parad keçirəcəklərini, Bakı neftini ələ keçirəcəklərini deyir, bu niyyətlərini gizlətmirdilər.

Ermənistan liderləri də öz növbəsində Bakıda çay içəcəkləri, nefti ələ keçirəcəkləri xülyası ilə yaşayırdılar. Prezidentin çıxışında bu məqam da vurğulanıb: “Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş olunur.

Yeri gəlmişkən, işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər”.

Təəssüf ki, ABŞ, Avropa İttifaqı, o cümlədən Fransa, Almaniyada Azərbaycandakı məhkum faşist ermənilərin azadlığa buraxılması kimi qanunazidd və insanlıqdan uzaq çağırışlar edənlər də var. Həmin şəxslər Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş, bu yerlərdə minlərlə insanın qanının tökülməsinə bais olanların cəzalanmasını tələb etmirlər.

Ter-Petrosyan, Koçaryan, Sarqsyan və başqaları miqyasına, zamanına görə alman faşistlərin əməllərini təkrarlayanlardır. Bakıda mühakimə olunanlar da işğalçı, qatil, irqçidirlər. Bunu zaman təsdiqləyib, keçirilmiş məhkəmə prosesləri də hökmünü çıxarıb.

Prezident Sammitdə Azərbaycanın sülhsevərliyindən də danışıb. O, Azərbaycanın müharibəni seçmədiyini, buna Ermənistanın məcbur etdiyini vurğulayıb.

Ermənistan və havadarları elə zənn edirdilər ki, siyasi-diplomatik, iqtisadi sahələr üzrə təzyiqlər etmək, habelə rəsmi İrəvanın müharibə ritorikası əsasında verdiyi açıqlamaları ilə rəsmi Bakının öz torpaqlarını güzəştə getməsinə nail olacaqlar. Ancaq bu iddiada olanlar yanıldılar.

Prezident İlham Əliyevin sözlərinə görə, Ermənistanın arxasında dayanan havadarlar görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər: “Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan müharibədə qalib gəldi: “Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.

Dövlət başçısı bu açıqlaması ilə Ermənistan rəhbərliyini sülh sazişi və normallaşma prosesi ilə üzərinə götürdüklərinə əməl etməyə çağırıb.

Azərbaycan Prezidentinin açıqlamaları həm də AQEM-ə üzv ölkələr üçün bir çağırışdır. Çünki dünyada ən böyük münaqişələr Asiyada baş verir. Dövlət başçısı Ermənistanın işğalı və kapitulyasiyası faktı ilə dövlətlərin bir-birinə qarşı iddialı yanaşmalarının yalnız xarici qüvvələrə, havadarlara fayda verdiyini bəyan edib. İlham Əliyev barışmaz tərəflər arasında belə qarşılıqlı fəaliyyət və əməkdaşlığın, sülhün, əlaqələrin mümkünlüyünü Azərbaycanın və Ermənistan nümunəsində aydın şəkildə göstərib.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb
Sonrakı: Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Bölmənin digər xəbərləri

OtKJUR1hbZ6LjwNIZ b
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Cavidan 12 Oktyabr, 2026
QmBsyGYfDNOEEUoaSNCeV
  • Siyasət

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Cavidan 12 Oktyabr, 2026
IVZME0LJqPupDFt3 b
  • Siyasət

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Cavidan 9 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (237)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 1
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 2
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb 6ad31782140b36ad31782140b41v 3
  • Kriminal

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr, 2026
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Ni14yWlichJYsbfPxGKVaqc b 4
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

17 Oktyabr, 2026
Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq 5
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (237) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 54
  • 50
  • 4. 950

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.