Skip to content
30 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • BƏƏ Prezidentinin önəmli səfəri – Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı – ŞƏRH
  • Gündəm
  • Siyasət

BƏƏ Prezidentinin önəmli səfəri – Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı – ŞƏRH

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycanda rəsmi səfərdə olub. Prezident
Cavidan 17 Sentyabr, 2025
QsTJmiF82NRTHKZ3DirzBp3AMqZ9p8RIEaMj1jzc_825 c

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycanda rəsmi səfərdə olub. Prezident İlham Əliyev onu Füzulidə qarşılayıb.

Ali qonaq Azərbaycanın Qarabağ bölgəsini ziyarət edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib.

Qarşılama mərasiminin işğaldan azad edilmiş torpaqda keçirilməsi Azərbaycan, regional və qlobal baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın torpaqlarına sahib olduğunu, işğalçıların havadarları ilə birlikdə xarabazara çevirdikləri bölgələrin yenidən qurulmasını, modern şəhərlərin, infrastrukturun tikilməsini, yerli əhalinin qayıdışının uğurla həyata keçdiyini beynəlxalq səviyyədə nümayiş etdirmək üçün daha bir fürsət idi.

Prezident İlham Əliyev çıxışında BƏƏ ilə münasibətlərə toxunaraq deyib: “Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir”.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Füzulidə qarşılanması Azərbaycanın bütün bölgələrinin, o cümlədən işğaldan azad olunan bölgələrinin təhlükəsizlik baxımından güvənli olduğunu yenidən təsdiqləyib. Müasir dünyada bunun çox ciddi məsələ olduğunu da vurğulamağa ehtiyac var.

Yeri gəlmişkən, beynəlxalq münasibətlərdə strateji tərəfdaşlığın mahiyyəti aktorlar arasında məqsədyönlü qarşılıqlı əlaqəni, uzunmüddətli, fasiləsiz, sabit xarakterli, qarşılıqlı fundamental maraqların reallaşdırılmasına əsaslanmasında və bir qayda olaraq, ictimai həyatın bütün sahələrində həyata keçirilməsindədir. Bu münasibət taktiki tərəfdaşlıqdan strateji tərəfdaşlığa, həmçinin strateji tərəfdaşlıqdan müttəfiqliyə keçiddir.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrdən danışarkən onu da bildirib ki, Əmirliklərin şirkətləri Azərbaycanın strateji tərəfdaşıdır, əsas investordur: “Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları BƏƏ-nin  bizə dəstəyi nəticəsində mümkün olmuşdur. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır”.

Qeyd edək ki, bu səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” də daxil olmaqla 14 sənəd imzalanıb.

Al Nəhyan iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış Bəyannamənin tərəflərin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirdiyini vurğulayıb.

BƏƏ Prezidenti bu əlaqələrin regional mahiyyətindən və əhəmiyyətindən danışarkən bildirib ki, ölkəsi Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır: “Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik”.

Bu, BƏƏ Prezidentinin Azərbaycana səfərinin regional əhəmiyyətini təsdiqləyən açıqlama da sayıla bilər.

Əmirlik beynəlxalq aləmdə daha çox ticarət mərkəzlərindən biri olaraq tanınır. Bu baxımdan, Şeyxin səfəri, Azərbaycanla əlaqələrin inkişafı perspektivdə onun Cənubi Qafqazda fəaliyyətinin genişlənməsinə imkan yaradar. Çünki Azərbaycan regionda logistika və infrastruktur xidmətinə malikdir. Digər tərəfdən isə Azərbaycan Asiya ilə Avropanı birləşdirən yolun üzərində etibarlı dövlətlərdəndir. Odur ki, BƏƏ Azərbaycanın regiondakı bu üstünlüyündən faydalana bilər.

Azərbaycanla BƏƏ islam dünyasında, beynəlxalq münasibətlərdə oxşar mövqelərə malikdirlər. Yaxın Şərqdə baş verənlərə münasibətlərində də oxşarlıq var.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əlaqələri həm də islam dövlətləri olaraq beynəlxalq problemlərə yaxın mövqedən yanaşma üçün əlavə fürsət verir.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana, Qarabağa səfərinin bu baxımdan qlobal önəmi olduğu qənaətinə də gəlmək olar. Hər iki dövlət münaqişələrin dinc danışıqlar yolu ilə həllini, əməkdaşlığı qarşıdurmadan üstün tutduqlarını nümayiş etdirirlər.

BƏƏ Prezidentinin bu rəsmi səfəri Azərbaycanın qlobal miqyasda, habelə islam dünyasında, Yaxın Şərqdə nüfuzunun, əhəmiyyətinin göstəricisi sayıla bilər.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb
Sonrakı: Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

Bölmənin digər xəbərləri

vcrMyLIl9JHkUewu v RXvLojLEtuT_1200
  • Siyasət

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cavidan 29 Oktyabr, 2026
gUj20Bnjge8p bTKdxrL7I80K_1200
  • Gündəm

Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək

Cavidan 29 Oktyabr, 2026
6ae3196064e9e6ae3 v6ae3196064e9d
  • Cəmiyyət

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini dövlətçiliyin əleyhinə hesab edir

Cavidan 29 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise AI Android Anime AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese biznes Business Cyberpunk Cybersecurity Elektromobil Epic Games Store Fraud Detection HDD Home — A Unique Horror Adventure informasiya təhlükəsizliyi kibertəhlükəsizlik Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Pulsuz Reytinq Roadster Rəqəmsal İmza Science Sker Ritual smartfon spacex SSD Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World İlon Mask İnformatika İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 367)
  • Dünya (1. 103)
  • Gündəm (3. 487)
  • İdman (257)
  • İqtisadiyyat (172)
  • Kateqoriyasızlar (244)
  • Kriminal (307)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (39)

Xəbər Trendi

Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb 7HvTFWrncB vp2R1Q_1200 1
  • Cəmiyyət

Kapadokiyada qaya uçub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

29 Oktyabr, 2026
Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib VQwfajF1R0C bGYSS7GK2V_1200 2
  • Cəmiyyət

Türkiyədə bələdiyyə sədri rüşvət almaq ittihamı ilə ev dustağı edilib

29 Oktyabr, 2026
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq vcrMyLIl9JHkUewu v RXvLojLEtuT_1200 3
  • Siyasət

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29 Oktyabr, 2026
Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək gUj20Bnjge8p bTKdxrL7I80K_1200 4
  • Gündəm

Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək

29 Oktyabr, 2026
Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir DsR58X9TgDr9 vdB3FUZcqY000_1200 5
  • Cəmiyyət

Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir

29 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3367) Dünya (1103) Gündəm (3487) Kateqoriyasızlar (244) Kriminal (307) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (39) İdman (257) İqtisadiyyat (172)

Sayt üzrə statistika

  • 5
  • 258
  • 215
  • 7. 402

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.