Skip to content
30 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 336)
  • Dünya (3. 346)
  • Gündəm (11. 688)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Yalanı ilə gündəm olan “polkovnik” Rasim əslində kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin
Cavidan 6 Yanvar, 2022

Xəbər verdiyimiz kimi, Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib. O, görüş zamanı ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyini bildirib və buna görə bələdiyyə sədri tərəfindən təltif edilib. Rasim Əhmədli bələdiyyə rəhbərliyini aldatsa da, onun yalanı çox çəkməyib. Artıq FHN də məsələ ilə bağlı açıqlama yayaraq belə bir şəxsin qurumun əməkdaşı olmadığını təsdiqləyib.

Bəs, uydurduğu yalanla sosial şəbəkələrdə müzakirə olunan Rasim Əhmədli əslində kimdir?

Azadmedia.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Əhmədli Rasim İkram oğlu 1981-ci ildə Mingəçevirdə anadan olub. O, ötən il özünü Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin Gənclər Təşkilatının sədri kimi təqdim edib. İddia edib ki, qazidir və birinci Qarabağ müharibəsində iştirak edib.

Rasimin iddiasına görə, 11 yaşında (!) könüllü olaraq birinci Qarabağ savaşında Bakı batalyonunun tərkibində döyüşlərdə iştirak edib və 1994-95-ci illərdə yaralanıb.

Rasimin yalanlarına gəlincə, bu, onun ilk belə əməli deyil. O, bir müddət əvvəl Ukraynanın paytaxtı Kiyevdə də insanların etibarından sui-istifadə edərək bir neçə azərbaycanlıdan qazi adıyla pul yığıb. Bundan başqa, daha bir şəxsdən qazi kimi 300 manat alıb. Bir il öncə isə qazi adından istifadə edərək elektronika mağazasından 2500 manat dəyərində telefon götürərək aradan çıxıb. Bu, onun bizə bildirilən əməlləridir. Məlumata görə, Rasim Əhmədli yalanları ilə daha çox insanı aldatmağı bacarıb.

2019-cu ildə isə Rasim Əhmədli məsuliyyətə cəlb olunub. O, həmin ilin sentyabrında keçmiş arvadının üzərinə neft tökərək onu yandırmağa cəhd göstərib. Bu azmış kimi, Rasimi sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmağa da cəhd edib. Həmin vaxt Bakının Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, Rasim Əhmədli müxtəlif vaxtlarda dörd dəfə dələduzluq maddəsi ilə də məsuliyyətə cəlb olunub.

Əvvəllər Maştağa qəsəbəsinin sakini olan Rasim, 2009-cu ildə Ü.Hacıbəyov küçəsində yerləşən körpüdən özünü atmaq istəyib. Lakin ətrafda olan şəxslərin və polis əməkdaşlarının müdaxiləsi nəticəsində onun intihar etməsinin qarşısı alınıb.

Onu da qeyd edək ki, Rasim Əhmədli bundan öncə Müdafiə Nazirliyinin də polkovnik rütbəsində dolaşıb, qurumun forması ilə məclislərə qatılıb. Vətən müharibəsindən sonra isə bir çox yerlərə Xüsusi Təyinatlı Qüvvələrin forması ilə gedir. Ümumiyyətlə, bir sıra insanları aldadan Rasim, Vətən müharibəsində iştirak belə etməyib.

Məqaləyə dair fotomateriallar:

Continue Reading

Previous: Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Next: Pensiyalar bu tarixdə ödəniləcək

Bölmənin digər xəbərləri

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
  • Cəmiyyət

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub

30 Aprel, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

30 Aprel, 2026
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
  • Cəmiyyət

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

30 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub 1

Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub

30 Aprel, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək 2

Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

30 Aprel, 2026
Rusiyada mədən çöküb, uçqun altında qalanlar var 3

Rusiyada mədən çöküb, uçqun altında qalanlar var

30 Aprel, 2026
Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək 4

Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək

30 Aprel, 2026
Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür 5

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

30 Aprel, 2026
XTQ-nin yaradılmasından 27 il ötür 6

XTQ-nin yaradılmasından 27 il ötür

30 Aprel, 2026
Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür 7

Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür

29 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 336)
  • Dünya (3. 346)
  • Gündəm (11. 688)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 378)
  • Mədəniyyət (347)
  • Siyasət (2. 986)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9336) Dünya (3346) Gündəm (11688) Kateqoriyasızlar (484) Kriminal (1378) Mədəniyyət (347) Siyasət (2986) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub 30 Aprel, 2026
  • Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək 30 Aprel, 2026
  • Rusiyada mədən çöküb, uçqun altında qalanlar var 30 Aprel, 2026
  • Premyer Liqa: Təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu bu gün keçiriləcək 30 Aprel, 2026
  • Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.