Skip to content
23 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Texnologiya
  • Xiaomi Mi 11 təqdim edildi!
  • Texnologiya

Xiaomi Mi 11 təqdim edildi!

Anario86 22 Sentyabr, 2021
Xiaomi-M11[1]

Xiaomi-nin çoxdan gözlənilən smartfonu Xiaomi Mi 11 rəsmi olaraq təqdim olundu. Rəsmi olaraq təqdim edildi deməyimizin səbəbi bildiyiniz kimi son zamanlarda Xiaomi-nin bu modeli üçün bir çox sızıntı xəbərləri çıxmışdı.

Xiaomi Mi 11, ekranı 2k görüntü keyfiyyətinə malik ilk Xiaomi telefonudur. Ekran tərəfində 6.81 düymlük Samsung E4 AMOLED paneli istifadə olunub. Smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Həmçinin, HDR10+ dəstəyinə malik ekran, 515 PPI görüntü keyfiyyəti ilə bərabər 1500 nit parlaqlıq təklif edir və 10bit rəngi dəstəkləyir. Ekran, Mi 11 Corning Gorilla Glass Victus qoruyucu şüşəyə malikdir.

Xiaomi Mi 11, TSMC tərəfindən 5 nm istehsal prosesi ilə istehsal olunan səkkiz nüvəli Snapdragon 888 prosessoru ilə təchiz edilib. Cihaz 8 və ya 12 GB RAM ilə birlikdə 128 və ya 256 GB daxili yaddaş həcminə malikdir.

Harman Kardon tərəfindən istehsal olunan iki güclü səs gücləndiriciyə sahib olan cihaz, üstün bir səs performansı təqdim edir.

Kamera tərəfdə də olduqca iddialı olan Xiaomi Mi 11, optik təsvir sabitləşdirməyə (OIS) malik 108 Megapiksellik (f/1.33) əsas kamera ilə təchiz olunub. Əlavə olaraq cihaz, 13 Megapiksellik (f/2.4) ultra geniş bucaqlı və 5 Megapiksellik (f/2.4) telefoto kamerası ilə də təchiz olunub. Cihazın ön kamerası 20 Megapiksel görüntü keyfiyyəti təklif edir.

4600 mAh enerji tutumlu batareyaya malik smartfon, 45 dəqiqədə enerji ilə tam doldurmanı təmin edən 55W sürətli şarjı və 53 dəqiqədə tam doldurma təmin edən 50W sürətli naqilsiz şarjı dəstəkləyir. Cihaz eyni zamanda 10 vatt gücündə ikitərəfli naqilsiz şarj texnologiyalarını dəstəkləyir.

Ekranın altına yerləşdirilən barmaq izi sensoruna malik olan cihaz, eyni skaner vasitəsi ilə ürək döyüntüsünü də ölçə bilir və dəqiqliyi ağıllı saatlar səviyyəsindədir. Qoşulma xüsusiyyətləri tərəfində Wi-Fi 6 texnologiyasını dəstəkləyən cihaz, USB-C portu vasitəsilə enerji yığır.

Xiaomi Mi 11 modeli MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Həmçinin təqdimatda uzun müddətdir ki, ortada gəzən məlumat da təsdiqləndi. Belə ki, Mi 11-in qutusunda şarj cihazı olmayacaq, ancaq telefon və enerji yığmaq üçün naqil olacaq.

Xiaomi Mi 11 xüsusiyyətləri:

– Ekran: 6,81 düym AMOLED, 2K görüntü keyfiyyəti, HDR10+ və 10bit rəng dəstəyi ilə 120 Hz yeniləmə tezliyi, 515 PPI, 1500 nit parlaqlıq;

– Prosessor: Snapdragon 888 (5 nm-səkkiz nüvəli)

– Qoşulma: USB-C, inkişaf etmiş Wi-Fi 6

– Yaddaş: 8 GB – 12 GB RAM / 128 GB və 256 GB yaddaş

– Batareya: 4.600 mAh / 55W sürətli şarj / 50W simsiz şarj / 10W simsiz ikitərəfli şarj

– Arxa Kamera: 108 Megapiksel f/1.33 + 13 Megapiksel f/2.4 ultra geniş bucaqlı + 5 Megapiksel f/2.4 telefoto / OIS dəstəklənir

– Ön kamera: 20 Megapiksel

– Əməliyyat sistemi: Android 11 və MIUI 12 interfeys

Buraxılış tarixi və qiyməti:

8 GB RAM və 128 GB yaddaşa malik olan Xiaomi-nin ən yeni modeli Mi 11-in qiyməti, 612 dollar olaraq elan edildi.

8 GB RAM + 256 GB yaddaş: 657 dollar

12 GB RAM + 256 GB yaddaş: 719 dollar

Cihaza sahib olmaq istəyənlər bu gündən etibarən əvvəlcədən sifariş edə bilər. Smartfonun satışlarına 1 yanvar tarixində Çində start veriləcək.

About the Author

Anario86

Administrator

Visit Website View All Posts
Tags: Android MIUI12 Snapdragon 888 Xiaomi Xiaomi Mi 11

Post navigation

Previous: Əli Əsədovdan yeni tədris ilinin başlaması ilə bağlı QƏRAR
Next: Yaşı 65-dən yuxarı olan təhsil işçilərinə ŞAD XƏBƏR

Bölmənin digər xəbərləri

sky-technology-star-cosmos-atmosphere-aviation-1172919-pxhere.com
  • Texnologiya

Musk’s SpaceX: Starship lands safely… then explodes

Anario86 14 May, 2024
internet
  • Texnologiya

Gecələr telefonun internetini söndürün – SƏBƏBİNİ ÖYRƏNDİKDƏ…

Cavidan 2 Avqust, 2023
L-application-WhatsApp-4717 (1)
  • Gündəm

“WhatsApp” hər kəsə lazım olan 3 yeni funksiya təqdim etdi

Cavidan 11 May, 2023

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 771)
  • Dünya (3. 461)
  • Gündəm (11. 963)
  • İdman (677)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (525)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

ANCA, lobbi və “dostları” Ermənistana qarşı – sülhsevər olmayan konqresmenlər – ŞƏRH Screenshot 2026-07-23 161431 1
  • Cəmiyyət

ANCA, lobbi və “dostları” Ermənistana qarşı – sülhsevər olmayan konqresmenlər – ŞƏRH

23 İyul, 2026
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir Screenshot 2026-07-23 155204 2
  • Kateqoriyasızlar

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul, 2026
AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir Screenshot 2026-07-23 151357 3
  • Cəmiyyət

AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir

23 İyul, 2026
Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq Screenshot 2026-07-23 145222 4
  • Cəmiyyət

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

23 İyul, 2026
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq Screenshot 2026-07-23 125854 5
  • Cəmiyyət

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9771) Dünya (3461) Gündəm (11963) Kateqoriyasızlar (525) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (677) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.