Skip to content
23 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir
  • Cəmiyyət

AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir

Bu ilin iyun ayında Azərbaycanın tikinti sektorunda qiymətlər 2025-ci ilin dekabrı ilə müqayisədə 6,7 %, may ayına nisbətən
Cavidan 23 İyul, 2026
Screenshot 2026-07-23 151357

Bu ilin iyun ayında Azərbaycanın tikinti sektorunda qiymətlər 2025-ci ilin dekabrı ilə müqayisədə 6,7 %, may ayına nisbətən isə cəmi 0,1 % artıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasınıdan (AQP) bildirilib.

“Tikinti indeksinə əsasən, ölkədə inşaat sektorunda qiymət sabitliyi davam edib. Aylıq dinamikanın minimal səviyyədə olması tikinti bazarında qiymətlərin tarazlaşdığını və kəskin dəyişikliklərin müşahidə edilmədiyini təsdiqləyir”, – məlumatda deyilir.

Hesabata görə, iyun ayında əsas tikinti materiallarının qiymətləri əvvəlki ayla müqayisədə əsasən dəyişməyib. Sement, beton, armatur, ağac materialları və dam örtükləri üzrə qiymətlər sabit qalıb. AQP hesab edir ki, tikinti xərclərinin formalaşmasına təsir göstərən əsas məhsul qruplarından olan metal məmulatlarında da yeni qiymət artımları qeydə alınmayıb.

“Tikinti mövsümünün aktivləşməsi fonunda əmək bazarında qismən canlanma müşahidə olunub. Tamet, üzlük və döşəmə işləri üzrə xidmət haqları yüksəlib. Ən yüksək artım tamet işlərində qeydə alınıb və bu sahədə qiymətlər may ayı ilə müqayisədə təxminən 12,5 % artıb. Digər tikinti ixtisasları üzrə əməkhaqları isə ümumilikdə sabit qalıb”, – məlumatda qeyd olunur.

AQP bildirir ki, iyun ayında ekskavator, avtokran, beton nasosu və digər tikinti texnikasının icarə qiymətlərində də ciddi dəyişiklik baş verməyib. Yanacaq və servis xərclərinin sabit qalması texnika bazarında qiymətlərin qorunmasına şərait yaradıb.

Palatanın təhlilinə əsasən, tikinti materialları və texnika üzrə xərclərin dəyişməməsi yeni tikili layihələrinin ümumi maya dəyərinə ciddi təsir göstərməyib: “Əmək bazarında müşahidə olunan mövsümi bahalaşma isə ümumi tikinti xərclərində məhdud paya malik olub. Bu, tikinti şirkətlərinin layihələrin maliyyə planlaşdırılmasını daha dəqiq həyata keçirməsinə imkan verir və daşınmaz əmlak bazarında qiymətlərə əlavə təzyiq formalaşdırmır”.

AQP qeyd edir ki, daxili bazarda qiymət sabitliyi qorunsa da, idxaldan asılı tikinti materialları beynəlxalq bazarlardakı dəyişikliklərə həssas olaraq qalır: “Metal məhsulları, logistika xidmətləri, enerji daşıyıcıları və valyuta məzənnələrində baş verə biləcək dəyişikliklər növbəti aylarda tikinti xərclərinə təsir göstərə biləcək əsas amillər hesab olunur”.

Palatanın qiymətləndirməsinə görə, hazırda tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir. Tələb və təklif arasında tarazlıq qorunur, əsas tikinti materiallarının qiymətlərində kəskin dəyişiklik müşahidə edilmir və yeni layihələrin maya dəyəri sabit inkişaf trayektoriyasını saxlayır.

AQP-nin proqnozuna əsasən, mövcud iqtisadi şərait dəyişmədiyi təqdirdə, 2026-cı ilin üçüncü rübündə də tikinti sektorunda qiymətlər ümumilikdə sabit qalacaq, yalnız idxaldan asılı bəzi məhsul qruplarında məhdud qiymət dəyişiklikləri mümkündür.

Azərbaycan Qiymətləndiricilər Palatası tikinti bazarının monitorinqini davam etdirəcəyini və aylıq tikinti indeksi vasitəsilə sektorda qiymət dinamikası, maya dəyəri və bazar tendensiyaları barədə ictimaiyyəti, dövlət qurumlarını, maliyyə institutlarını və bazar iştirakçılarını mütəmadi məlumatlandıracağını bildirib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
Next: Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-23 161431
  • Cəmiyyət

ANCA, lobbi və “dostları” Ermənistana qarşı – sülhsevər olmayan konqresmenlər – ŞƏRH

Cavidan 23 İyul, 2026
Screenshot 2026-07-23 145222
  • Cəmiyyət

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Cavidan 23 İyul, 2026
Screenshot 2026-07-23 125854
  • Cəmiyyət

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Cavidan 23 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 771)
  • Dünya (3. 461)
  • Gündəm (11. 963)
  • İdman (677)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (525)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

ANCA, lobbi və “dostları” Ermənistana qarşı – sülhsevər olmayan konqresmenlər – ŞƏRH Screenshot 2026-07-23 161431 1
  • Cəmiyyət

ANCA, lobbi və “dostları” Ermənistana qarşı – sülhsevər olmayan konqresmenlər – ŞƏRH

23 İyul, 2026
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir Screenshot 2026-07-23 155204 2
  • Kateqoriyasızlar

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

23 İyul, 2026
AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir Screenshot 2026-07-23 151357 3
  • Cəmiyyət

AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir

23 İyul, 2026
Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq Screenshot 2026-07-23 145222 4
  • Cəmiyyət

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

23 İyul, 2026
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq Screenshot 2026-07-23 125854 5
  • Cəmiyyət

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9771) Dünya (3461) Gündəm (11963) Kateqoriyasızlar (525) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (677) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.