Skip to content
24 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir
  • Cəmiyyət

AQP: Tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir

Bu ilin iyun ayında Azərbaycanın tikinti sektorunda qiymətlər 2025-ci ilin dekabrı ilə müqayisədə 6,7 %, may ayına nisbətən
Cavidan 23 İyul, 2026
Screenshot 2026-07-23 151357

Bu ilin iyun ayında Azərbaycanın tikinti sektorunda qiymətlər 2025-ci ilin dekabrı ilə müqayisədə 6,7 %, may ayına nisbətən isə cəmi 0,1 % artıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasınıdan (AQP) bildirilib.

“Tikinti indeksinə əsasən, ölkədə inşaat sektorunda qiymət sabitliyi davam edib. Aylıq dinamikanın minimal səviyyədə olması tikinti bazarında qiymətlərin tarazlaşdığını və kəskin dəyişikliklərin müşahidə edilmədiyini təsdiqləyir”, – məlumatda deyilir.

Hesabata görə, iyun ayında əsas tikinti materiallarının qiymətləri əvvəlki ayla müqayisədə əsasən dəyişməyib. Sement, beton, armatur, ağac materialları və dam örtükləri üzrə qiymətlər sabit qalıb. AQP hesab edir ki, tikinti xərclərinin formalaşmasına təsir göstərən əsas məhsul qruplarından olan metal məmulatlarında da yeni qiymət artımları qeydə alınmayıb.

“Tikinti mövsümünün aktivləşməsi fonunda əmək bazarında qismən canlanma müşahidə olunub. Tamet, üzlük və döşəmə işləri üzrə xidmət haqları yüksəlib. Ən yüksək artım tamet işlərində qeydə alınıb və bu sahədə qiymətlər may ayı ilə müqayisədə təxminən 12,5 % artıb. Digər tikinti ixtisasları üzrə əməkhaqları isə ümumilikdə sabit qalıb”, – məlumatda qeyd olunur.

AQP bildirir ki, iyun ayında ekskavator, avtokran, beton nasosu və digər tikinti texnikasının icarə qiymətlərində də ciddi dəyişiklik baş verməyib. Yanacaq və servis xərclərinin sabit qalması texnika bazarında qiymətlərin qorunmasına şərait yaradıb.

Palatanın təhlilinə əsasən, tikinti materialları və texnika üzrə xərclərin dəyişməməsi yeni tikili layihələrinin ümumi maya dəyərinə ciddi təsir göstərməyib: “Əmək bazarında müşahidə olunan mövsümi bahalaşma isə ümumi tikinti xərclərində məhdud paya malik olub. Bu, tikinti şirkətlərinin layihələrin maliyyə planlaşdırılmasını daha dəqiq həyata keçirməsinə imkan verir və daşınmaz əmlak bazarında qiymətlərə əlavə təzyiq formalaşdırmır”.

AQP qeyd edir ki, daxili bazarda qiymət sabitliyi qorunsa da, idxaldan asılı tikinti materialları beynəlxalq bazarlardakı dəyişikliklərə həssas olaraq qalır: “Metal məhsulları, logistika xidmətləri, enerji daşıyıcıları və valyuta məzənnələrində baş verə biləcək dəyişikliklər növbəti aylarda tikinti xərclərinə təsir göstərə biləcək əsas amillər hesab olunur”.

Palatanın qiymətləndirməsinə görə, hazırda tikinti bazarı “mülayim artım və sabitlik” mərhələsindədir. Tələb və təklif arasında tarazlıq qorunur, əsas tikinti materiallarının qiymətlərində kəskin dəyişiklik müşahidə edilmir və yeni layihələrin maya dəyəri sabit inkişaf trayektoriyasını saxlayır.

AQP-nin proqnozuna əsasən, mövcud iqtisadi şərait dəyişmədiyi təqdirdə, 2026-cı ilin üçüncü rübündə də tikinti sektorunda qiymətlər ümumilikdə sabit qalacaq, yalnız idxaldan asılı bəzi məhsul qruplarında məhdud qiymət dəyişiklikləri mümkündür.

Azərbaycan Qiymətləndiricilər Palatası tikinti bazarının monitorinqini davam etdirəcəyini və aylıq tikinti indeksi vasitəsilə sektorda qiymət dinamikası, maya dəyəri və bazar tendensiyaları barədə ictimaiyyəti, dövlət qurumlarını, maliyyə institutlarını və bazar iştirakçılarını mütəmadi məlumatlandıracağını bildirib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
Sonrakı: Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

Bölmənin digər xəbərləri

m93s5NLWBazKRv
  • Cəmiyyət

Sabah Bakıda yağış yağacaq

Cavidan 24 Oktyabr, 2026
6adb637c0b6156adb637 b
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Cavidan 23 Oktyabr, 2026
CcZ3VLj6BqWahnSV
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise AirPods 3 Android Anime AnTuTu Apple Apple AirPods 3 AzInTelecom Bad Cheese Bank infrastrukturu Bee Birbank biznes Business Counterpoint Research Crew Dragon Cyberpunk Elektromobil Epic Games Store geympad MIUI12 Netflix Newsbeat oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World Xbox Nano Controller Xiaomi Xiaomi Mi 11 İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 338)
  • Dünya (1. 095)
  • Gündəm (3. 477)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (29)

Xəbər Trendi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə 1
  • Dünya

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

24 Oktyabr, 2026
Zığda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB trend_fhn_building_bina_180912 v 2
  • Gündəm

Zığda yaşayış binasında yanğın söndürülüb – YENİLƏNİB

24 Oktyabr, 2026
1Password parolların ötürülməsi olmadan süni intellekt agentləri üçün təhlükəsiz avtorizasiya işə salıb 1Password parolların ötürülməsi olmadan süni intellekt agentləri üçün təhlükəsiz avtorizasiya işə salıb 3
  • Texnologiya

1Password parolların ötürülməsi olmadan süni intellekt agentləri üçün təhlükəsiz avtorizasiya işə salıb

24 Oktyabr, 2026
Acer şirkəti TravelLite TL44-53M-G2 qorunan biznes noutbukunu təqdim etdi Acer şirkəti TravelLite TL44-53M-G2 qorunan biznes noutbukunu təqdim etdi 4
  • Texnologiya

Acer şirkəti TravelLite TL44-53M-G2 qorunan biznes noutbukunu təqdim etdi

24 Oktyabr, 2026
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib 6adc7953747826adcbh 5
  • Dünya

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3338) Dünya (1095) Gündəm (3477) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (29) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 215
  • 165
  • 6. 498

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.