Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Kəndi yandırdılar, mal-heyvanı qırdılar… – Meşəli sakinləri DANIŞIR
  • Cəmiyyət
  • Gündəm

Kəndi yandırdılar, mal-heyvanı qırdılar… – Meşəli sakinləri DANIŞIR

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçaturyan növbəti dəfə hakim qarşısına çıxmağa hazırlaşır.
Cavidan 28 Oktyabr, 2023
1698492575_1697181930479022894_1200x630

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçaturyan növbəti dəfə hakim qarşısına çıxmağa hazırlaşır.

Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayətlərin bir epizodudur.

Həmin hadisə ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitinə görə onu başa çatdırmaq mümkün olmayıb. Lakin istintaq sonralar uğurla davam etdirilib və müəyyən olunub ki, Xaçaturyan Vaqif Çerkezoviç qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonunun Meşəli kəndində əhaliyə qarşı silahlı basqın edərək 25 nəfəri qətlə yetirib, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib, 358 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salıb.

Meşəli kəndinin sakinləri Modern.az-a faciənin həmin gecədən və məhkəməyə verikləri ifadədən danışıblar.

Əkbər Mehrəliyev həyat yoldaşı ilə birlikdə məhkəmə prosesində iştirak etdiyini deyib.

“O zaman biz Xaçaturyanı üzbəüz görə bilmədik, amma onu görənlər olub. Bəlkə də mikrofonla danışan o idi. “Birinci polk qabağa, ikinci polk period, üçüncü polk period”, – mikrofonla belə səslər verirdilər.

Səhər tezdən atışmanın səsinə durduq, saat 6 olardı. Onlar mikrofonla səsləndilər ki, “kənddən çıxın”, biz onlara dedik ki, kənddən çıxan deyilik.   Kəndin qırağı ilə təpələr var idi, oradan durub pulemyotları kəndə doğru qurmuşdular. Camaatda quş tüfəngi var idi, bir az atışdılar.

Mən kəndin baş tərəfində olurdum, bir neçə insana kömək etdim. Dayımoğlu bizim evdəki yaralıları aparırdı. Gedəndə onu güllələdilər. Bizi kənddən çıxarmışdılar, yenidən kömək gəldi, kəndi aldıq. 40 gün kəndi saxladıq. İşıqlar sönüb, kənd yanıb, 1-2 ev qalıb… Daha sonra çıxdıq kənddən. Kəndi yandırdılar, mal-heyvanı qırdılar”.

Səfa Kazımov atasını itirdiyi həmin gündən danışıb.

“Məhkəmədə də oldum, ifadə də verdim. O zamanlar kənd işğal olunanda, insanlar çıxarılanda orada çoxları “Vaqifin dəstəsi” deyirdi. Səhər saat 7-8 radələri idi. Mən atışma səsinə yuxudan oyandım. Kənddən çıxmırdıq, düşünürdük ki, yenə atıb qayıdacaqlar. Evdə atam, anam, bacım, mən idik. Məndən böyük qardaşım digər bacımgildə idi. Atam bizə dedi ki, siz çıxın, gedin, mən qızımgilə gedirəm, onları da götürüb çıxaracam kənddən. Biz getdik. Kənddən hamı gəldi, bizimkilərdən heç kim gəlmədi. Ailəmizdən anam idi ancaq yanımda. Anama dedim ki, mən geri qayıdıram. Mən məktəbin yanına gələndə gördüm ki, kimsə qışqırır. Hərəkət etmək olmurdu, birtəhər məktəbə yaxınlaşdım. Gördüm ki, atamı vurublar, ölüb. Ondan bir az uzaqda qardaşım ağacın arxasında uzanmışdı. Mən elə bildim ki, onu da vurublar. Məni oradan apardılar. Daha sonra bildim ki, qardaşım sağdır. Məktəbi ermənilər mühasirəyə alıb, danışırdılar, gəzirdilər. Biz bütün səsləri eşidirdik. Biz bir neçə saat zirzəmidə qaldıq”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda çörək niyə ucuzlaşdı…
Next: Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.