Skip to content
4 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 362)
  • Dünya (3. 349)
  • Gündəm (11. 705)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda çörək niyə ucuzlaşdı…

Azərbaycanda pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650
Cavidan 28 Oktyabr, 2023

Azərbaycanda pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir.

Oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. Qiymət enməsi “Bravo”, “Bazarstore”, “Al”, “Araz”, “OBA”, “Neptun”, “Rahat”, “Sarı”, “Alvadi”, “Grandmart”, “Bolmart”, “Megastore”, “Bizim market”, “Baqqal” mağazalar şəbəkələrində müşahidə olunur.

Bu, cari il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir. Belə ki, cari ilin mart ayında sözügedən çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə, iyun ayında isə 65 qəpikdən 60 qəpiyə enib. Beləliklə 650 qramlıq dairəvi (zavod) çörəyinin qiymətində il ərzində ümumilikdə 21.4 faiz enmə olub.

Bəs çörəyin qiymətinin ucuzlaşmasına səbəb nədir?

Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Belə ki, cari ilin oktyabr ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 230.9 ABŞ dolları təşkil etmişdir ki, bu 2022-ci ilin oktyabr ayı (320.4 ABŞ dolları) ilə müqayisədə təqribən 28% aşağıdır. Eyni zamanda beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır.

Çörəyin qiymətinin enməsinə səbəb kimi unun topdansatış qiymətlərinin aşağı düşməsi göstərilə bilər. Respublikada aparılan antiinflyasiya tədbirləri çərçivəsində monitorinqi həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet saytına (//competition.gov.az/) istinadən 26 oktyabr 2023-cü il tarixə olan məlumata əsasən, 50 kq-lıq qablaşdırmada un kisəsinin topdansatış qiyməti 26.40 manat – 28.50 manat aralığındadır.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında unun topdansatış qiyməti 40 manat – 40.15 manat aralığında təşkil edirdi.

Məlumat üçün bildiririk ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun olaraq formalaşır. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.

Continue Reading

Previous: İlham Əliyevdən Tokayevə BAŞSAĞLIĞI 
Next: Kəndi yandırdılar, mal-heyvanı qırdılar… – Meşəli sakinləri DANIŞIR

Bölmənin digər xəbərləri

İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
  • Gündəm

İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

4 May, 2026
“Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
  • Dünya

“Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

4 May, 2026
Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?
  • Cəmiyyət

Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?

4 May, 2026

Top 7 Xəbər

İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq 1

İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

4 May, 2026
“Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək 2

“Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

4 May, 2026
Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR? 3

Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?

4 May, 2026
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 4

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 5

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 6

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ 7

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 362)
  • Dünya (3. 349)
  • Gündəm (11. 705)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9362) Dünya (3349) Gündəm (11705) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq 4 May, 2026
  • “Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək 4 May, 2026
  • Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR? 4 May, 2026
  • Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 2 May, 2026
  • Cevdet Yılmaz Ermənistana səfər edəcək 2 May, 2026
© Addim.az | MoreNews by AF themes.