Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Yeni PUA-lar və uzaqmənzilli raketlərin gətirilməsi haqda kontraktlar imzalanıb”
  • Gündəm
  • Siyasət

“Yeni PUA-lar və uzaqmənzilli raketlərin gətirilməsi haqda kontraktlar imzalanıb”

“Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır”. Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
Cavidan 23 İyun, 2023
prez

“Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır”.

Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlət başçısı bildirib ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir: “Artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Prezident əlavə edib ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir: “Bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir”.


Ali Baş Komandan qeyd edib ki, bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk: “Əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq”.

Dövlət başçısı bir daha xatırladıb ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan Egeyə qədər radar məlumatlarına sahib olacaq
Next: Gədəbəydəki həmin şirkətin fəaliyyətində ciddi pozuntular üzə çıxır

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 1
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 2
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 3
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026
Neftin qiyməti 72 dolları ötüb 6a3cb1706cada6a v 4
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

4 İyul, 2026
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib Screenshot 2026-07-04 083132 5
  • Kateqoriyasızlar

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.