Skip to content
4 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Gədəbəydəki həmin şirkətin fəaliyyətində ciddi pozuntular üzə çıxır
  • Cəmiyyət
  • Gündəm

Gədəbəydəki həmin şirkətin fəaliyyətində ciddi pozuntular üzə çıxır

Gədəbəy rayonunda hadisələr səngisə də, baş vermiş insidentin təfərrüatı yeni açılmağa başlayır. Bir neçə gün əvvəl toqquşma baş
Cavidan 23 İyun, 2023
qizil (1)

Gədəbəy rayonunda hadisələr səngisə də, baş vermiş insidentin təfərrüatı yeni açılmağa başlayır. Bir neçə gün əvvəl toqquşma baş verəndə ictimaiyyətdə polisin qeyri-adekvat davranışı barədə rəy formalaşdı və buna görə də ictimai qınaq özünü çox gözlətmədi. Lakin sonradan məsələ ilə əlaqədar yeni məlumatlar, görüntülər, səs yazıları yayıldı və məsələnin düşünüldüyü qədər də sadə olmadığı aydınlaşdı.

Dünən mediada yayılan məlumatlar prosesin idarə olunduğunu aydın şəkildə göstərdi. Digər tərəfdən, orada iş aparan şirkətlə bağlı yayılmış məlumat kimlərinsə davamlı şəkildə dövriyyəyə buraxdığı dedi-qodulara son qoydu.

Hazırda Nazirlər Kabinetinin yaratdığı Komissiya hadisə yerində işləyir. Artıq komissiyanın rəhbəri – ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilk açıqlamalarını da verib.

Dünən “Qafqazinfo”nun yaydığı məlumatda Gədəbəydə işlərin Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anglo-Asian Mining” şirkətinin əsas payçısı olan və İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən aparıldığı bildirilmişdi, problemin yaranmasında şirkətin məsuliyyət dairəsinin müəyyənləşdiriləcəyi barədə xəbər verilmişdi.

Əldə etdiyimiz məlumata görə, artıq şirkətin fəaliyyətində müəyyən pozuntulara yol verilməsinə dair ciddi şübhələr var.

Təbii ki, mədən, hasilat və s. bu kimi məsələlərdə xarici tərəfdaşlarla bağlanan müqavilələrdə ekoloji məsələlərdən tutmuş sosial öhdəliklərə qədər hər şey nəzərə alınır və razılaşmada öz əksini tapır. Bu günə kimi “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən həmin ərazidə hər hansı sosial layihənin icra edilməsinə dair məlumat yoxdur və ehtimal etmək olar ki, şirkət bu istiqamətdə heç bir iş görməyib. Baxmayaraq ki, adətən başqa dövlətin ərazisində fəaliyyət göstərən şirkətlər sosial infrastruktur obyektləri yaradır, uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri və s, obyektlər tikir və əhalinin istifadəsinə verirlər.

Bu istiqamətdə hər hansı nəzərəçarpacaq iş görməyən “R.V.İnvestment Group Services, LL USA” şirkətinin üstəlik ekoloji problemlərin yaranmasına və vətəndaşların narazılığına səbəb ola biləcək pozuntulara yol verməsi həm müqavilənin şərtlərini, həm də Azərbaycan qanunlarını pozması kifayət qədər düşündürücü məqamdır.

Hələlik komissiya öz sözünü deməyib və qənaətini bölüşməyib. Amma buna rəğmən təkcə “R.V.İnvestment Group Services, LL USA” deyil, ölkəmizdə fəaliyyət göstərən istənilən şirkət məsuliyyətli olmalı, qanunların tələblərini yerinə yetirməli, problem yaranıbsa, onu qısa zamanda aradan qaldırmalıdır. Onlar təkcə gəlirləri haqqında deyil, ən azından öz nüfuzları haqqında da düşünməlidirlər. Çünki belə hallar təkcə cərimə və digər sanksiyalara gətirib çıxartmır, həm də şirkətlərin istənilən yerdə layihələrə cəlb olunma imkanlarını məhdudlaşdırır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Yeni PUA-lar və uzaqmənzilli raketlərin gətirilməsi haqda kontraktlar imzalanıb”
Next: Prezident MN-in komando hərbi hissəsində – Fotolar

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 1
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 2
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 3
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 4
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026
Neftin qiyməti 72 dolları ötüb 6a3cb1706cada6a v 5
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.