Skip to content
20 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 455)
  • Dünya (3. 374)
  • Gündəm (11. 772)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

İmtahanlar ağır xəstəliklərə səbəb olur – Hansı addımlar atılmalıdır…

Milli Məclisin yaz sessiyasının ilk iclasında Azərbaycanda keçirilən imtahanların sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Ali məktəblərə qəbul və
Cavidan 3 Fevral, 2023

Milli Məclisin yaz sessiyasının ilk iclasında Azərbaycanda keçirilən imtahanların sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Ali məktəblərə qəbul və dövlət qulluğu imtahanlarının çətin olmasından şikayətlənən deputat Qüdrət Həsənquliyev imtahana hazırlaşanların xəstəliyə tutulduğunu söyləyib. 

“İndi gedib dövlət qulluğuna hazırlaşanları yoxlasaq, aralarında şəkərə tutulanların, stresdən əziyyət çəkənlərin nə qədər olduğunu görərik”,- deyən deputat imtahanların sadələşdirilməsini təklif edib: 

“Bu qədər insanı stresə salmağın səbəbi olmalıdır. Nəyə lazımdır axı bu qədər imtahanlar? Bunları sadələşdirmək lazımdır. Digər ölkələrin təcrübələrindən istifadə etməliyik”.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov vurğulayıb ki, hansı pillə üçün olmasına baxmayaraq, imtahan özlüyündə çətin prosesdir:

“İnsanın bilik və bacarıqlarının yoxlanılması imtahanın ağırlıq dərəcəsindən asılı olmayaraq çətin prosesdir. Ancaq imtahan yeganə seçim üsuludur. Qəbul üçün az vakant yeri olmasına baxmayaraq, müraciət çoxdursa, seçim üçün imtahan ən ideal üsuldur. Yenə deyirəm ki, imtahanların çətin olması bu reallığı dəyişmir”.

Ekspertin sözlərinə görə, dövlət qulluğuna qəbul imtahanını uğurla verməsinə baxmayaraq, bir çox insan işə qəbul zamanı çətinlik yaşayır:

“Test üsulu ilə imtahanların şəffaf keçirilməsindən danışmaq mümkündür. Ancaq vakant yerlərə qəbul üçün müsahibə mərhələsi haqqında eyni sözləri demək mümkün deyil. Müsahibə mərhələsindən sonra dövlət qulluğuna işə qəbul edən qurumlar prosesi şəffaf həyata keçirmirlər. Testdən yetərli qədər bal toplayan, müsahibə mərhələsindən keçən bacarıqlı şəxslər işə qəbul olunmur. Son iki il ərzində Elm və Təhsil Nazirliyində demək olar ki, dövlət qulluğuna heç kim işə qəbul edilməyib. Amma dövlət qulluğundan kənar rəhbər şəxslərin işə qəbulu həyata keçirilib. Hər hansı vakant yer çıxarılmır, ancaq kimisə ora təyin edirlər. Bu da təbii ki, gənclərdə stress yaradır. Onlarda dövlət qulluğu ilə bağlı imtahanlara inamsızlıq yaradır. Düzdür, hazırda bir sıra qurumlar dövlət qulluğu imtahanlarından keçənləri rahatlıqla işə qəbul edirlər. Məsələn, Gənclər və İdman Nazirliyində çıxarılmış istənilən vakant yer müsahibə və müsabiqə nəticəsində ən yaxşı nəticə göstərənlər tərəfindən tutulur. Bunu Mədəniyyət Nazirliyi və “ASAN Xidmət”ə də şamil edə bilərik. Amma təəssüf ki, bir sıra dövlət qurumları vakant yerləri çıxarmır. Müsahibə və müsabiqə mərhələsindən uğurla keçən şəxsləri iki il ərzində ehtiyyat kadr kimi saxlayıb, bu müddətdə onu işə qəbul etmirlər. Nəticədə, həmin şəxsin şansı itmiş hesab olunur”.

Kamran Əsədov imtahanların sadələşdirilməsinə tərəfdar olduğunu bildirib və təkliflərini dilə gətirib:

“Bu gün dövlət qulluğuna imtahan verən şəxs çox çətin prosesdən keçir. İmtahana hazırlaşan qanunvericilikdən, informatikadan, məntiqdən, yəni çətin istiqamətlərdən hazırlaşmalı olur. Təkcə o deyil. Bütün növ imtahanlar, yəni buraxılış, qəbul, hətta smestr imtahanlarının hər biri stress yaradır. Doğrudur, imtahanlar məsuliyyət hissini formalaşdıran zəruri bilik və bacarıqları ölçən alətdir, mexanizmdir. Buna görə də, onu aradan qaldırmaq olmaz. Ancaq yoxlama və ölçmə vasitələrində müəyyən qədər dəyişikliklər edilə bilər”.

İmtahanların hansı xəstəliklərə səbəb olmasına gəlincə, tibb üzrə elmlər doktoru Adil Qeybulla Modern.az-a deyib ki, istər dövlət qulluğuna, istərsə də işə qəbul mərhələsində əsas götürülən meyarlar beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Yəni ali təhsilin özünə güvən olmaldır:

“Bu gün Avropa ölkələrində hansısa universitetin reytiniqi məzunun özü haqqında rəy deməkdir. İşə qəbul zamanı yalnız məzun müsabiqədən və sorğu-sualdan keçirilir. Bu da şəxsin işə qəbul olunması üçün kifayət edir. Həkimlər, müəllimlər üçün imtahanların özü yersizdir. Dəfələrlə biz bu imtahanların dünyada anologiyasının olmadığını demişik. Həkimlər, tibb bacıları, yaxud müəllimlər yenidən imtahan verməklə əvvəlki təhsillərini iqnor eləmiş olurlar. Həkimin fəaliyyəti imtahanla ölçülə bilməz. Hər bir həkimin praktiki, nəzəri fəaliyyəti, məqalələri, müalicə etdiyi xəstələrin təhlili növbəti dəfə ona lisenziya verilməsini təmin edir. O cümlədən dövlət qulluğuna verilən imtahanları da yersiz hesab edirəm. Kadrlar işə qəbul edilərkən onların təhsil aldığı müəssisənin reytinqi və iş stajı nəzərə alınmalıdır. Bir sözlə, biz dünyanın getdiyi yolla getməliyik. Belə olan halda sözügedən problemlər yaşanmaz”.

Tanınmış həkim əlavə edib ki, bu cür üsullarla süni stress yaradılması doğru yanaşma deyil. O, stressdən hansı xəstəliklərin yarandığını da açıqlayıb:

“Biz dünya praktikasında olmayan nəyisə tətbiq ediriksə, əlbəttə, o məqsədəmüvafiq olmur. Stress yaranır. Stressdən isə onkoloji xəstəliklərdən tutmuş, şəkər, əsəb sistemi, ürək-damar sistemi ilə bağlı və digər çoxsaylı xəstəlik yarana bilir. Bunları nəzərə almaq lazımdır”.

Continue Reading

Previous: Maaşları artırmaq istərdim, amma olmaz – Baş nazir
Next: “Biz hər bir şeyi vaxtında edirik” – Dövlət başçısı

Bölmənin digər xəbərləri

Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda “Rus Evi” də var
  • Cəmiyyət

Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda “Rus Evi” də var

19 May, 2026
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb
  • Dünya

102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb

19 May, 2026
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ
  • Cəmiyyət

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

19 May, 2026

Top 7 Xəbər

Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda “Rus Evi” də var 1

Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda “Rus Evi” də var

19 May, 2026
102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb 2

102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb

19 May, 2026
Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ 3

Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

19 May, 2026
İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək 4

İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək

19 May, 2026
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib 5

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

19 May, 2026
Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir 6

Modupe Uilyams: Fritaun kanat yolunu şəhərin nəqliyyat problemlərinin həlli kimi nəzərdən keçirir

19 May, 2026
Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb 7

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

19 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 455)
  • Dünya (3. 374)
  • Gündəm (11. 772)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 389)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9455) Dünya (3374) Gündəm (11772) Kateqoriyasızlar (496) Kriminal (1389) Mədəniyyət (349) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ermənistanda Rusiya casus şəbəkəsi: Siyahıda “Rus Evi” də var 19 May, 2026
  • 102 min uşağın 1-ci sinfə qəbulu tamamlanıb 19 May, 2026
  • Bəzi rayonlarda hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ 19 May, 2026
  • İşçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin siyahısı təkmilləşdiriləcək 19 May, 2026
  • Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib 19 May, 2026
© Addim.az | MoreNews by AF themes.