Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 786)
  • Dünya (3. 159)
  • Gündəm (10. 990)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Kateqoriyasızlar
  • Kateqoriyasızlar

Vətəndaş inanılmaz iddia ilə məhkəməyə üz tutdu

Pensiyasının yeni qanunla hesablanmasını tələb edir… Bakı İnzibati Məhkəməsində Azərbaycan vətəndaşı Nadir Şaban oğlu Əkbərovun iddiasına baxılacaq. Nadir
Cavidan 10 Dekabr, 2022

Pensiyasının yeni qanunla hesablanmasını tələb edir…

Bakı İnzibati Məhkəməsində Azərbaycan vətəndaşı Nadir Şaban oğlu Əkbərovun iddiasına baxılacaq. Nadir Əkbərovu narazı salan onun pensiyasının düzgün hesablanmaması, hesablama aparılarkən qüvvədən düşmüş qanunun əsas götürülməsidir.

İddiaçı pensiyasının yeni qanuna əsasən hesablanmasını tələb edir. Deyir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsi pensiyalar hesablanarkən tətbiq olunmur. Nəticədə pensiya kapitalı da düzgün hesablanmır.

Şikayətçi qəzetimizə bildirib ki, Prezident İlham Əliyev 10 mart 2017-ci ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. 2017-ci il iyulun 1-dən qüvvəyə minən həmin Qanunun 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170″ rəqəmi ”306″ rəqəmi ilə əvəz edilib və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilməsi nəzərdə tutulur.

Əlavə olunan, pensiya hesablanarkən nəzərə alınmayan cümlə belədir: “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”.

Nadir Əkbərov iddiasına Prezidentin imzaladığı qanunu da əlavə edib: “İlkin iclasda hakimdən xahiş etmişəm ki, qanunu oxusun. Görsün ki, Prezidentin imzaladığı qanunu tətbiq etməyib, pensiyaları qüvvədən düşmüş qanuna əsasən hesablayırlar. Qanunda edilmiş dəyişiklikliyə görə, 1 yanvar 2006-cı ildən 1 iyul 2017-ci ilədək (11 il 6ay) yığılmış pensiya kapitalı 80 faiz artırılmalıdır. Yəni 1.8-ə vurulmalıdır və üstünə pensiyaya çıxdığın günədək yığdığın məbləğ toplanıb, yığdığın məbləğin 90 faizi 144-ə bölünməlidir. Bunu etmirlər, Prezidentin imzaladığı qanunu saya salmaq istəmirlər. Məsələn, vətəndaş Mirnuh Həsənova 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda 80 faiz hesablanmış cədvəl var, lakin sonradan həmin cədvəllər saytlarından silindi. Qanunun 27.1-ci maddəsi tətbiq edilib 80 faiz nəzərə alınmış cədvələ görə, vətəndaş Mirnuh Həsənova pensiya olaraq ödəniləcək məbləğ 234 manatdır. Həmin 27.1-ci maddə nəzərə alınmayanda isə yəni köhnə, qüvvəsini itirmiş qanunla hesablanmamış cədvəldə isə 112 manatdır. Yəni pensiya təyinatı aparılarkən qanunsuz olaraq qüvvədən düşmüş qanuna istinad edilir. Bu məsələ Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılmalıdır. Çünki pensiyaya çıxan hər bir Azərbaycan vətəndaşının pensiyasının üzərinə gəlinməli olan 80 faiz kimlərinsə cibinə gedir”.

Nadir Əkbərovun sözlərinə görə, Prezidentin imzaladığı qanunun varlığı belə Azərbaycan vətəndaşlarından gizlədilir: “Pensiya kapitalı cədvəlimdə 1 yanvar 2006-cı ildən 20 fevral 2019-cu ilə kimi 14 min 909 manat kapital toplamışam. 20 fevral 2019-cu ildə pensiyaya çıxmışam. Cədvələ görə 1 iyul 2017-ci ilə kimi 11 min 271 manat pulum var. Qanunun tələbinə görə mənim 11 min 271 manat pulum 1.8-ə vurulmalı, yəni 80 faiz artırılmalı idi. Yəni məbləğ 20 min 287 manata çatdırılmalı, üstünə 1 iyul 2017-ci ildən 20 fevral 2019-cu ilə kimi yığılan pul, yəni 3 min 638 manat toplanmalıdır. Bu halda alınan 23 min 925 manat 144-ə bölünür və alınan məbləğ pensiyaçıya ödənilir. Bu qanun 2017-ci il 1 iyula kimi işləmiş hər kəsə şamil edilir. Faktiki isə bu gün Azərbaycanda 1 iyul 2017-ci ilə kimi pensiyaya çıxmış vətəndaşlara yığılan pensiya kapitalının 50 faizi ödənir və qalan 50 faiz barədə heç nə deyilmir. Məhkəməyə dediklərimin sübutu üçün Prezidentin imzaladığı qanunu da təqdim etmişəm ki, hakim ədalətli qərar çıxara bilsin”.

“Yeni Müsavat”

Continue Reading

Previous: Ermənistan müdafiə naziri Rusiyaya GETDİ
Next: Sidneydə Milad atəşfəşanlığında uşaqlar yaralandılar

Bölmənin digər xəbərləri

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib
  • Kateqoriyasızlar

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

29 Yanvar, 2026
Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam
  • Kateqoriyasızlar

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək – Sərəncam

28 Yanvar, 2026
İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib
  • Kateqoriyasızlar

İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib

23 Yanvar, 2026

Top 7 Xəbər

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 1

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir

30 Yanvar, 2026
CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 2

CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir

30 Yanvar, 2026
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 3

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

30 Yanvar, 2026
Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı 4

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı

30 Yanvar, 2026
Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 5

Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır

30 Yanvar, 2026
“Qarabağ”ın rəqibi “Nyukasl” oldu 6

“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

30 Yanvar, 2026
Bəhruz Əhmədova yeni köməkçi təyin edildi 7

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi

30 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 786)
  • Dünya (3. 159)
  • Gündəm (10. 990)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8786) Dünya (3159) Gündəm (10990) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 30 Yanvar, 2026
  • CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 30 Yanvar, 2026
  • Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 30 Yanvar, 2026
  • Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı 30 Yanvar, 2026
  • Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 30 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.