Skip to content
6 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 440)
  • Dünya (3. 042)
  • Gündəm (10. 559)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Azərbaycan o gecə yatmadı…

44 günlük Vətən müharibəsində yadda qalan məqamlarından biri də, 9-10 oktyabr tarixləri ilə bağlıdır. İkinci Qarabağ müharibəsinin 13-cü
Cavidan 9 Oktyabr, 2021

44 günlük Vətən müharibəsində yadda qalan məqamlarından biri də, 9-10 oktyabr tarixləri ilə bağlıdır.

İkinci Qarabağ müharibəsinin 13-cü günündə, yəni, 9 oktyabr axşam saatlarından başlayaraq bütün diqqətlər Moskvaya yönəlir. Və o gecə Azərbaycan xalqı səhərə kimi yatmır.

Bu, Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında keçirilən görüşlə bağlı olur. İclas Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyindən, Rusiya XİN rəhbəri Sergey Lavrov da masada əyləşən üç nəfərdən biri olur.

Görüş 10 saatdan artıq davam edir. Bu müddətdə sosial şəbəkələrin Azərbaycan seqmentində bir narahatlıq yaranır. Ordumuzun əks hücum əməliyyatı ilə işğal altında qalan ərazilərimizi bir-bir, kənd-kənd, qəsəbə-qəsəbə azad etdiyi bir vaxtda, bu görüşün keçirilməsi birmənalı qarşılanmır. Bunun ordumuz tərəfindən darmadağın edilən Ermənistan silahlı qüvvələrinin xilasına hesablandığına dair fikirlər yaranır, üstünlüyü əldə etdiyimiz məqamda atəşkəslə bağlı razılıq əldə olunacağı düşünülür.

Azərbaycan o gecə yatmadı...

9 oktyabrda başlayan görüş oktyabrın 10-u səhərə yaxın başa çatır. Bu zaman saatlar Bakıda 03:50-ni göstərir.

Üçtərəfli görüşün yekununda bəyanat qəbul edilir. Bəyanatda Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılığa əsasən bəzi addımların atılması razılaşdırılır.

Razılığa əsasən, 10 oktyabr saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Bu zaman atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılmalı idi. Digər bir bənd isə ondan ibarət idi ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yoluyla həlli məqsədilə substantiv danışıqlara başlamalıydı. Və tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Amma işğalçı Ermənistan humanitar atəşkəsə belə məhəl qoymur. Düşmən oktyabrın 10-u axşam saatlarında Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Növbəti gün – oktyabrın 11-də isə Ermənistan silahlı qüvvələri daha bir müharibə cinayətinə əl ataraq, Gəncəni “Skad-B” taktiki əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə atəşə tutur. Nəticədə şəhərin “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılır, 5-i qadın olmaqla 10 mülki vətəndaşımız şəhid olur. 9-u uşaq, 10-u qadın olmaqla 34 nəfər yaralanır.

Bu, hələ son deyildi…

Moskvada 10 saatdan artıq davam edən görüşdə qəbul edilən sənəddə məsələləri tənzimləməli olan ATƏT-in Minsk qrupu isə Bakıya 2020-ci ilin dekabrın 12-də, Azərbaycan öz doğma torlaqlarını işğaldan azad etdikdən iki ay sonra gəldi. Bu, həmsədrlərin özbaşına səfəri idi. Çünki 28 ildir fəaliyyətsizliyi ilə yadda qalan Minsk qrupunu Bakıya rəsmi olaraq dəvət edən olmamışdı.

Continue Reading

Previous: Hadrutun işğaldan azad edilməsinin ildönümüdür
Next: Azərbaycan XİN Gürcüstana başsağlığı verdi

Bölmənin digər xəbərləri

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025
Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH
  • Gündəm

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH

4 Dekabr, 2025

Top 7 Xəbər

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 1

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 2

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 3

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 4

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 5

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025
Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 6

Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək

6 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 7

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 440)
  • Dünya (3. 042)
  • Gündəm (10. 559)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8440) Dünya (3042) Gündəm (10559) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6 Dekabr, 2025
  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
  • Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6 Dekabr, 2025
  • Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.