Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Azərbaycan o gecə yatmadı…
  • Siyasət

Azərbaycan o gecə yatmadı…

44 günlük Vətən müharibəsində yadda qalan məqamlarından biri də, 9-10 oktyabr tarixləri ilə bağlıdır. İkinci Qarabağ müharibəsinin 13-cü
Cavidan 9 Oktyabr, 2021
197

44 günlük Vətən müharibəsində yadda qalan məqamlarından biri də, 9-10 oktyabr tarixləri ilə bağlıdır.

İkinci Qarabağ müharibəsinin 13-cü günündə, yəni, 9 oktyabr axşam saatlarından başlayaraq bütün diqqətlər Moskvaya yönəlir. Və o gecə Azərbaycan xalqı səhərə kimi yatmır.

Bu, Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında keçirilən görüşlə bağlı olur. İclas Rusiya tərəfinin təşəbbüsü ilə keçirildiyindən, Rusiya XİN rəhbəri Sergey Lavrov da masada əyləşən üç nəfərdən biri olur.

Görüş 10 saatdan artıq davam edir. Bu müddətdə sosial şəbəkələrin Azərbaycan seqmentində bir narahatlıq yaranır. Ordumuzun əks hücum əməliyyatı ilə işğal altında qalan ərazilərimizi bir-bir, kənd-kənd, qəsəbə-qəsəbə azad etdiyi bir vaxtda, bu görüşün keçirilməsi birmənalı qarşılanmır. Bunun ordumuz tərəfindən darmadağın edilən Ermənistan silahlı qüvvələrinin xilasına hesablandığına dair fikirlər yaranır, üstünlüyü əldə etdiyimiz məqamda atəşkəslə bağlı razılıq əldə olunacağı düşünülür.

Azərbaycan o gecə yatmadı...

9 oktyabrda başlayan görüş oktyabrın 10-u səhərə yaxın başa çatır. Bu zaman saatlar Bakıda 03:50-ni göstərir.

Üçtərəfli görüşün yekununda bəyanat qəbul edilir. Bəyanatda Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılığa əsasən bəzi addımların atılması razılaşdırılır.

Razılığa əsasən, 10 oktyabr saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Bu zaman atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılmalı idi. Digər bir bənd isə ondan ibarət idi ki, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yoluyla həlli məqsədilə substantiv danışıqlara başlamalıydı. Və tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Amma işğalçı Ermənistan humanitar atəşkəsə belə məhəl qoymur. Düşmən oktyabrın 10-u axşam saatlarında Tərtərin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Növbəti gün – oktyabrın 11-də isə Ermənistan silahlı qüvvələri daha bir müharibə cinayətinə əl ataraq, Gəncəni “Skad-B” taktiki əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə atəşə tutur. Nəticədə şəhərin “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılır, 5-i qadın olmaqla 10 mülki vətəndaşımız şəhid olur. 9-u uşaq, 10-u qadın olmaqla 34 nəfər yaralanır.

Bu, hələ son deyildi…

Moskvada 10 saatdan artıq davam edən görüşdə qəbul edilən sənəddə məsələləri tənzimləməli olan ATƏT-in Minsk qrupu isə Bakıya 2020-ci ilin dekabrın 12-də, Azərbaycan öz doğma torlaqlarını işğaldan azad etdikdən iki ay sonra gəldi. Bu, həmsədrlərin özbaşına səfəri idi. Çünki 28 ildir fəaliyyətsizliyi ilə yadda qalan Minsk qrupunu Bakıya rəsmi olaraq dəvət edən olmamışdı.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
Next: Üç min ödəməyən xəstələri hospitalın “VİP korpus”undan çıxarıblar

Bölmənin digər xəbərləri

aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026
Screenshot 2026-06-15 092509
  • Gündəm

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Cavidan 15 İyun, 2026
Screenshot 2026-06-10 152615
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Cavidan 10 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 645)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 005)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 1
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb CMST4L9dg3uCP1 v 2
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

25 İyun, 2026
İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB aj1mmDpj3XS6niqa8Se b 3
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

25 İyun, 2026
Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib 547d37ae-d642-3 v 4
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

25 İyun, 2026
600 bal toplayanların ən çoxu I qrupdadır 1782307156_thumb v 5
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9645) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3005) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.