Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Ankara və Bakının gedişləri: Kiyevlə Moskva barışır?
  • Dünya

Ankara və Bakının gedişləri: Kiyevlə Moskva barışır?

Cavidan 17 Mart, 2022
erdogan-putin-eliyev

Çavuşoğlu Moskvada Lavrovla Ukrayna məsələsini müzakirə etdikdən sonra Bayramovla danışdı: Ankara anlaşmanın əldə edilməsinə çalışır və Bakı bu prosesə dəstək verən oyunçulardan, həm də Kiyev-Moskva görüşünün keçirilməsi üçün alternativ kimi saxlanılan məkanlardan biridir.

Türkiyənin tərəflər arasında anlaşma əldə etmək imkanı zəif qiymətləndirilirdi, lakin indiyə qədər kiçik də olsa, irəliləyiş ehtimalının Ankaranın masasında ola biləcəyi müşahidə edilir: Moskva razılaşmanın mümkün olduğunu, Kiyev Rusiyanın əvvəlki “ultimativ mövqe”yinin dəyişdiyini bildirir; tərəflər bu fikrə Belarusdakı üç raundda və iki onlayn formatdakı görüşdə gəlsələr də, mümkün razılaşmanın xüsusilə Ukraynanın istəyinə uyğun olaraq, Türkiyənin vasitəçiliyi ilə olması istisna deyil.

Ərdoğan da Zelenski ilə telefonda bunu müzakirə etdi və Putinlə də müzakirə edəcəyi gözlənilir.

Açıqlamalar masada əsas müzakirə mövzusunun Ukraynanın “neytral status”nun olduğunu deməyə əsas verir. Moskva Kiyevin “İsveç modeli”nə mənfi münasibət bəsləmədiyini deyir. Kiyev qeyd edir ki, anlaşma olacaqsa, bu, başqa yox, məhz “Ukrayna modeli” olacaq.

“İsveç modeli” Finlandiya modelinin bir başqa formasıdır: ölkə tərəfsiz olur, lakin tərəfsiz olacaq Ukrayna öz ordusu və donanmasına sahib olacaq.

Kiyevin dediyi “Ukrayna modeli” isə daha yüksək səviyyəli təhlükəsizlik qarantını özündə ehtiva edir:

  • Ukraynanın təhlükəsizliyinə ABŞ, Fransa, Almaniya, Türkiyə və Rusiyanın iştirakı ilə kollektiv zəmanət verilir;
  • Ukraynaya hücum olacağı təqdirdə zəmanət verən ölkələr sözdə yox, əməldə dəstək verməlidir: münaqişədə birbaşa iştirak edir, hava qüvvələrinin dəstəyi də daxil olmaqla, silah-sursat verir;
  • Hava məkanının bağlanması da əsas şərtlərdən biridir.

Danışıqların hər iki tərəf üçün zaman qazanmaq manevri olduğu da istisna deyil, xüsusilə “ultimatum mövqeyi”ni dəyişdirən Rusiyanın muzdlular vasitəsilə qüvvələrini cəmləşdirib, hücumu genişləndirəcəyi mümkündür. Qərb də Ukraynaya hərbi yardımlarını genişləndirir. Və belə görünür ki, müharibənin növbəti, bəlkə də son mərhələsi hələ qabaqdadır. Lakin hazırda müharibənin dayanmasını istəyən yeganə tərəf kimi Türkiyə görünür və hər iki tərəfin əsas anlaşmanı Ankara masasında əldə edə biləcəyi ehtimalı daha böyükdür. Təbii ki, Bakı da bu prosesin iştirakçılarından olacaq.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün “Qalatasaray” – “Barselona” matçı var
Next: Azərbaycanda şəkər və taxıl bahalaşacaq? – Video

Bölmənin digər xəbərləri

IvOgpFZXEC50m2XjmOv
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

Cavidan 26 İyun, 2026
Ekran şəkli 2026-06-25 171232
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

Cavidan 25 İyun, 2026
6a3bba01aabca6a3bba v
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 651)
  • Dünya (3. 419)
  • Gündəm (11. 902)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər Screenshot 2026-06-27 112302 1
  • Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

27 İyun, 2026
Azərbaycan neftinin qiyməti 74 dollara düşüb BSoPJAlSsNVxBmQt b 2
  • Gündəm

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

27 İyun, 2026
Ukrayna Volqoqradda “Titan-Barrikadı” zavoduna zərbə endirib RFrFrQEtf5UcsefdgZSln5Xb 3
  • Cəmiyyət

Ukrayna Volqoqradda “Titan-Barrikadı” zavoduna zərbə endirib

27 İyun, 2026
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 4
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 5
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9651) Dünya (3419) Gündəm (11902) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.