Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Ankara və Bakının gedişləri: Kiyevlə Moskva barışır?
  • Dünya

Ankara və Bakının gedişləri: Kiyevlə Moskva barışır?

Cavidan 17 Mart, 2022
erdogan-putin-eliyev

Çavuşoğlu Moskvada Lavrovla Ukrayna məsələsini müzakirə etdikdən sonra Bayramovla danışdı: Ankara anlaşmanın əldə edilməsinə çalışır və Bakı bu prosesə dəstək verən oyunçulardan, həm də Kiyev-Moskva görüşünün keçirilməsi üçün alternativ kimi saxlanılan məkanlardan biridir.

Türkiyənin tərəflər arasında anlaşma əldə etmək imkanı zəif qiymətləndirilirdi, lakin indiyə qədər kiçik də olsa, irəliləyiş ehtimalının Ankaranın masasında ola biləcəyi müşahidə edilir: Moskva razılaşmanın mümkün olduğunu, Kiyev Rusiyanın əvvəlki “ultimativ mövqe”yinin dəyişdiyini bildirir; tərəflər bu fikrə Belarusdakı üç raundda və iki onlayn formatdakı görüşdə gəlsələr də, mümkün razılaşmanın xüsusilə Ukraynanın istəyinə uyğun olaraq, Türkiyənin vasitəçiliyi ilə olması istisna deyil.

Ərdoğan da Zelenski ilə telefonda bunu müzakirə etdi və Putinlə də müzakirə edəcəyi gözlənilir.

Açıqlamalar masada əsas müzakirə mövzusunun Ukraynanın “neytral status”nun olduğunu deməyə əsas verir. Moskva Kiyevin “İsveç modeli”nə mənfi münasibət bəsləmədiyini deyir. Kiyev qeyd edir ki, anlaşma olacaqsa, bu, başqa yox, məhz “Ukrayna modeli” olacaq.

“İsveç modeli” Finlandiya modelinin bir başqa formasıdır: ölkə tərəfsiz olur, lakin tərəfsiz olacaq Ukrayna öz ordusu və donanmasına sahib olacaq.

Kiyevin dediyi “Ukrayna modeli” isə daha yüksək səviyyəli təhlükəsizlik qarantını özündə ehtiva edir:

  • Ukraynanın təhlükəsizliyinə ABŞ, Fransa, Almaniya, Türkiyə və Rusiyanın iştirakı ilə kollektiv zəmanət verilir;
  • Ukraynaya hücum olacağı təqdirdə zəmanət verən ölkələr sözdə yox, əməldə dəstək verməlidir: münaqişədə birbaşa iştirak edir, hava qüvvələrinin dəstəyi də daxil olmaqla, silah-sursat verir;
  • Hava məkanının bağlanması da əsas şərtlərdən biridir.

Danışıqların hər iki tərəf üçün zaman qazanmaq manevri olduğu da istisna deyil, xüsusilə “ultimatum mövqeyi”ni dəyişdirən Rusiyanın muzdlular vasitəsilə qüvvələrini cəmləşdirib, hücumu genişləndirəcəyi mümkündür. Qərb də Ukraynaya hərbi yardımlarını genişləndirir. Və belə görünür ki, müharibənin növbəti, bəlkə də son mərhələsi hələ qabaqdadır. Lakin hazırda müharibənin dayanmasını istəyən yeganə tərəf kimi Türkiyə görünür və hər iki tərəfin əsas anlaşmanı Ankara masasında əldə edə biləcəyi ehtimalı daha böyükdür. Təbii ki, Bakı da bu prosesin iştirakçılarından olacaq.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bu gün “Qalatasaray” – “Barselona” matçı var
Next: Azərbaycanda şəkər və taxıl bahalaşacaq? – Video

Bölmənin digər xəbərləri

6a427bb62db0e6a v
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

Cavidan 29 İyun, 2026
6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
6a426a830e8966a426 v
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.