Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında partlayış baş verib.
Hadisəyə səbəb qaz sızması olub.
Nəticədə binanın bir hissəsi uçub.
İlkin məlumata görə, partlayış səbəbindən 4 nəfər yaralanıb, daha 7 nəfər isə itkin düşüb. Onlardan üçünün uşaq olduğu bildirilir.
