Skip to content
5 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • İran Ermənistana xəbərdarlıq edib
  • Dünya
  • Gündəm

İran Ermənistana xəbərdarlıq edib

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib. APA-nın Tehran bürosunun xəbərinə görə,
Cavidan 5 Noyabr, 2026
6aec7398050e ve06aec7398050e1

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib.

APA-nın Tehran bürosunun xəbərinə görə, Vilayəti bu barədə “İttilaat” qəzetində yayımlanan “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqaləsində bildirib.

Ermənistan parlamentində “Tramp marşrutu”nun (TRIPP) təsdiqlənməsinə münasibət bildirən Vilayəti Baş nazir Nikol Paşinyanın siyasətini tənqid edərək, layihənin ratifikasiyasını nəticəsiz və Ermənistan xalqının maraqlarına zidd addım adlandırıb.

O, İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab etdiyini vurğulayıb.

Vilayəti qeyd edib ki, Nikol Paşinyanın rəhbərlik etdiyi yeni hökumətin zərərli addımlarından biri Ermənistanla Azərbaycan arasında düşmənçiliyin daha da dərinləşdirilməsi olub.

İran rəsmisinin sözlərinə görə, Ermənistanın Azərbaycan, İran, Türkiyə və ehtimal ki, gələcəkdə Gürcüstanla münasibətləri qeyri-sabit və proqnozlaşdırılmaz vəziyyətdədir. O, beş il əvvəl Tehranda keçirilən Astana formatlı sammiti çərçivəsində İran İslam Respublikasının keçmiş Ali Rəhbərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərini xatırladaraq, həmin görüşdə Zəngəzur dəhlizinin yaradılmasına açıq şəkildə qarşı çıxıldığını bildirib. Vilayəti bu mövqenin İranın xarici siyasətində “qırmızı xət”lərdən biri olduğunu vurğulayıb.

Vilayəti əlavə edib ki, Ermənistanın Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunması səbəbindən Moskvanın Cənubi Qafqazın təhlükəsizliyinə daha az diqqət yetirəcəyini düşünməsi mümkün yanlış hesablamadır. O, bu məsələni Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə ayrı-ayrı görüşlərində müzakirə etdiyini, həmçinin, mətbuat konfransında İranın Rusiyanın iştirakı ilə və ya iştirakı olmadan regionun təhlükəsizliyinə cavabdeh olduğunu açıq şəkildə bəyan etdiyini bildirib.

“Son sözümü Ermənistanın səfirinə də dedim: Tramp və müttəfiqləri İranın bu “qırmızı xətti”ni keçmək istəsələr, onların ayaqlarını qıracağıq”, – İranın Ali Rəhbərinin müşaviri Ermənistanın Tehrandakı səfirinə dediyi sözləri məqaləsində bölüşüb.

Vilayəti Ermənistan hökumətinin ABŞ, Fransa və Böyük Britaniyanın siyasətinə getdikcə daha çox tabe olmasını da tənqid edib, o, bu yanaşmanın Cənubi Qafqazda gərginliyin artmasına zəmin yarada biləcəyi barədə xəbərdarlıq edib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı

Bölmənin digər xəbərləri

6cfa4b76-74 v91392_1200
  • Gündəm

Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib

Cavidan 5 Noyabr, 2026
6aec49a94d1ff6aec4 v7c46267ac252a035a2
  • Cəmiyyət

Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib – YENİLƏNİB

Cavidan 5 Noyabr, 2026
vEnm8lZkg vx_1200
  • Gündəm

Azərbaycan neftinin qiyməti 106 dollara düşüb

Cavidan 5 Noyabr, 2026

Teqlər

4Sİ Akademiyası 4SİM AI Express Android AnTuTu Apple AzInTelecom Azərbaycan Binance Birləşmə və alınma biznes bStocks Business Epic Games Store informasiya təhlükəsizliyi Kiber təhlükəsizlik Lenovo Lumentum Maliyyə bazarları Marvell Technology Microsoft Newsbeat Noutbuk NVIDIA Blackwell OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Tokenləşdirilmiş səhmlər Təhlükəsizlik WebTrust for CA World İlon Mask İqtisadiyyat Nazirliyi İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 412)
  • Dünya (1. 116)
  • Gündəm (3. 509)
  • İdman (259)
  • İqtisadiyyat (176)
  • Kateqoriyasızlar (246)
  • Kriminal (311)
  • Mədəniyyət (97)
  • Siyasət (450)
  • Texnologiya (51)

Xəbər Trendi

İran Ermənistana xəbərdarlıq edib 6aec7398050e ve06aec7398050e1 1
  • Dünya

İran Ermənistana xəbərdarlıq edib

5 Noyabr, 2026
Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı 5791f5a1-d4e2-301e-ab5a B0 2
  • Cəmiyyət

Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı

5 Noyabr, 2026
Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib 6cfa4b76-74 v91392_1200 3
  • Gündəm

Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib

5 Noyabr, 2026
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək – Eksklüziv 0NsbNDyCPk vwyPwzjOVPQ9Ci5_1200 4
  • Cəmiyyət

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək – Eksklüziv

5 Noyabr, 2026
Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib – YENİLƏNİB 6aec49a94d1ff6aec4 v7c46267ac252a035a2 5
  • Cəmiyyət

Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib – YENİLƏNİB

5 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3412) Dünya (1116) Gündəm (3509) Kateqoriyasızlar (246) Kriminal (311) Mədəniyyət (97) Siyasət (450) Texnologiya (51) İdman (259) İqtisadiyyat (176)

Sayt üzrə statistika

  • 13
  • 834
  • 532
  • 10. 859

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.