Skip to content
3 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb
  • Dünya
  • Gündəm

Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb

Xəzərdə baş verən faciədən sonra aparılan yoxlama nəticəsində Qazaxıstan Müdafiə Nazirliyinin təlimlərinin hazırlanması və keçirilməsində sistemli qüsurların olduğu
Cavidan 2 Noyabr, 2026
Daay5hBdmdFmg bKbJ6nWFlz_1200

Xəzərdə baş verən faciədən sonra aparılan yoxlama nəticəsində Qazaxıstan Müdafiə Nazirliyinin təlimlərinin hazırlanması və keçirilməsində sistemli qüsurların olduğu aşkarlanıb.

Bu barədə ölkənin Baş naziri Oljas Bektenov deputat sorğusuna cavabında bildirib.

Onun sözlərinə görə, kompleks yoxlama təlimlərin gedişatına nəzarət, mümkün risklərin qiymətləndirilməsi və vəziyyət dəyişdikdə operativ reaksiya verilməsinə hazırlıqla bağlı çatışmazlıqları aşkar edib.

“Aşkarlanmış problemlər arasında təhlükəli amillərə kifayət qədər diqqət yetirilməməsi, eləcə də təhlükəsizlik tələblərinə riayət olunmasına lazımi nəzarətin və təlimlərin ən təhlükəli mərhələlərinin dayandırılması barədə qərarların vaxtında qəbul edilməməsi də yer alır”, – hökumət başçısı qeyd edib.

Bektenov bildirib ki, Silahlı Qüvvələrdə pilotsuz hava müşahidə sistemləri tətbiq olunur. Güc strukturlarının ayrı-ayrı bölmələrində hərbi qulluqçuların yerini müəyyənləşdirmək və fizioloji vəziyyətinə nəzarət etmək üçün fərdi cihazlardan da istifadə edilir.

Bundan başqa, güc qurumları müntəzəm olaraq Qazaxıstan Milli Hidrometeorologiya Xidmətindən hava dəyişiklikləri və fırtına xəbərdarlıqları barədə məlumat alır.

Prezidentin tapşırığı ilə hərbi islahat planının layihəsi hazırlanıb. Bu layihə hərbi idarəetmə sisteminin təkmilləşdirilməsini və hərbi qulluqçuların təhlükəsizlik tələblərinə mütləq şəkildə əməl olunmaqla təlimlərin planlaşdırılmasına vahid yanaşmaları nəzərdə tutur.

Xatırladaq ki, 2026-cı il sentyabrın 24-də Qazaxıstanda keçirilən təlimlər zamanı 17 hərbi qulluqçu Xəzər dənizinə düşüb, onlardan 14-ü həlak olub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Media və Yayım Şurası: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqeyi kimi təqdim olunması kobud dezinformasiya nümunəsidir
Sonrakı: Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Bölmənin digər xəbərləri

LJiCk5apYqbj6Ner5A vc3cB1oC_1200
  • Dünya

Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək

Cavidan 3 Noyabr, 2026
0dkUfYu77wv6FgH_1200
  • Gündəm

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb

Cavidan 3 Noyabr, 2026
9ETP5kSlGhjI0RavhHvsRuPetP_1200
  • Dünya

“Wizz Air” reysi partlayış təhlükəsi səbəbindən Budapeştdə təcili eniş edib

Cavidan 2 Noyabr, 2026

Teqlər

1Password 4Sİ Akademiyası 4SİM Android AnTuTu Apple AzInTelecom Azərbaycan biznes Blokçeyn Business Epic Games Store Huawei informasiya təhlükəsizliyi Kiber təhlükəsizlik Lenovo NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Pura 90 Plus Reytinq Rəqəmsal aktivlər Rəqəmsal Layihələr Rəqəmsal İmza Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya Tokenləşdirilmiş səhmlər TravelLite Təhlükəsizlik Waymo WebTrust for CA World İKT İlon Mask İnternet Mükafatı İT xəbərləri İş

Bölmələr

  • Cəmiyyət (3. 393)
  • Dünya (1. 111)
  • Gündəm (3. 498)
  • İdman (259)
  • İqtisadiyyat (174)
  • Kateqoriyasızlar (246)
  • Kriminal (310)
  • Mədəniyyət (97)
  • Siyasət (448)
  • Texnologiya (49)

Xəbər Trendi

Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər DSWkyEvoqyQFvlq16u9v4voQuX6zJ_1200 1
  • Cəmiyyət

Azərbaycan hərbi pilotları hava kəşfiyyatı tapşırıqlarını icra ediblər

3 Noyabr, 2026
Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib 2
  • Cəmiyyət

Şəhid övladları üçün əyləncəli proqram təşkil edilib

3 Noyabr, 2026
Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək LJiCk5apYqbj6Ner5A vc3cB1oC_1200 3
  • Dünya

Cənubi Koreya və Türkiyə prezidentləri müdafiə və AES sahəsində əlaqələri genişləndirəcək

3 Noyabr, 2026
Lenovo AI Express: korporativ süni intellektə gedən sürətli yol Lenovo AI Express: korporativ süni intellektə gedən sürətli yol 4
  • Texnologiya

Lenovo AI Express: korporativ süni intellektə gedən sürətli yol

3 Noyabr, 2026
Marvell Technology Lumentum şirkətini 115 milyard dollara alır Marvell Technology Lumentum şirkətini 115 milyard dollara alır 5
  • Texnologiya

Marvell Technology Lumentum şirkətini 115 milyard dollara alır

3 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3393) Dünya (1111) Gündəm (3498) Kateqoriyasızlar (246) Kriminal (310) Mədəniyyət (97) Siyasət (448) Texnologiya (49) İdman (259) İqtisadiyyat (174)

Sayt üzrə statistika

  • 1
  • 176
  • 134
  • 9. 173

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.