İranın xarici işlər naziri Abbas Əraqçi bu gün diplomatik və iqtisadi nümayəndə heyətinin rəhbəri kimi Aşqabada səfər edib.
APA-nın Tehran bürosunun məlumatına görə, Abbas Əraqçinin səfər çərçivəsində Türkmənistan rəsmiləri ilə iki ölkənin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli münasibətlərini müzakirə edəcəyi və məsləhətləşmələr aparacağı gözlənilir.
