Avropa İttifaqı (Aİ) 2008-ci ildən Azərbaycanın təhsil sektorunun inkişafına töhfə verir, bu dövr ərzində ölkədə 29 layihə həyata keçirilib.
Bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç “Study in Europe” təhsil sərgisinə həsr olunmuş brifinqdə bildirib.
O xatırladıb ki, bu il Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyi qeyd olunur.
