Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb
  • Dünya
  • Gündəm

Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr
Cavidan 8 Avqust, 2026
Screenshot 2026-08-08 090332

Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb.

Bu barədə “Bloomberg” agentliyi amerikalı məmura istinadən məlumat yayıb.

Məmurun sözlərinə görə, Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna, eləcə də terminala doğru hərəkət edən gəmilərə zərbələr endirməkdən çəkinəcək. Bir şərtlə ki, həmin gəmilər Rusiya ilə əlaqəli olmasın, Ukraynanın sanksiyaları altında olmasın və Rusiya yükü daşımayıb.

Vurğulanıb ki, Ukrayna bu öhdəlikləri ABŞ rəsmiləri ilə danışıqlardan sonra üzərinə götürüb.

Bundan əvvəl “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanı Qara dənizdə üçüncü ölkələrə məxsus gəmilərə və neft infrastrukturuna zərbələr endirməyin yolverilməz olduğu barədə xəbərdar edib.

Nəşrin məlumatına görə, Amerikanın Chevron şirkətinin baş direktoru Mayk Virt Ağ Ev nümayəndələri ilə söhbətində Ukraynanın zərbələri nəticəsində yaranan dolayı zərər məsələsini qaldırıb. Şirkət XBKK-da 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasında maraqlıdır.

Konsorsium Qara dənizdəki terminalı ərazisində tankerlərə PUA hücumları barədə dəfələrlə məlumat verib. XBKK-nın neft kəməri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqlinin ən böyük marşrutudur. Uzunluğu 1,5 min km olan magistral boru kəməri Qərbi Qazaxıstandakı yataqları Qara dənizin Rusiya sahili ilə birləşdirir. Burada neft XBKK-nın dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
Sonrakı: Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Bölmənin digər xəbərləri

bE_1200
  • Gündəm

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Cavidan 12 Oktyabr, 2026
QNQvMAluMD5r7jB
  • Gündəm

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

Cavidan 10 Oktyabr, 2026
405827_l8v7w8zckl b
  • Cəmiyyət

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

Cavidan 8 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon e-Devlet FCC Femmes Digitales Forza Horizon 6 Health iphone massenger MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 qadağa Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 sosial şəbəkələr spacex Sport Starlink Starlink Mobile sticker stiker Stories Türkiyə uşaqlar World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 260)
  • Dünya (1. 081)
  • Gündəm (3. 452)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (299)
  • Mədəniyyət (96)
  • Siyasət (439)
  • Texnologiya (5)

Xəbər Trendi

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb v200 (1) 1
  • Cəmiyyət

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

12 Oktyabr, 2026
Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ 7ef44aa8-dda v 2
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

12 Oktyabr, 2026
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib OtKJUR1hbZ6LjwNIZ b 3
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr, 2026
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər 4
  • Kateqoriyasızlar

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

12 Oktyabr, 2026
Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib 409bcfa8-01fe-39b3- b 5
  • Cəmiyyət

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

12 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3260) Dünya (1081) Gündəm (3452) Kateqoriyasızlar (235) Kriminal (299) Mədəniyyət (96) Siyasət (439) Texnologiya (5) İdman (246) İqtisadiyyat (169)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.