Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • Siyasət

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Son illər geosiyasi risklərin artması, enerji bazarlarındakı dəyişkənlik və maliyyə sistemində qeyri-müəyyənliyin dərinləşməsi dünyanın aparıcı suveren fondlarını investisiya
Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 180824

Son illər geosiyasi risklərin artması, enerji bazarlarındakı dəyişkənlik və maliyyə sistemində qeyri-müəyyənliyin dərinləşməsi dünyanın aparıcı suveren fondlarını investisiya strategiyalarına yenidən baxmağa məcbur edib. Ənənəvi istiqraz və səhm portfelləri artıq təkbaşına uzunmüddətli dayanıqlılıq təmin etmir. Buna görə də qlobal investorlar infrastruktur, enerji, daşınmaz əmlak və digər real aktivlərə üstünlük verməyə başlayıblar.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) də son illərdə məhz bu yanaşmanı ardıcıl şəkildə həyata keçirir. Fondun Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan “Inkia Energy” şirkətinə yatırdığı investisiya isə təkcə növbəti maliyyə əməliyyatı deyil. Bu qərar ARDNF-nin qlobal investisiya xəritəsində yeni coğrafiyaya çıxışı və uzunmüddətli strategiyasında növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bu investisiya qlobal infrastruktur investisiyaları üzrə aparıcı şirkətlərdən olan “I Squared Capital” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilib və Fondun həm sektor, həm də region üzrə şaxələndirmə siyasətini daha da gücləndirir.

Strateji əhəmiyyət daşıyan aktiv

ARDNF-nin investisiya etdiyi “Inkia Energy” Perunun ən iri müstəqil elektrik enerjisi istehsalçısı olmaqla yanaşı, Latın Amerikasının aparıcı enerji şirkətlərindən biridir.

2026-cı ilin fevralında Kanadanın CPP Investments pensiya fondunun şirkətin 50 %-lik payını əldə etməsi nəticəsində “Inkia Energy”nin ümumi müəssisə dəyəri 3,4 milyard ABŞ dolları həcmində qiymətləndirilib.

Hazırda şirkətin səhmdar strukturu belə formalaşıb: 50 % -“CPP Investments”, 50 % – “I Squared Capital” tərəfindən yaradılmış xüsusi investisiya platforması (Continuation Vehicle).

ARDNF də məhz bu investisiya platformasının investorlarından biri kimi layihədə iştirak edir. Başqa sözlə, Fond birbaşa “Inkia Energy”nin səhmdarı deyil, “I Squared Capital”ın yaratdığı investisiya mexanizmi vasitəsilə həmin 50 %-lik payın investorları sırasına qoşulub. Bu model ARDNF-yə dünyanın aparıcı institusional investorları ilə eyni platformada iştirak etmək imkanı verir.


Güclü maliyyə göstəriciləri

“Inkia Energy” hazırda Peruda elektrik enerjisi istehsalının təxminən 22 %-ni təmin edir. Şirkət ümumi gücü 2,6 giqavat olan hidroelektrik, təbii qaz, günəş və külək elektrik stansiyalarını idarə edir.

Bununla yanaşı, şirkətin 4 giqavatdan artıq inkişaf portfeli mövcuddur və onun böyük hissəsi bərpa olunan enerji layihələrindən ibarətdir. Bu isə gələcək illərdə şirkətin dəyərinin artması üçün əlavə potensial yaradır.

Maliyyə baxımından da şirkət sabit gəlir modelinə malikdir. Mövcud qiymətləndirmələrə görə, illik gəliri 1,2-1,5 milyard ABŞ dollar, EBITDA göstəricisi isə 350-450 milyon ABŞ dolları arasında dəyişir.

Elektrik satışlarının təxminən 67 %-nin uzunmüddətli müqavilələr əsasında həyata keçirilməsi gəlirlərin proqnozlaşdırılmasını və pul axınının sabitliyini təmin edən əsas amillərdəndir.

Yeni kapital modeli

ARDNF-nin iştirak etdiyi əməliyyat çərçivəsində “I Squared Capital” təxminən 600 milyon ABŞ dolları həcmində “Continuation Vehicle” yaradıb.

Belə fondlar adətən yüksək keyfiyyətli və uzunmüddətli gəlir gətirən aktivlər üçün formalaşdırılır. Mövcud investorlar likvidlik əldə edir, yeni investorlar isə perspektivli aktivlərə daxil olmaq imkanı qazanırlar.

ARDNF-nin məhz belə platformaya qoşulması Fondun coğrafi şaxələndirmə ilə yanaşı, həm də beynəlxalq investisiya bazarında ən yüksək keyfiyyətli aktivlərin seçilməsi prinsipinə sadiq qaldığını göstərir.


Peru layihəsinin ən mühüm xüsusiyyətlərindən biri onun ARDNF-nin Latın Amerikasında ilk müştərək investisiyası olmasıdır.

İndiyədək Fondun investisiya portfeli əsasən Avropa, Şimali Amerika və Asiya bazarlarında formalaşmışdı. Peru investisiyası isə Latın Amerikasını da Fondun strateji coğrafiyasına daxil edir.

Bu addım yalnız yeni bazara çıxış demək deyil. O, həm də ARDNF-nin regional risklərin balanslaşdırılması strategiyasını daha da gücləndirir. Nəticədə Fondun investisiya portfelində Latın Amerikasının payı artacaq və region üzrə diversifikasiya səviyyəsi yüksələcək. Bu isə hər hansı bir regionda baş verə biləcək iqtisadi və ya geosiyasi risklərin ümumi portfelə təsirini azaltmağa xidmət edir.

Peru investisiyası Fondun regional bölgüsündə də yeni mərhələ yaradır. Bu il iyulun 1-nə olan məlumata görə, ARDNF-nin investisiya portfelində ən böyük pay 27,5 %-lə Şimali Amerikanın, 27 %-lə Avropanın, 9,9 %-lə isə Asiyanın payına düşür. Latın Amerikasının payı isə cəmi 0,1 % təşkil edib.

Məhz “Inkia Energy” layihəsi bu göstəricinin artmasına səbəb olacaq. Həcm baxımından dəyişiklik böyük görünməsə də, onun strateji əhəmiyyəti kifayət qədər yüksəkdir. Çünki Latın Amerikasında ilk müştərək investisiyanın həyata keçirilməsi ARDNF-nin gələcəkdə region üzrə yeni layihələrə çıxışı üçün platforma formalaşdırır. Bu isə uzunmüddətli perspektivdə Fondun coğrafi diversifikasiyasını daha da dərinləşdirə bilər.


Enerji transformasiyasından qazanc

Dünya enerji sektoru sürətlə dəyişir. Dekarbonizasiya, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrinin inkişafı artıq qlobal investisiya qərarlarının əsas istiqamətlərinə çevrilib.

“Inkia Energy” də məhz bu transformasiyanın mərkəzində yerləşən şirkətlərdən biridir.

Şirkətin portfelində hidroelektrik və təbii qaz stansiyaları ilə yanaşı, günəş və külək elektrik stansiyalarının olması enerji mənbələrinin balanslaşdırılmasına imkan verir.

Bundan əlavə, gələcək inkişaf layihələrinin əsas hissəsinin bərpa olunan enerji üzrə planlaşdırılması şirkətin uzunmüddətli perspektivdə daha yüksək dəyər qazanacağına dair gözləntiləri gücləndirir.

ARDNF-nin investisiya qərarını şərtləndirən əsas amillərdən biri də Perunun enerji sektorunun inkişaf perspektivləridir. Ölkədə elektrik enerjisinə tələbatın davamlı artması, yeni istehsal güclərinə ehtiyac və bərpa olunan enerji layihələrinin genişlənməsi enerji şirkətləri üçün uzunmüddətli inkişaf imkanları yaradır.

Bu baxımdan “Inkia Energy”nin bazarın təxminən 22 %-ni nəzarətdə saxlaması xüsusi əhəmiyyət daşıyır. Belə bazar payına malik şirkətlər adətən iqtisadi dalğalanmalara daha davamlı olur, sabit pul axını formalaşdırır və yeni layihələrə investisiya etmək üçün daha geniş maliyyə imkanlarına malik olurlar.

Beləliklə, ARDNF yalnız bugünkü gəlir gətirən aktivə deyil, gələcəyin enerji infrastrukturuna investisiya qoymuş olur.

Latın Amerikası perspektivli investisiya istiqaməti kimi

Peru layihəsi ARDNF üçün yalnız yeni bazara çıxış deyil, həm də Latın Amerikasında investisiya imkanlarının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Son illər region enerji, nəqliyyat və kommunal infrastruktur layihələrinə yönələn beynəlxalq kapitalın əsas ünvanlarından birinə çevrilib. Əhalinin artması, urbanizasiya, sənayeləşmə və elektrik enerjisinə tələbatın yüksəlməsi yeni investisiya ehtiyacları yaradır.

Beynəlxalq maliyyə institutlarının qiymətləndirmələrinə görə, inkişaf etməkdə olan bazarlarda düzgün seçilmiş infrastruktur layihələri inkişaf etmiş ölkələrdəki analoji aktivlərlə müqayisədə daha yüksək gəlirlilik potensialına malik olur. Eyni zamanda, iqtisadi artım davam etdikcə belə aktivlərin bazar dəyərinin yüksəlməsi ehtimalı da artır. Bu baxımdan ARDNF-nin regiona erkən mərhələdə daxil olması gələcək investisiyalar üçün də əlverişli zəmin yaradır.


Dünyanın aparıcı investorları ilə eyni platformada

Layihənin digər mühüm üstünlüyü tərəfdaş seçimidir. “I Squared Capital” hazırda dünyanın ən böyük infrastruktur investisiya şirkətlərindən biridir. Şirkətin idarəetməsində 60 milyard ABŞ dollarından artıq aktiv mövcuddur və portfelinə 70-dən çox ölkədə fəaliyyət göstərən 100-dən artıq şirkət daxildir.

Belə investorlarla əməkdaşlıq yalnız konkret layihənin uğuru kimi qiymətləndirmək olmaz. Bu, həm də ARDNF-nin qlobal maliyyə bazarlarında etibarlı və peşəkar institusional investor kimi mövqeyini daha da möhkəmləndirir.

Bir sözlə, Neft Fondunun Peru investisiyası adi maliyyə əməliyyatından daha geniş məna daşıyır.

Qlobal investisiya bazarında infrastruktur aktivləri son illər institusional investorların ən çox üstünlük verdiyi istiqamətlərdən birinə çevrilib. Bunun əsas səbəbi bu layihələrin uzunmüddətli və proqnozlaşdırılan pul axınları yaratmasıdır.

Xüsusilə enerji infrastrukturu iqtisadiyyatın baza elementlərindən biri hesab olunur. Elektrik enerjisinə tələbat iqtisadi tsikllərdən nisbətən az asılı olduğundan, bu sahəyə yatırılan vəsaitlər digər aktiv sinifləri ilə müqayisədə daha dayanıqlı gəlir mənbəyi hesab edilir. Məhz buna görə dünyanın aparıcı suveren fondları son illərdə infrastruktur portfellərinin çəkisini ardıcıl şəkildə artırırlar.

Bu qərar bir tərəfdən Fondun infrastruktur aktivlərinin portfeldəki çəkisini artırır, digər tərəfdən isə investisiyaların regional bölgüsünü genişləndirərək Latın Amerikasının ARDNF portfelində payını yüksəldir. Eyni zamanda, Fond qlobal enerji transformasiyasının yaratdığı yeni imkanlardan faydalanmaq üçün perspektivli enerji aktivlərində mövqeyini gücləndirir.

Beləliklə, Peruya yönələn investisiya ARDNF-nin aktiv portfelinə əlavə olunan növbəti layihədən daha artıq məna daşıyır. Bu qərar Fondun qlobal investisiya strategiyasında yeni regionun formalaşdığını, Latın Amerikasının portfeldəki payının artmağa başladığını və infrastruktur aktivlərinin uzunmüddətli inkişaf modelində daha mühüm yer tutduğunu göstərir. Dünyanın aparıcı institusional investorları ilə eyni platformada həyata keçirilən bu layihə ARDNF-nin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş və strateji investor kimi mövqeyini daha da möhkəmləndirir. Bununla yanaşı, Fondun gələcəkdə Latın Amerikasında yeni enerji və infrastruktur layihələrində iştirak imkanlarını da genişləndirir.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Sonrakı: Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Bölmənin digər xəbərləri

OtKJUR1hbZ6LjwNIZ b
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Cavidan 12 Oktyabr, 2026
QmBsyGYfDNOEEUoaSNCeV
  • Siyasət

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Cavidan 12 Oktyabr, 2026
IVZME0LJqPupDFt3 b
  • Siyasət

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Cavidan 9 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon e-Devlet FCC Femmes Digitales Forza Horizon 6 Health iphone massenger MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 qadağa Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 sosial şəbəkələr spacex Sport Starlink Starlink Mobile sticker stiker Stories Türkiyə uşaqlar World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 262)
  • Dünya (1. 082)
  • Gündəm (3. 455)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (299)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (5)

Xəbər Trendi

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub iBCSAUavIXAKjrYH n_1200 1
  • Cəmiyyət

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

13 Oktyabr, 2026
Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var 2H9SvDe4VDeI v 2
  • Dünya

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

13 Oktyabr, 2026
Azərbaycan neftinin qiyməti 131 dolları keçib EhCcDGqqS v 3
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

13 Oktyabr, 2026
Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər UAX6Bi71qp1i79Ec5Vxv 4
  • Gündəm

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər

13 Oktyabr, 2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb v200 (1) 5
  • Cəmiyyət

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

12 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3262) Dünya (1082) Gündəm (3455) Kateqoriyasızlar (235) Kriminal (299) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (5) İdman (246) İqtisadiyyat (169)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.