Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək.
Kreml Suriya Prezidentinin Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Məlumata görə, sabah Rusiya Prezidenti Vladimir Putin Moskvada işgüzar səfərdə olacaq Suriya Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparacaq.
Qeyd olunub ki, Putin-əl-Şaraa görüşündə ikitərəfli əlaqələr, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.(APA)
