Skip to content
21 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 951)
  • Dünya (3. 208)
  • Gündəm (11. 207)
  • İdman (627)
  • İqtisadiyyat (571)
  • Kateqoriyasızlar (463)
  • Kriminal (1. 339)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 947)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Dünya
  • Dünya

KİV: İranla Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkarlanıb

Cavidan 27 Dekabr, 2025

İran İslam Respublikası ilə Şimali Koreya arasında şübhəli maliyyə əməliyyatları aşkar edilib.

Bu barədə məlumatı “İran İNternational” yayıb.

Bildirilib ki, bu əməliyyatlar Şimali Koreya agentləri tərəfindən rəqəmsal valyutalardan istifadə edilməklə “çirkli pulların yuyulması” şəbəkəsi vasitəsilə həyata keçirilib. Məlumata görə, maliyyə vəsaitlərinin bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) bağlı təşkilatlara köçürülüb.

Cənubi Koreyanın “Chosun” qəzeti bildirib ki, “TRM Labs” şirkəti tərəfindən aparılmış araşdırmanın nəticəsində bu ilin fevral ayında Şimali Koreya pullarının “yuyulması” ilə məşğul olan Sim Hyun Supun kriptovalyuta hesabından Sepaha bağlı hesaba azı 67 min dollar köçürülüb.

Hesabata əsasən, İslam Respublikası sanksiyalardan yan keçmək üçün kriptovalyutadan istifadə edib və bu vəsaiti ABŞ dollarına çevirə, yaxud hətta neft üçün ödəniş edə bilərdi.

Qeyd olunub ki, “pul yuma” və sanksiyalardan yayınmaq ittihamları ilə ABŞ-nin Federal Təhqiqat Bürosu tərəfindən axtarışda olan Sim Hyun Sup bu şəbəkədə əsas rol oynayıb. Hətta bu yay onun ələ keçirilməsi üçün təyin olunan mükafatın məbləği 5 milyondan 7 milyon dollara qədər artırılıb. ABŞ-nin sanksiyalar siyahısına salınan 1983-cü ildə Pxenyanda doğulan Sim Şimali Koreya Xarici Ticarət Bankında işləyib.

“Chosun” nəşrinin məlumatına əsasən, o, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində də (BƏƏ) fəaliyyət göstərib, özünü “Sim Ali” və “Sim Hajim” təxəllüsləri ilə “Kwangsun” bankının nümayəndəsi kimi təqdim edib.

Onun şəbəkəsinə Şimali Koreyadan olan IT mütəxəssisləri daxil edilib. Onlar öz məxfiliklərini qorumaqla hakerlikdən və ya əmək haqqı kimi əldə etdikləri kriptovalyutanı Simin nəzarət etdiyi hesablara köçürürüblər.

“Chosun” yazıb ki, ABŞ Federal Məhkəməsi 2023-cü ilin martında Sim Hyun Supun həbs edilməsi üçün order versə də, onun həbsi çətin və praktiki olaraq mümkünsüz görünür. Müşahidəçilərin fikrincə, beynəlxalq maliyyə nəzarəti mexanizmlərindəki ciddi boşluqlar İran və Şimali Koreya kimi ölkələrin birgə “çirkli pulları yuma” şəbəkələri ilə mübarizəni xeyli çətinləşdirir.

Continue Reading

Previous: Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb
Next: KİV: Türkiyə yanvarın 1-dən Ermənistanla sərhədi qismən açmağa hazırdır

Bölmənin digər xəbərləri

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
  • Dünya

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var

21 Fevral, 2026
Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır
  • Dünya

Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır

21 Fevral, 2026
Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər
  • Dünya

Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər

20 Fevral, 2026

Top 7 Xəbər

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var 1

Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var

21 Fevral, 2026
Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi – Rütbəsi artırıldı 2

Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi – Rütbəsi artırıldı

21 Fevral, 2026
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb 3

Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb

21 Fevral, 2026
Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır 4

Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır

21 Fevral, 2026
XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək 5

XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

21 Fevral, 2026
Bu gün Beynəlxalq Ana Dili Günüdür 6

Bu gün Beynəlxalq Ana Dili Günüdür

21 Fevral, 2026
Salyanda faciə: Nazirlik işçilərini maşın vurub – ölən var 7

Salyanda faciə: Nazirlik işçilərini maşın vurub – ölən var

21 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 951)
  • Dünya (3. 208)
  • Gündəm (11. 207)
  • İdman (627)
  • İqtisadiyyat (571)
  • Kateqoriyasızlar (463)
  • Kriminal (1. 339)
  • Mədəniyyət (335)
  • Siyasət (2. 947)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8951) Dünya (3208) Gündəm (11207) Kateqoriyasızlar (463) Kriminal (1339) Mədəniyyət (335) Siyasət (2947) Texnologiya (14) İdman (627) İqtisadiyyat (571)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var 21 Fevral, 2026
  • Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi – Rütbəsi artırıldı 21 Fevral, 2026
  • Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb 21 Fevral, 2026
  • Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır 21 Fevral, 2026
  • XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək 21 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.