Skip to content
11 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
  • Cəmiyyət
  • Gündəm

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak
Cavidan 8 Aprel, 2026
Wv61wzw7lcwmb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlətimizin başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər.

Bildirildi ki, Beynəlxalq Təlim Mərkəzi “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki təlimi üçün nəzərdə tutulub.

Yeni kompleksdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tələblərinə uyğun olaraq “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin dispetçerləri hazırlanacaq. Bunun üçün bu sahədə dünyanın qabaqcıl aeronaviqasiya təhsil mərkəzlərindən olan Alman Aeronaviqasiya Akademiyasının (DFS) təhsil proqramı əsasında Aeronaviqasiya Təlim Mərkəzi fəaliyyət göstərəcək.

Burada Heydər Əliyev Beynəlxalq Hava Limanının 360 dərəcə panoramını əks etdirən TWR qüllə simulyatoru, həmçinin hava məkanının idarə edilməsi üzrə radar simulyator kompleksi quraşdırılıb. Bu sistemlər dispetçerlərin real əməliyyat şəraitində hazırlanması üçün imkan yaradır.

Mərkəzdə, həmçinin hava limanlarında real iş şəraitinə uyğun müxtəlif xüsusi avtonəqliyyat vasitələri sürücülərinin bacarıqlarının təkmilləşdirilməsinə imkan verən müasir təlim trenajoru kompleksi quraşdırılıb.

Beynəlxalq Təlim Mərkəzində hər il hava hərəkətini idarəetmə üzrə təxminən 30 dispetçerin və 3 min hava gəmisi heyətinin hazırlanması planlaşdırılır.

Bundan başqa, Mərkəz fövqəladə vəziyyətlərdə və müxtəlif qəza hallarında hava gəmisi kabininin daxilində təhlükəsizlik tədbirlərinin səmərəli icrası üçün Türkiyənin bu sahədə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış şirkəti olan “SkyArt” tərəfindən “A320/A321 NEO CEET” tipli yeni nəsil hava gəmisi simulyatoru ilə təchiz edilib. Simulyatora “Boeing 787” təyyarəsi üzrə Qapı Təlim Qurğuları (Door Trainers), həmçinin real yanğın şəraitini simulyasiya edən yeni nəsil Yanğınsöndürmə Təlim Qurğuları (RFFT) daxildir.

Yeni təlim infrastrukturu regionda aviasiya sahəsində kadr hazırlığının, həmçinin beynəlxalq standartlara uyğun tədris imkanlarının gücləndirilməsinə, bu sahədə rəqabətqabiliyyətli milli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək.

Mərkəz müasir aviasiya sahəsinin tələblərinə uyğun olaraq kadr hazırlığını həyata keçirən ixtisaslaşmış tədris strukturu kimi aviasiya mütəxəssislərinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının formalaşdırılmasında mühüm rol oynayacaq.

Mərkəzin müasir texnologiyalarla təchiz olunması, burada son model uçuş simulyatorlarının quraşdırılması real uçuş şəraitinə yaxın mühitdə təcrübə qazanmağa imkan yaradır ki, bu da ümumilikdə uçuşların təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib
Next: Azərbaycan və Qazaxıstan hərbi-texniki əməkdaşlığı müzakirə edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.