Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb
  • Dünya
  • Gündəm

Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb

Cavidan 18 Dekabr, 2025
8KDZkFicojZxXZuzi41WAPnTpBLqYWl8yIzvf

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

Görüş zamanı Komitə sədri Ramin Məmmədov bu il Vaşinqtonda Azərbaycan Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanan Anlaşma Memorandumundan sonra bütün sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.

O bildirib ki, bu yeni mərhələdə formalaşan imkanlardan səmərəli istifadə edərək Azərbaycan ilə ABŞ arasında dini sahədə əməkdaşlığı inkişaf etdirmək mümkündür.

Görüşdə ölkədə həyata keçirilən uğurlu dövlət-din siyasətinin nəticəsi olaraq formalaşmış multikultural mühitdən bəhs edən Ramin Məmmədov vurğulayıb ki, bu istiqamətdə görülən məqsədyönlü işlər cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasına, dinlərarası həmrəyliyin və vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanda müşahidə olunan dini tolerantlıq, multikulturalizm mühitini yüksək qiymətləndirib, müxtəlif dini konfessiya nümayəndələri arasında mövcud olan qarşılıqlı anlaşma və əməkdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edib.

Multikulturalizmin Azərbaycanın ən güclü və cəhətlərindən biri olduğunu xüsusi vurğulayan E. Karlon ABŞ-nin əsas məqsədinin regionda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verməkdən ibarət olduğunu bildirib.

O, eyni zamanda gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamik inkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin Azərbaycana səfərlərinin planlaşdırıldığını qeyd edib.

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasını yüksək dəyərləndirildiyini vurğulayıb.

Müvəqqəti işlər vəkili ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatının qərəzli yanaşmalardan, habelə əsassız iddialardan uzaq hazırlanmasının, Azərbaycanın mövcud reallıqlarını, ölkədə dini etiqad azadlığının təmin olunması və tolerant mühitin faktiki vəziyyətini obyektiv, dolğun şəkildə əks etdirməsinin vacibliyini də xüsusi olaraq vurğulayıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Zelenski: Maliyyə yardımı almasaq, dron istehsalını azaltmalı olacağıq
Sonrakı: Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardımı təsdiqlədi

Bölmənin digər xəbərləri

vXuGdP4LceHfx_1200
  • Gündəm

Elnur Əliyev: “18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb”

Cavidan 14 Oktyabr, 2026
v3BCXODwt_1200
  • Gündəm

İlham Əliyev: “Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır”

Cavidan 14 Oktyabr, 2026
B23C bknA6_1200
  • Dünya

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 275)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (249)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsQK8 b 1
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

15 Oktyabr, 2026
Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 2
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026
Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək vmeliyOwJuwFHl4oE v 3
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

14 Oktyabr, 2026
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb bL6ZvIjssklf7_1200 4
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib 5
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3275) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (249) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 78
  • 77
  • 4. 733

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.