Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Dünya
  • Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb
  • Dünya
  • Gündəm

Dövlət Komitəsinin sədri ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili ilə görüşüb

Cavidan 18 Dekabr, 2025
8KDZkFicojZxXZuzi41WAPnTpBLqYWl8yIzvf

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb.

Görüş zamanı Komitə sədri Ramin Məmmədov bu il Vaşinqtonda Azərbaycan Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanan Anlaşma Memorandumundan sonra bütün sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.

O bildirib ki, bu yeni mərhələdə formalaşan imkanlardan səmərəli istifadə edərək Azərbaycan ilə ABŞ arasında dini sahədə əməkdaşlığı inkişaf etdirmək mümkündür.

Görüşdə ölkədə həyata keçirilən uğurlu dövlət-din siyasətinin nəticəsi olaraq formalaşmış multikultural mühitdən bəhs edən Ramin Məmmədov vurğulayıb ki, bu istiqamətdə görülən məqsədyönlü işlər cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunmasına, dinlərarası həmrəyliyin və vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edir.

Müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanda müşahidə olunan dini tolerantlıq, multikulturalizm mühitini yüksək qiymətləndirib, müxtəlif dini konfessiya nümayəndələri arasında mövcud olan qarşılıqlı anlaşma və əməkdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edib.

Multikulturalizmin Azərbaycanın ən güclü və cəhətlərindən biri olduğunu xüsusi vurğulayan E. Karlon ABŞ-nin əsas məqsədinin regionda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verməkdən ibarət olduğunu bildirib.

O, eyni zamanda gələn il ABŞ-Azərbaycan münasibətlərinin daha da dinamik inkişaf edəcəyini, bir sıra ictimai-siyasi xadimlərin Azərbaycana səfərlərinin planlaşdırıldığını qeyd edib.

İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasını yüksək dəyərləndirildiyini vurğulayıb.

Müvəqqəti işlər vəkili ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatının qərəzli yanaşmalardan, habelə əsassız iddialardan uzaq hazırlanmasının, Azərbaycanın mövcud reallıqlarını, ölkədə dini etiqad azadlığının təmin olunması və tolerant mühitin faktiki vəziyyətini obyektiv, dolğun şəkildə əks etdirməsinin vacibliyini də xüsusi olaraq vurğulayıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Zelenski: Maliyyə yardımı almasaq, dron istehsalını azaltmalı olacağıq
Sonrakı: Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardımı təsdiqlədi

Bölmənin digər xəbərləri

vXuGdP4LceHfx_1200
  • Gündəm

Elnur Əliyev: “18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb”

Cavidan 14 Oktyabr, 2026
v3BCXODwt_1200
  • Gündəm

İlham Əliyev: “Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır”

Cavidan 14 Oktyabr, 2026
B23C bknA6_1200
  • Dünya

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 281)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib v8Pip bcLyStvxp_1200 1
  • Cəmiyyət

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

15 Oktyabr, 2026
Kompakt Xbox Nano Controller geympadı təqdim olundu Kompakt Xbox Nano Controller geympadı təqdim olundu 2
  • Texnologiya

Kompakt Xbox Nano Controller geympadı təqdim olundu

15 Oktyabr, 2026
Optik işıq filtrlərinə malik Fujifilm Instax Square 2 ani çap kamerası təqdim edildi Optik işıq filtrlərinə malik Fujifilm Instax Square 2 ani çap kamerası təqdim edildi 3
  • Texnologiya

Optik işıq filtrlərinə malik Fujifilm Instax Square 2 ani çap kamerası təqdim edildi

15 Oktyabr, 2026
Sabah Bakıda hava çiskinli olacaq UKtTjWirvou6KzOv 4
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

15 Oktyabr, 2026
Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik bi9o6_1200 5
  • Cəmiyyət

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3281) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 108
  • 105
  • 4. 763

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.