Pessimist bir ssenaridə Ukrayna qaz idxalı problemi ilə üzləşə bilər və tranzit borudan Rusiyanın mavi yanacağını çəkməyə məcbur olacaq.
Bunu Ukraynanın “Naftoqaz” şirkətinin keçmiş rəhbəri Andrey Kobolev deyib.
O qeyd edib ki, optimist ssenariyə əsasən, kifayət qədər idxalı təmin etmək üçün Kiyev ən böyük dövlət şirkətini dəstəkləməli və bunun üçün 2-6 milyard dollar tapmalı olacaq.
“Əks halda, “Naftoqaz” həm pul çatışmazlığı, həm də idxal məhdudluğu səbəbindən gündəlik kəsiri ödəmək üçün kifayət qədər qaz idxalını təmin edə bilməyəcək”, – deyə o bildirib.