Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Mansur Yavaş CHP-dən gedir?
  • Dünya
  • Gündəm

Mansur Yavaş CHP-dən gedir?

Cavidan 17 Sentyabr, 2024
mansur2

“Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş rəsmi olmasa da, faktiki olaraq Cümhuriyyət Xalq Partiyası (CHP) ilə yollarını ayırıb”.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə türkiyəli politoloq Zafer Şahin “Yavaş’ın CHP’ye vedası” adlı köşə yazısında bildirib.

Onun sözlərinə görə, M.Yavaşın sentyabrın 7-də CHP-nin Nizamnamə Qurultayında dediyi bir cümlə üstüörtülü vida mesajı olub: “Mən də rəhbərim Əkrəm İmamoğlu kimi sizin qarşınızda hazır şəkildə çıxış etmək istərdim. Amma mənə 1 saat əvvəl telefonla məlumat verdilər. Təəssüf ki, biz buradan nifaq atəşinə benzin tökmüş oluruq!”

Bundan başqa, Mansur Yavaş HÜDAPAR (Hürr Dava Partiyası) daxil olmaqla, DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyalarını tənqid edib: “Bizim milli bayramlarımız qeyd olunur, amma bu bayramları keçirməyən iki partiya var. Düşünürəm ki, onlarla məsafə saxlanılmalıdır”.

Bunun ardınca Şahin yazır: “Bəs Türkiyə siyasətində hansı partiya DEM Partiyası ilə məsafə saxlamır, əksinə, “Şəhər Konsensusu” deyib birlikdə yola çıxır? Yavaşın son 10 ildə 3 dəfə Ankara namizədi olduğu və hələ də siyasətlə məşğul olduğu CHP…

Yəni öz partiyasına ultimatum verir. “DEM varsa, mən yoxam” deyir. Bu bəyanatın isə iki ünvanı var: Özgür Özel və Əkrəm İmamoğlu”.

Fotoda CHP sədri Özgür Özel və İstanbul meri Əkrəm İmamoğlu

Politoloq bildirib ki, Ankara lobbilərində Yavaşın 2028-ci ildə prezidentliyə namizəd olmaqda qərarlı olduğu, ilin sonunda CHP-dən ayrılacağı və seçkiyə qədər müstəqil bələdiyyə sədri olaraq davam edəcəyi iddia edilir. Bu layihə o qədər konkretləşib ki, hətta M.Yavaşın özündən sonra bu postda görmək istədiyi ad da bəllidir: Keçiören Bələdiyyəsinin rəhbəri Mesut Özarslan…

Fotoda Mesut Özarslan

Zafer Şahin onu da əlavə edib ki, hazırda M.Yavaşı CHP-də saxlayacaq yeganə siyasi aktyor partiyanın sabiq lideri Kamal Kılıçdaroğludur: “CHP-nin keçmiş lideri okey oyununda ən çox axtarılan dördüncü oyunçu kimidir.

Kimin masasında əyləşsə, onun oyunu oynanılacaq. Daha doğrusu, önü açılacaq. Məhz buna görə həm İmamoğlu, həm də Yavaşın gözü Kılıçdaroğludadır.

Beləliklə, 2028-ci ildə 3 namizədli prezident seçkilərinə hazır olun”.(Milliyet)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
Next: Putin Köçəryana zəng etdi – Sensasion detal

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
6a3cb1706cada6a v
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.