Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Sülh imzalayan kimi onlar qayıtmasa, müharibə edək? – Nikol
  • Dünya
  • Gündəm

Sülh imzalayan kimi onlar qayıtmasa, müharibə edək? – Nikol

Sülh müqaviləsinin əsas məqsədi müharibəni istisna etməkdir. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə “Ermənistan” fraksiyasının üzvü
Cavidan 12 Sentyabr, 2024
pasinyan-iclas

Sülh müqaviləsinin əsas məqsədi müharibəni istisna etməkdir.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə “Ermənistan” fraksiyasının üzvü Anna Qriqoryanın sualına cavabında bildirib.

Qriqoryan deyib ki, Ermənistan pasportu olan insanlar Bakıda “oturmağa” davam etdiyi halda (Bakıda həbsdə olan erməni separatçı-terrorçular nəzərdə tutulur – red.) sülh müqaviləsinin imzalanmasını təsəvvür etmək onun üçün çətindir. “Mənim üçün əsas prinsip sülh müqaviləsi layihəsində əksini tapmayan məhbusların qaytarılması məsələsi olardı. Ümumiyyətlə, sizin soydaşlarınız, Ermənistan pasportu olan insanlar Bakıda həbsdə qalmaqda davam edəndə sülh müqaviləsi imzalamağı təsəvvür etmək mənim üçün çətindir, bu, dövlətin ləyaqəti məsələsidir. Mənim üçün bu müqavilənin əsas prinsipi sərhədlərin açıq olması olmalıdır. Sülh imzalanandan sonra sərhədlərimiz açılacaqmı? Yoxsa biz sülh müqaviləsi imzalayıb, kommunikasiyalar məsələsi ayrıca danışıqlar yolu ilə həll olunana qədər bağlı sərhədlərlə yaşamağa davam edəcəyik? Bu sənədə daxil edilməli olan üçüncü fundamental prinsip Azərbaycan qoşunlarının ölkəmizin ərazisindən çıxarılması olmalıdır. Amma ayrıca demarkasiya prosesinin getdiyi müzakirə olunur. Bu, hansı formatda və nə vaxt olacaq? Yəni, eyni ölkənin qoşunları sizin ölkənin suveren ərazisini işğal edəndə mən bir ölkə ilə sülh bağlamağı çətin ki, təsəvvür edə biləm. Və zaminlik institutu haqqında: Heç bir zəmanət yoxdur. Bunlar, ən azı, bizə yer üzündə sülhdən danışa biləcəyimizi söyləyə biləcək fundamental prinsiplərdir, çünki sülh haqqında kağızda yazılanların bir qəpik dəyəri yoxdur”, – deyə deputat Paşinyana müraciətlə deyib.

Paşinyan cavabında qeyd edib ki, qeyd etdiyiniz şeyin sülh müqaviləsinin əsl mənası ilə birbaşa əlaqəsi ola və ya olmaya bilər:

“Əgər deyirsənsə ki, sazişə imza atdıqdan sonra məhbuslar dərhal qayıtmayacaq, müharibə olsun, bu yanlış məntiqdir. Mən dəfələrlə demişəm ki, Ermənistan Respublikasının bir dənə də olsun suveren ərazisi danışıqlara məruz qalmır, lakin digər tərəfdən də demişəm ki, Ermənistan Respublikası hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməyi qarşısına məqsəd qoymayacaq. Çünki görürük ki, bunu siyasi və diplomatik yollarla həll etmək olar.

Zamin institutundan danışarkən bu gün deyirəm ki, bundan daha saxta mövzu yoxdur. Ya öz təhlükəsizliyimizin qarantıyıq, ya da zamin yoxdur, çünki zamin dediyimiz bütün şəxslər üçün bazarlıq predmetiyik. Özümüz öz məsələlərimizi həll etməliyik. ABŞ kimi ölkədə sonuncu məhbus Vyetnam müharibəsi bitdikdən nə qədər sonra qayıtdı?”

Paşinyan vurğulayıb ki, sərhədlərin açılması sülhün nəticəsidir, sülh paketinin bir hissəsi deyil.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Rusiyaya raket tədarükünə görə Britaniya XİN-ə çağırıldı
Next: Ermənilər Naxçıvanı atəşə tutdu, Ordumuz cavab verdi

Bölmənin digər xəbərləri

25ab3361-167b-303c-a b
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Cavidan 26 İyun, 2026
IvOgpFZXEC50m2XjmOv
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

Cavidan 26 İyun, 2026
Ekran şəkli 2026-06-25 171232
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 900)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 1
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 2
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 3
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 4
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 5
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11900) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.