Skip to content
30 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır – TƏHLİL
  • Dünya
  • Gündəm

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır – TƏHLİL

Cavidan 6 May, 2024
e8161198-c0c6-3cc0-883f-76999c8a7896_850

“Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsi Gürcüstanda siyasi elita arasında gərginliyə səbəb olmaqdadır. Müxalifətlə iqtidarı üz-üzə qoyan qanuna etiraz edənlərin sayı günbəgün artır. Paytaxt Tbilisidə və digər şəhərlərdə müxtəlif etiraz aksiyaları keçirilir. Qanun layihəsi prezidentlə hökuməti üz-üzə qoyub.

Yenixeber.org: Hazırda qonşu ölkədə baş verənlər yalnız daxili siyasi proses deyil. Belə ki, müxtəlif iri güclər bu məsələdə birbaşa maraqlıdır. Təsadüfi deyil ki, Qərb Tbilisini bu sənədi müzakirəyə çıxardığına görə tənqid edib. Bu da o deməkdir ki, öz gözündəki tiri görməyən Qərb başqasının gözündə çöp axtarır. Niyə?

İş orasındadır ki, az qala, bir əsr əvvəl, yəni 1938-ci ildə ABŞ-da “Xarici təsirin şəffaflığı” haqqında qanun qəbul olunub.

2023-cü ildə isə Gürcüstanda 230 qeyri-hökumət təşkilatı “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsin qəbulunu tənqid edən bəyanat imzalayıb.

Bildiriblər ki, Avropa İttifaqının (Aİ) belə bir qanunu qəbul etməsi repressiyanı gücləndirə bilər. Qeyd edək ki, həmin qanuna əsasən, Aİ xaricdən maliyyələşən təşkilatların reyestrini yaradaraq onların fəaliyyətinə nəzarət edəcək.

Ötən ilin sentyabrında Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı demokratiyanı qorumaq üçün bu qanunun qəbul edilməsini vacib saymışdı. Avropa İttifaqı Rusiyanın açıq və qapalı şəkildə maliyyələşdirdiyi QHT-lərin fəaliyyətindən narahatdır. Bunu region üçün təhlükəli sayır.

Bu baxımdan Qərbdə olduğu kimi, postsovet ölkələrində də uyğun qanunun qəbul edilməsi sakit qarşılana bilər. Bir məsələni də qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətini yalnız Qərb bloku maliyyələşdirmir. Müxtəlif dövlətlərdəki fərqli dini cərəyanlara qrant verməsi də mümkündür. Odur ki, uyğun qanun təkcə dövlətin deyil, ola bilsin regional və qlobal miqyasda təhlükəsizliyin qorunması, təmini məsələsidir.

Rusiyanın fəaliyyətinə qarşı müqavimət göstərmək üçün Qərbin dəstəyi yetərli olmur. Gürcüstanda bu, 2008-ci ilin avqustunda özünü göstərdi. Sonrakı hadisələr isə orada hakimiyyət dəyişikliyi ilə nəticələndi. Belə görünür ki, Qərbin yeni qüvvələrlə əməkdaşlığı zəif olub. Ona görə də onlar Rusiyaya meyillənməyə üstünlük veriblər.

Ursula fon der Lyayen

Yəni görünən odur ki, Qərb özü xarici təsir barədə normativ hüquqi aktlar qəbul edir, xaricdən maliyyələşməni yasaqlayır, amma digər ölkələrə bunu qadağan etməyə çalışır. Bu, ikili standartların ən bariz nümunəsidir. Ehtimal etmək olar ki, ABŞ və Aİ bunu məqsədli şəkildə edir – hakimiyyətlə hökuməti iqtidarla xalqı bilərəkdən üzə-üzə qoyur.

Burada bir neçə məqsəd ola bilər. Başlıca hədəflərdən biri isə sözsüz ki, Qərbin Cənubi Qafqaza müdaxilə imkanlarıdır. Qərbin regionda etdikləri onu deməyə əsas verir ki, xüsusilə Vaşinqton və Paris bölgədəki “rıçaq”larını gücləndirmək üçün çox şey etməyə hazırdır.

Sözsüz ki, Gürcüstanın əsas məqsədi öz suverenliyini, milli təhlükəsizliyini qorumaqdır. Qanun qəbulu da buna hesablanıb. Amma Qərb prosesi istədiyi kimi yozur.

Post navigation

Previous: Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş – Foto
Next: Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-30 100449
  • Dünya

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 092304
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 090258
  • Gündəm

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

Cavidan 30 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 820)
  • Dünya (3. 471)
  • Gündəm (11. 982)
  • İdman (680)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (530)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 020)
  • Texnologiya (15)

Xəbər Trendi

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir Screenshot_20260730_175601_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul, 2026
Prezident Mərakeş Kralını təbrik etdi Screenshot 2026-07-30 111254 2
  • Cəmiyyət

Prezident Mərakeş Kralını təbrik etdi

30 İyul, 2026
Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb Screenshot 2026-07-30 104916 3
  • Kateqoriyasızlar

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

30 İyul, 2026
Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb Screenshot 2026-07-30 100449 4
  • Dünya

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

30 İyul, 2026
CHP-li bələdiyyə sədri saxlanıldı Screenshot 2026-07-30 092304 5
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

30 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9820) Dünya (3471) Gündəm (11982) Kateqoriyasızlar (530) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (3020) Texnologiya (15) İdman (680) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.