Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • İran bizə görə Türkiyə ilə savaşa girəcək? – Qasparyan
  • Dünya
  • Gündəm

İran bizə görə Türkiyə ilə savaşa girəcək? – Qasparyan

İran Ermənistana görə Türkiyə ilə toqquşmayacaq. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş baş müşaviri Arsen Qasparyan
Cavidan 13 Oktyabr, 2023
turk-ordu-army

İran Ermənistana görə Türkiyə ilə toqquşmayacaq.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın keçmiş baş müşaviri Arsen Qasparyan deyib.

Qasparyanın sözlərinə görə, Tehran Qafanda konsulluq açmaqla artıq ciddi addım atıb:

“Ancaq Türkiyə-Azərbaycan təcavüzü halında İrandan hər hansı hərbi müdaxiləni gözləməyimiz əbəsdir. İran tərəfinin “qırmızı xətlər”lə bağlı səsləndirdiyi bütün bəyanatlar (“Ermənistan sərhədləri İranın qırmızı xəttidir” – red.) sadəcə söz olaraq qalır. Düşünmürəm ki, İran Ermənistan ərazisinə görə Türkiyəyə qarşı hərbi əməliyyatlar keçirsin. Onlar yenə də bəyanatlarla kifayətlənəcəklər”.

O bildirib ki, Tehranın NATO-nun ikinci ən güclü ordusu ilə müharibəyə başlaması istisnadır.

Qasparyan Türkiyənin Azərbaycandan Naxçıvana gedən yol ilə bağlı ritorikasında dəyişiklikləri də şərh edib:

“İndiki mərhələdə müxtəlif bəyanatlar verilə bilər, xüsusən də parlaq diplomatiya aparan Türkiyə tərəfindən. Onların Ermənistandan keçən yol variantı var, bu, 9 (10) noyabr tarixli sənəddə göstərilib, amma orada “dəhliz” sözü yoxdur. Söhbət kommunikasiyaların açılmasından gedir, sənədə əsasən, buna Rusiya Federasiyası FSB-nin sərhədçiləri nəzarət edəcək.

Hazırda Türkiyə və Azərbaycan ikinci variantı – İran vasitəsilə – düşünürlər, lakin bir məqamı nəzərə almaq lazımdır, Ankara və Bakının imzaladığı Şuşa Bəyannaməsində “Zəngəzur dəhlizi”nin adı çəkilir”.

Qasparyan əlavə edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) son iclasında Ermənistan növbəti diplomatik uğursuzluğa düçar olub. Belə ki, KTMT və Aİİ üzvləri – Qazaxıstan və Qırğızıstan faktiki olaraq, Türkiyə və Azərbaycanla Ermənistanın suveren ərazisi ilə bağlı sənəd qəbul ediblər.

“Bütün bunlar onu deməyə əsas verir ki, Bakı və Ankaranın planları dəyişməyib. Onlar başqa layihələri İranla da müzakirə edə bilərlər. Bu, diplomatik çeviklikdir – hansı variantın daha sərfəli olduğunu anlamaq üçün…”, – Qasparyan yekunlaşdırıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Böyük Qayıdış – Növbəti 22 ailə Füzuliyə yola düşdü
Next: Xaçatryanın məhkəməsi başlayır

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 173056
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.