![](https://addim.az/wp-content/uploads/2023/09/40jpg-1695934999.jpg)
İran Antarktidada daimi baza yaradacaq.
Bu barədə İran hərbi-dəniz donanmasının komandanı, kontr-admiral Şəhram İrani deyib.
“Biz orada İran bayrağını ucaltmaq və daimi baza yaratmaq istəyirik”, – deyə İrani bildirib.
Qeyd edək ki, bundan öncə də İran rəsmiləri qitədə daimi stansiya yaratmağın vacibliyini söyləmişdilər.